adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 Mart 2019 16:03
55405
ƏDƏBİYYAT

İKİNCİ ÖMÜR-ÖLMƏZLİK

Qarşıda enişli-yoxuşludağ yolu. Çılpaq qayalardan əsən külək qarı sovurub dərələrə tökür. Maşın çətinlikləqalxır. Axırıncı aşırım arxada qalır. Qədim məzarlığa çatırıq. Qəbirlərdə yatanulu babalara rəhmət diləyib yolumuza davam edirik. Aşağıda bir-birindən azcaaralı üç kənd görünür: Təngəbin, Anzolu, Rvarud. Təngəbini keçib Rvarudaçatırıq. Novruz bayramı ərəfəsində həyətlər səliqə-səhmana salınıb, ev-eşiyə əlgəzdirilib. Bu diyarın şair oğlu Eldar İsgəndərzadə kəndi necə də gözəl vəsf eləyib:

Süfrən açıqolub dosta, tanışa,

Qürurun əyilməzdüşsən sınağa.

Çox övladınvar ki, bənzərdir dağa,

Səniucaltdılar.., zirvədə gördüm,

Rvarudum.

Bəli, Rvarudağsaqqalları, alimləri, ziyalıları ilə Lerikdə deyil, ölkəmizin şəhər və kəndlərindədə tanınır. Mirmənsim ağa bu kəndin varlı-karlı kişilərindən olub. Kasıblara əltutub, qonaq gələndə birinci onun qapısını açıb, duz-çörək kəsib. Uzaqgörənliyionu sovet rejiminin repressiyasından qoruyub. Mal-dövlətini itirsə də, nüfuzunuitirməyib. Xeyirxah övladlar boya-başa çatdırıb. Böyük oğlu Şamil müəllimrayonda ağsaqqallıq missiyasını öz üzərinə götürüb. Məsul vəzifələrdə işləyib,birinci katib olanda çox iş görüb. Ailənin ikinci övladı Əyyub ötən əsrin altmışıncıillərində respublikada tanınmış kənd təsərrüfatı elmlər doktoru idi, AzərbaycanRespublikası Ali Sovetində lerikli seçiciləri təmsil eləyirdi. Ortancıl oğluXeyrulla Lerikdə ilk tikinti peşəsinə yiyələnmiş ali təhsilli mühəndisdi.Rvarud kəndinin yetirməsi Soltanağa Ağayev respublikada istedadlı iqtisadçıalim, Neft Akademiyasının professoru idi.

Rvarudunağsaqqallarından Hüseyn Həsənov müharibə illərində təcrübəli təsərrüfat rəhbəriolub, camaatı çörək sarıdan korluq çəkməyə qoymayıb. Məmməd İmanov kolxozdamühasib işlədiyi dövrdə el-obada hörmət qazanmışdı. Məktəbin mərhum müəllimləriQələmirzə Mirzəyevin, Fərman Bağırovun, Aydın Bəhmənovun, Mirzəbəy Vəliyevin,Salam Salayevin yetirmələrinin sorağı ölkəmizin elm, təhsil, sağlamlıq, mədəniyyətocaqlarından gəlir. Onların missiyasını bu gün xələfləri davam etdirirlər,Rvarudun salnaməsinə şanlı səhifələr yazırlar.

Mirmənsim ağanıyaxından tanımasam da iki oğlu təhsildaşım idi. Vəli İsgəndərovla Lerik orta məktəbindəoxumuşduq. O, Gəncə Kənd Təsərrüfatı Institutunu bitirdi, Lənkəranda işlədi.Mirəhmədlə pedməktəbdə qəbul imtahanı vermişdik. Sözünün ağası, etibarlı adamidi. Pedaqoji institutu qiyabi bitirdi. Tələbə yoldaşı Tamara xanımla evləndi.Doğma kəndindəki məktəbdə direktorun tədris məsələləri üzrə müaviniydi.Ömür-gün yoldaşı dünyadan köçəndən sonra çox yaşamadı. Indi oğlu Əyyar atayurdunda onun vəzifəsini aparır.

* * *

Xeyrulla İsgəndərov1934-cü il mayın 10-da doğulmuşdu. Ibtidai təhsilini kənd məktəbində, orta təhsiliniÇayrud və Lerik məktəblərində almışdı. Azərbaycan Politexnik İnstitutunun sənayevə mülki tikinti fakültəsini bitirmişdi. Əmək fəaliyyətinə Bakı şəhərindəbaşlamışdı, iş icraçısı işləmişdi. Paytaxtın indiki Nərimanov rayonunda çalışancavan oğlan bacarıqlı, savadlı, prinsipial inşaatçı kimi özünü doğrultmuşdu.Montin qəsəbəsində yenicə istifadəyə verilmiş binada mənzil almışdı.

Doğulduğu, boya-başaçatdığı diyarda qurub yaratmaq Xeyrullanın çoxdankı arzusu idi. 1969-cü ildəLerikə qayıtdı. Ona rayon kommunal təsərrüfatı birliyində baş mühəndis vəzifəsitəklif olundu, razılaşdı. Bu dövrdə mənzil tikintisini birliyin inşaatçılarıaparırdılar. Rayon mərkəzi qəsəbə statusu alandan sonra ikimərtəbəli binanınbünövrəsi qoyulmuşdu. Işlərin ləngiməsi baş mühəndisi narahat etməyə bilməzdi.Bunun səbəblərindən biri, həm də başlıcası tikinti meydançasına inşaatmateriallarının vaxtında çatdırılmaması idi. Qarşıdan payızın yağmurlu, qışın sərtgünləri gəlirdi. Çıxış yolunu Kommunal Təsərrüfat Nazirliyinə müraciət etməkdəgörürdü. Birliyin rəhbərliyinin razılığı ilə Bakıya getdi. Problem həllinitapdı. Mişar daşı, armatur, sementlə yüklənmiş vaqonlar yola salındı. Beləliklə,tikintidə işlərin gedişində dönüş yarandı, bina vaxtında istifadəyə verildi. Mənzillərqapılarını sakinlərin üzünə açdı.

Bu dövrdə rayondakolxozlararası tikinti idarəsi də fəaliyyət göstərirdi. Təsərrüfatlardaheyvandarlıq binaları tikilirdi. Işlərin gedişi rayon rəhbərliyini razısalmırdı. Tikinti təşkilatına Xeyrulla İsgəndərov müdir təyin olundu. Bir ilə idarəninfəaliyyətindəki gerilik aradan qaldırıldı, kəndlərdə mexanikləşdirilmiş binalartikildi. Bir neçə kolxozda inzibati idarə istifadəyə verildi.

Yaxşı yadımdadır,1974-cü ildə rayon rəhbərliyi ilə Xeyrulla İsgəndərov arasında münasibətlərsoyumuşdu. O, ərizə yazıb işdən çıxmışdı. Rayon icraiyyə komitəsində baş memarişləyirdi. Ona təklif olunan vəzifələrdən imtina edirdi. Bir neçə dəfə biz onunyanına getdik, barışdırmaq istədik, mövqeyini dəyişmədi. Nəhayət, 1976-cı ilinyazında yola gətirə bildik. Rayon yol-tikinti idarəsinin müdiri təsdiq olundu.Böyük həvəslə işə başlamışdı. Vaxtsız əcəl aman vermədi. Elə həmin ilin iyunayının 18-də dünyasını dəyişdi. Mən bu üzücü xəbəri Bakıda eşidib yola düşdüm.Rvaruda çatanda artıq əziz dostumu doğulduğu torpağa tapşırmışdılar.

Şair-publisistAğacəfər Həsənlinin xatirələrindən:1975-ci ilin noyabrıydı. Rayonda çıxan "Bolluq uğrunda” (indiki"Lerik”) qəzetində müxbir işləyirdim. Rayonla kənd arasında məsafə uzaqolduğundan Lerikdə qalır, arada fürsət düşən kimi Rvaruda baş çəkirdim. Bir günyenə Lerikin "Kəklik” restoranı adlanan aşağı hissəsində dayanıb maşın gözləyirdim.Çünki Lerik şəhərinin kəndimiz yerləşən cənub istiqamətində nəqliyyatındayanacağı həmin yerdəydi. Qaş qaralır, axşam düşürdü. Birdən "UAZ” markalımaşın düz qabağımda dayandı. Sürücü "əyləşin” desə də, arxada oturan orta yaşlıkişi qapını açdı, xidməti maşınından düşdü. Mənimlə mehribancasına görüşdü. O,qayğıkeşliklə sualı suala caladı:

-Hara gedirsən? Gecəyədüşərsən. Gəlib indiyəcən mənə niyə dəyməmisən? Burada beş dəqiqə gözlə, indicəbu maşın, gəlib səni kəndə qoyacaq, - deyən Xeyrulla Mirmənsim oğlu idi. Buişıqlı, xeyirxah insanı lap Tanrı göndərmişdi. Çünki maşın tapmaq müşkül məsələydi,ümidim öləzəyir, get-gedə tükənirdi. Az sonra həmin dövlət nişanlı xidmətimaşın deyil, başqa bir taksi "UAZ” gəlib çıxdı. Köhnə tanışım, sürücü Məmmədhüseyn"Xeyrulla müəllim Lənkərana getməli oldu, tapşırdı ki, səni mən aparıb kəndəqoyum, dur gedək”-dedi.

O, sözün əsl mənasındanur parçasıydı. Ulu Yaradan ona o qədər böyük, geniş ürək vermişdi, tanıyanlar,xarakterinə bələd olanlar, Xeyrulla İsgəndərovu heç kəslə müqaisə etməzdilər.

Partiya və sovet orqanlarında rəhbər vəzifələrdə işləmiş QəhrəmanƏliyevin söhbətindən: "Mərhum Xeyrulla İsgəndərovu fədakar inşaatçı, işıqlıziyalı, yurdsevər insan kimi tanıyırdım. O zaman rayonda kolxozlararası tikintiidarəsi fəaliyyət göstərirdi. Xeyrulla bu idarənin müdiri idi. Bacarığına, təşkilatçılığınasöz yox idi. Ötən əsrin 60-70-ci illərində rayonda geniş vüsət almış məktəbtikintisi onun adı ilə bağlıdır. Vəfatı hamımızı kədərləndirdi. Dünya gəldi-gedərdi,yalnız insan əməlinin nəticəsi, bir də yaxşılıqları qalır. Xeyrulla İsgəndərovda özündən sonra yaxşı əməl, yaxşı ad saxladı”.

HacıAğabəy Vəliyevin dediklərindən:Biz həmyaşıdidik. Mən müəllim peşəsini seçdim, kəndimizə təyinat aldım. Xeyrulla institutubitirib Bakıda qaldı, tikinti idarəsində işləyirdi. Əli Rvaruddan paytaxta oxumağagedənlərin üstündəydi. Kimin cibinə xərclik salırdı, kimə qalmağa ev tapırdı. Kəndinabadlaşmasına da köməyi dəyirdi. Yollarımızı təmir etdirməyə söz vermişdi.Arzusu üsrəyində qaldı. Aramızdan vaxtsız getsə də, unudulmur, yada düşür.Ruhu şadolsun.

* * *

Xeyrulla İsgəndərovbaharda doğulmuşdu. 42 il ömür sürdü. Az yaşadı, çox iş gördü. Xeyirxahlığı iləikinci ömür-ölməzlik qazandı. Lerikin kəndlərində tikdiyi məktəblər, ucaltdığıevlər yadigar qaldı. Memarı olduğu binaların yanından keçəndə nurlu çöhrəsiyadadüşür, səmimiyyəti, insanpərvərliyi xatırlanır. Bu yay 85 yaşı tamam olur.Dostları,tanışları, övladları müqəddəs Əbdülqasım türbəsində məzarını ziyarətedəcəklər.

Dostumuzun ruhuşaddır. Ondan yadigar qalan iki övladı-Elman və Eldar mərd, cəsarətli, yurdsevərziyalılardır. Elman elm adamıdır, texnika üzrə fəlsəfə doktorudur. Eldartanınmış şair-telejurnalistdir, sənədli filmlərin müəllifidir. Bir neçə il öncəatasının ölümünə yazdığı "Həyat ya ömür” şeirini oxuculara təqdim edirik:

Ulduzlar gəldilər, dönüb getdilər,

Yandılar, yandılar, sönüb getdilər.

Var ikən yoxluğa dönüb getdilər,

Həyat, ya da ömür budurmu, atam?

On yaşlı bir uşaq nə deyə bilər,

Ağladı... gözünü nə yuya bildi...

Ata ölümünü bir röya bildi,

Həyat, ya da ömür budurmu, atam?

On səkkiz iyuna bir az vaxt qalıb

Sənsiz on səkkiz il ömrüm boy atıb.

Eh, sənsizlik qalıb, qara bəxt qalıb,

Həyat, ya da ömür budurmu, atam?

Baş daşının üstə səkkiz rəqəm var,

O tarixə sığan bir ömür-qəm var.

Mənim gözlərimdə həsrət varnəm var,

Həyat, ya da ömür budurmu, atam?

Həyatı bilməyib dərdə baş əydim,

Həyatı mən səndən öyrənməliydim.

Yüyürdüm öyrənim, üz üstə dəydim,

Həyat, ya da ömür budurmu, atam?


Həmzə Vəliməmmədov,

əməkdarjurnalist