adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Sentyabr 2019 11:15
20052
ƏDƏBİYYAT

"İki şəhərin yazıları" üçüncü şəhərin xətrinə dəyəcək

7 sentyabr saat16:00-da Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada RamilƏhmədin "İki Şəhərin Yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcəkdir.

Adalet.az  xəbər verir ki, "İki ŞəhərinYazıları” rəssamlıq, kino, roman və poeziya sənətinə dair esselər toplusudur.Ramil Əhməd Bakını İstanbula, İstanbulu Bakıya aparan yazılarla çıxış edir.Bakıdan dünyaya çıxışın, İstanbuldan özünəqayıdışın mədəni, kultroloji, fəlsəfəsiesselərin də məna simmetriyasını formalaşdırır. Həyatı sənətin gözlüyü ilə seyretməyin və bu baxışın yaratdığı yazıda var olmağın alternativ gözəlliyi iki şəhərinmədəni vəziyyətinə, melanxolik təbiətinə işıq salır.