İki rayona dolu düşüb - FAKTİKİ HAVA
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, mayın 24-ü saat 09:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub, şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.
Düşən yağıntının miqdarı: Kişçayda (Şəki) 28.0 mm, Göygöldə 27.0 mm, Ləzədə 26.0 mm, Şahdağda 25.0 mm, Qudyalçay-Xınalıqda 24.0 mm, Qrızda 23.0 mm, Sarıbaşda (Qax) 21.0 mm, Şəkidə 20.0 mm, Qusarda 15.0 mm, Daşkəsən, Qubada 14.0 mm, Gəncə, Xınalıq, Tovuzda 12.0 mm, Ağstafa, Gədəbəydə 10.0 mm, Balakən, Qəbələdə 9.0 mm, Ağdam, Mingəçevirdə 8.0 mm, Göyçay, Zaqatala, Oğuzda 7.0 mm, Ağdərə (Ordubad), Şəmkir, Bərdə, Yevlaxda 5.0 mm, Naftalan, Sədərək, Ceyrançöl, Qobustan, Altıağac, Zərdabda 4.0 mm, Beyləqan, Astara, Xaltanda 3.0 mm, Tərtər, Cəfərxan, Şabranda 2.0 mm, Naxçıvan, Şərur, İmişli, Sabirabad, Salyan, Hacıqabul, Biləsuvarda 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Maştağa, Bakıda 2.0 mm, Sumqayıt, Binə, Pirallahıda 1.0 mm-dək olub.
Dolu: Mayın 23-də saat 15:04-15:05 radələrində Daşkəsən rayonuna, 17:35-17:38 radələrində isə Şirvan şəhərinə xırda dənəli dolu düşüb.
Külək: Şimal-qərb küləyi arabir Naftalan, Ağdam, Gəncədə 28 m/s, Balakən, Mingəçevirdə 25 m/s, Şəmkir, Tovuzda 24 m/s, Tərtər, Ağstafada 22 m/s, Zaqatalada 20 m/s, Kəlvəzdə 19 m/s, Naxçıvan, Ceyrançöl, Cəfərxan, Şəmkir, Bərdə, Göyçay, Salyanda 18 m/s, Şirvanda 17 m/s, Biləsuvar, Şabran, Gədəbəydə 16 m/s, Şərurda 15 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 31 m/s, Pirallahıda 26 m/s, Neft Daşlarında 25 m/s, Çilov adasında 24 m/s, Ələt, Sumqayıtda 22 m/s, Binədə 19 m/s, Maştağada 18 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb.
Ölkə ərazisındə müşahidə olunuan küləkli hava şəraiti mayın 25-dək, yağıntılı hava şəraiti isə mayın 26-sı səhərədək davam edəcək.
Digər Xəbərlər
21 Sentyabr 2026 13:04
Sabah yağış yağacaq, duman olacaq
21 Sentyabr 2026 12:46
Dövlət xətti ilə verilən ipoteka kreditlərin sayı 60 mini ötüb
21 Sentyabr 2026 11:06
“Şamaxinka”da avtobuslarla bağlı dəyişiklik - Bu marşrutlar dayanacaqdan çıxarılır
18 Sentyabr 2026 19:56
Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü - FOTOLAR
18 Sentyabr 2026 18:32
Metro xətlərinin ayrılmasından sonra sərnişinlər belə daşınıb - VİDEO
18 Sentyabr 2026 18:20
Fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-yə çatdı
18 Sentyabr 2026 18:05
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
18 Sentyabr 2026 17:11


Bakı -°C

