adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Iyun 2020 12:41
43175
ŞOU-BİZNES

İki qadın, iki müğənni, eyni etiraf: “Qadın kimi xoşbəxt olmaq üçün...”

Müğənniİlhamə Qasımova müsahibələrinin birindəsöyləmişdi ki, ikinci dəfə ailə qurdum ki, övladım dünyaya gəlsin:”Hələ də övladım olmur. Hərdən filmə, seriala baxanda uşaq haqda fikirləşirəm, həttabuna görə ağlayıram da. Amma nə etmək olar, qismət.

Uzunmüddətdir media və televiziyalarda müğənni İlhamə Qasımovanın boşanma xəbəriyayılsa da, ifaçı deyilənlərin doğru olmadığını bildirmişdi.

Amma...ABŞ-dan Azərbaycana qayıdan müğənni həyat yoldaşından ayrıldığını etiraf edib.

Adalet.az xəbər verir ki, bu barədə o, "Ulduzun vaxtı” proqramında məlumatverib. Sənətçi bir müddətdir yayılan söz-söhbətlərə aydınlıq gətirərək hazırdatənha olduğunu qeyd edib:"Hazırda təkəm. Qadın kimi xoşbəxt olmaq üçün həyatındasevdiyin kimsə olmalıdır. Lakin ümumilikdə xoşbəxtəm, ailəm sağlamdır. Mənimüçün xoşbəxtlik kimdənsə asılı bir şey deyil. Övladım olsa, xoşbəxt olaram.Kiminsə kaprizlərinə görə özümü depressiyaya salmaq istəmirəm. İnsanı əsl sevənonun valideynidir. Beynimdə ideal biri var. O, hər şeyi sakit yolla həll edən,məndən ağıllı, dərketmə qabiliyyəti olan, qarşılıqlı bir-birini anlayan biriolmalıdır”.

Müğənni Əminə Şirin qadınkimi xoşbəxt olmamağından danışaraq kövrəlib:


"Hər zaman deyirəm ki, insan olaraq çox xoşbəxtəm. Amma qadın olaraq o sualatam cavab verə bilmərəm. Bir insan yüz faiz xoşbəxtəm deyirsə, inanın ki, oinsan hansısa psixoloqun pasiyentidir. Çünki, insan yüz faiz xoşbəxt olmur.Allah bir tərəfdən alanda, bir tərəfdən verir. Yenə insanlara inanmağa davamedirəm. Əgər bir insan güvənimdə məni doğurulmayıbsa, o demək deyil ki, acığınısizdən çıxmalıyam. Ən pis halda məni itirəcək. Ailə o qədər müqqədəsdir ki, onuheç nə ilə əvəz etmək olmaz”.

Qeyd edək ki, Əminə Şirin həmkarı Kazım Can iləailəli olub.

Əntiqə Rəşid