23 Aprel 2022 12:26
1513
GÜNDƏM

İki müxtəlif xalq, iki müxtəlif dövlət, iki müxtəlif ordu və bir dəst-xətt - UNİTAZLAR

Rusiyanın Ukraynaya hücumundan – 24 fevraldan bu yana bütün hadisələri , prosesləri 4 gözlə izləyənlərdənəm. İzlədikcə, elə “doğma” nüanslarla qarşılaşıram ki, bəzən təəccübdən, bəzən əsəbimdən gözüm yaşla dolur. İlahi, əvvələri demirəm, ağlım kəsəndən, gözüm görəndən bu xalqın başına gələnləri (ən xırda detalları ilə) araşdırdıqca, hazırda Ukraynada yaşananların eynisini görürük.

İndi həmin nüansları sizə də açıqlayaq

1. Silahsız, günahsız ,dinc əhaliyə silahlı hücum: Biz bu situasiya ilə ilk dəfə 1990-cı il 20 yanvar hadisələrində “şanlı sovet” ordusunun (əslində isə rus “nayomnik”lərinin ) təqdimatında gördük. Evlərə, maşınlara, məktəblərə atəş açıldı, işinin arxasınca gedənin üzərinə tank sürüldü. Sonra isə Qarabağda Rusiyanın havadarlığı ilə işğalçılıq əməliyyatları aparan Ermənistan Silahlı Qüvvələri ona qarşı döyüşən ordu mövqelərini deyil, əvvəlcə yaşayış məntəqələrini ağır silahlardan atəşə tutdu. Bu arada Ağdamın bombalanması, insanların sıx olduğu Ağdam“paşajı”nın göyə sovrulması, Kiyevi, Buçanı, Odessanı , Sumini, Nikolayevi, Mariupolu və başqa Ukrayna şəhərlərinin taleyini xatırlatmadımı? 44 günlük müharibədə Gəncənin, Bərdənin Mingəçevirin bombalanması 30 ildən sonrakı dəsti- xətt deyilmi?

2. Erməni və rus əsgərlərinin 1992-ci ildə Xocalıdakı şərəfsizlikləri tam 30 ildən sonra Buçada, Mariupolda özünü biruzə verdi. Şəhərə girən rus ordusu qaçıb canını qurtara bilməyən qız uşaqlarını və qadınları zorlamaqdan çəkinmədi... Zorladıqdan sonra işəncələrə məruz qoyaraq öldürməkdən də zövq aldı.

3.Əsirlərə qarşı münasibət...Buça şəhərində rusların əlinə keçmiş dinc əhalinin başına gələn oyunlar eynilə Xocalıda 366-cı motoatıcı alayın əsgərlərinin və erməni silahlıların əlinə keçən xocalıların aqibəti bir-birindən seçilmir.

4. Bunu əvvəldə yazmalıydım, unutdum : Ermənilər işğal etdikləri Qarabağı, ruslar isə işğal etdikləri Ukrayna torpaqlarını “öz dədə-baba torpaqları” olduğunu iddia etməsi.

5. Ermənilərin ağzı Qarabağda ovulanda iddia etdi ki, biz tək Azərbaycanla deyil, Türkiyə ilə də döyüşürük. Rusların ağzı Ukraynada ovulanda isə onlar iddia edir ki, biz ukraynalılarla yox NATO ilə döyüşürük.

6. Maraqlıdır ki, erməni xalqından bir nəfər də olsa , Qarabağda qırğınlar yaradan dili, irqi, dini, ayrıseçkiliyə görə genosid əməlləri həyata keçirən erməni hərbçilərə qarşı etiraz etmədi, “qadınları, uşaqları, qocaları öldürməyin” şüarı ilə küşəyə çıxmadı. Hətta qırğınlar haqqında mətbuatdan xəbərdar olan Ermənistan erməniləri buna sevinir, təntənəli şadlıq məclisləri, konsertlər verirdi.Rusiya mətbuatını bu aralar diqqətlə izləyirəm. Rusiya işğalına etiraz edən rus vətəndaşına rast gəlmədim. 2-3 nəfər təbii ki, oldu, araşdırdım, (onlar da başqa xalqı nümayəndəsi olan Rusiya vətəndaşları çıxdı. Ruslaşmış tatar, ruslaşmış başqırd...

7. 44 günlük müharibədən sonra dünya ermənilərin simasında çox gülünc bir hadisəyə şahid oldu. Erməni hərbçilərin Kəlbəcəri tərk edərkən Azərbaycan torpağından etdiyi qeyri-adi oğurluq uzun müddət lətifə predmeti oldu. vlərin damlarını,Deyirlər, oğurluq itə məxsus hərəkətdi. Vallahi-billahi itlər ermənilər qədər oğru ola bilməz:Evləri, pəncərə çərçivələrini, hətta unitazları oğurlamaq heç itin də ağlına gəlməzdi ki, erməninin ağlına gəldi.

Bəli, “ Faşizm” bu demək...

Bu məqaləni yazmağıma səbəb nə olub desəniz, açıqlayım:Bu gün oxuduğum xəbər!

“Popov mülkü” tarixi-memarlıq muzey-qoruğunun direktoru Anna Qolovko məlumat verib ki, rus hərbçiləri 19-cu əsrə aid mərmər unitazı oğurlayıblar. Bəli elə belə də olub. Zaporojye Vilayət Dövlət Administrasiyasının Mədəniyyət, Turizm, Millətlər və Dinlər Departamentinin direktoru Vladislav Moroko faktı təsdiqləyib..

“Bu unitaz ilk dəfə bolşeviklər tərəfindən oğurlanıb. Daha sonra oğruların nəslindən biri əsəri muzeyə “qaytarıb”! İndi də təzə işğalçılar bədbəxt unitazı yenidən oğurlayırlar”

İndi bilmirəm “oğurluq” əməli itə məxsusdu, bolşeviklərə məxsusdu, yaxud “müasir” insan hesab edilən erməni və rus hərbçilərinə aiddir.

Uzun sözün qısası iki müxtəlif xalq, iki müxtəlif dövlət, iki müxtəlif ordu və bir dəst-xətt, eyni “əl işi”...

Unitazlar...

Əntiqə Rəşid