adalet.az header logo
  • Bakı -°C
21 May 2026 21:27
85
İDMAN
A- A+

İki güləşçimiz Avropa çempionatında qızıl medal qazandı

Azərbaycanın sərbəst güləş üzrə U-15 millisinin iki üzvü Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Adalet.az  xəbər verir ki, Hüseyn Əmrahlı (38 kq) finalda estoniyalı Daniel Samuelə tam üstünlüklə (9:0) qalib gələrək Avropa çempionu olub.

Paşa Aslan (44 kq) isə finalda ermənistanlı Paşa Xudoyanı 4:1 hesabı ilə üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, qitə birinciliyinə mayın 24-də yekun vurulacaq.