adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Sentyabr 2019 09:18
24028
ŞOU-BİZNES

İKİ EŞŞƏK DAŞQASI SƏS

Dostumuz Natiq Məmmədliyazır: Sami Yusifin özünün «Youtube» kanalındayerləşdirdiyi «Nəsimi» kompozisiyası baxış sayına görə 400 minə yaxınlaşır. Çox arzulayıram, əsərə baxanlarheç olmasa 10 milyondan çox olsun ki, baxışsayı 8 milyona çatan Afət Telmanqızının «Pəncu-şeş»i kölgədə qalsın. Və bizim canımızbu xəcalətdən qurtarsın.

Oxudum və xeyli güldüm.Yadıma bir hadisə düşdü. 70-80-ci illərdə pambıqçılıqda sosializm yarışı gedirdi. Təbii ki, hər kəs dəöz rayonunun birinci olmasını istəyirdi.Hətta «Araz» kinoteatrının yanında bir lövhədə gündəlikməlumat da göstərilirdi. Xanlar birinciolurdu , o biri rayonlar ona çatabilmirdi. Ağdam ikinci yerdəydi, bu-gün sabah Xanları keçəcəkdik. Getmişdim Xanlara, mamamoğlu orda müstəntiq işləyirdi. Dedim ki, sabah Xanları ötəcəyik, birinci biz olacağıq. Söylədi ki, qətimümkün deyil.

- Niyə?

- Axşam iki eşşək daşqası pambıq göndərəcəyik , bu eləyəcək 5 faiz, yenəbizi keçə bilməyəcəksiz.

Heç demə, Xanların pambıq planı1000 tonuymuş, Ağdamınkı isə 60 min ton.Hələ Ağcabədi 80 min, Bərdə isə100 minton.

İndi Natiq bəy, Sami Yusifin«Youtube»də izlənməsi Afət Fərmanqızınınrekordunu heç vaxt qıra bilməz. Elə ona çatan kimi Afət Fərmanqızının «balelşikləri» ikieşşək daşqası səs (yəni izləmə) göndərəcəklər,vəssalam, şüttəmam.