adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Avqust 2020 12:55
120723
GÜNDƏM

İki Emin, bir Korona - Kim haqlıdır?

Eminquey: İşə yarayırsansa, yaşayırsan, yaramırsansa, ölürsən


Bu yazını bu ölkənin balaca, pəncərəsiz, eyvansız bir gecəqondusunda4 aydan çox karantin rejimində yaşayan bir gənc kimi yazıram.

Qəti ah-vay edib məzlumgörünmək fikrim yoxdur.

Kim bilərdi ki, zaman gələcək,koronavirus adlı bir vələdüzna bizi evlərimizə qapayacaq.

Bilsəydik, ən azından bir pəncərə,ən azı bir eyvan qazanardıq bu ölkədə.

Hələ ki dözürük, bilmirəm,bəlkə də artıq səbr kasamızın dibindəyik, bəlkə də bizim səbrimiz kasayla yox, ənazı çənlə-filanla ölçülür, bilmirəm.

Bircə bunu bilirəm ki, bu vələdüznaartıq ailəmizin bir üzvü olub, hətta üzvü olmaqla kifayətlənməyib, əmrləri də overir. Onun görəndə abrımıza qısılıb yaşmağımızı yuxarı qaldırırıq.

Bu yaşmaq bizə nələr verdi?

Məsələn, biz karbonuburaxıb oksigeni udmaq əvəzinə bu yaşmağın sayəsində karbonu buraxıb yenidən eləhəmin karbonun özünü udduq. Demək ki, neylədik? Təbiətin oksigen ehtiyatlarınaaz da olsa qənaət etmiş oldu. Alqış bizə!

Məsələn, mənim bir tanışımvar, tüpürə-tüpürə danışır. Məhz yaşmağın sayəsində artıq o adamın tüpürcəklərindənyaxam qurtarıb.

Məsələn, dərk elədim ki,yaşmağın altında "Qanlı zəmi”dəki Koxa obrazına çevrilmişik. Bu vələduzna virusbizi sındırıb. Eynən bığı kəsilmiş Koxa kimi. Səlim bəy də bizə baxıb "ə,nolub? Yenə nə yaşmaqlanıbsan?” deyib şaqqanaq çəkir.

Hamını bircə sualdüşündürür – karantin uzanacaqmı?

Açığı sizə nəstatistikadan, nə dünyada baş verən karantin rejimlərindən, nə də hansı dövlətlərinhansı mübarizə üsullarından istifadə etdiyini göstərib informasiya ötürmək istəmirəm.Tərzim deyil. Və bilirəm ki, siz də bütün bu kimi şeylərdən usanmısınız. Mənimişim işarələri çözməkdir.

Bu uzanmaq ki var, çox qəlizməsələdi. Uzanmaq insanın ən təbii ehtiyaclarından biri olsa da, həddindənartıq uzananda alüdəçisi olursan. Tənbəlləşirsən, hətta qonaq getdiyin yerlərdəbelə uzanmağa yer axtarırsan.

Bu, tənbəllik karantinrejimində də özünü biruzə verdi. Karantin rejimi uzandıqca tənbəlləşdi,uzandıqca vərdişkar oldu. Dümsükləyib ayağa qaldırırıq, durur, gəzişir, sonragedib başqa yerdə uzanır.

Karantin uzanacaqmı?

Məncə, bu sualın altındauzanmaqdan çox, yaşamaq sualı dayanır. Koronavirus bizimlə birgə hələ çoxmuyaşayacaq?

Düzdür, biz Əziz Nesininhekayələrini bircə cümlə ilə canlı yaşamış adamlarıq.

"O sənin üçün ölüf, bizimüçün yaşayır”.

Hal-hazırda koronavirusböyük bir təbliğat maşını, tərbiyələndirmə yolu, cəza üsulu, hörmət qazanmaq, həttasöyüş vasitəsi və başqa-başqa sifətlərdə cəmiyyətdə öz üzünü göstərməklə məşğuldur.

Qazanırıqmı? Qazanırıq.

Koronavirusa müxalif qüvvələrinrəğbətini qazanmaq istəyirsən? Çıx de ki, mən inanmıram. Alqış sənə!

Koronavirusa inananlarınhörmətini qazanmaq istəyirsən? Çıx de ki, ay axmaqlar, oturun evinizdə. Alqış sənə!

Çıx, xalqa mayakdan, zirvədənşeir oxu, xalqı coğrafi biliklərlə maarifləndir. Alqış sənə!

O gün eşidirəm ki, bir kişidostu ilə telefonda məzələnir:

- Ə, koronavirus, necəsən?

Hə, biz tarixin bütün dönəmlərindəistənilən şeydən söyüş əxz etməyi bacaran adamlarıq. Bizdə hansısa jurnalistinadı da söyüş ola bilir, hansısa siyasətçinin də, hansısa müğənninin də. Neyləyək,hirsimizi ancaq belə çıxır, özümüzü ancaq belə ovuduruq.

Amma istənilən halda, bizibircə sual maraqlandırır – karantin rejimi uzanacaqmı?

Və yenə deyirəm, məncə, busualın altında uzanmaqdan çox, yaşamaq sualı dayanır. Koronavirus bizimlə birgəhələ çoxmu yaşayacaq?

Yaşamaq dedim, Əziz Nesinin"Yaşar nə yaşar, nə yaşamaz” romanı yadıma düşdü.

Romanın baş qəhrəmanınaondan əvvəl doğulan dörd qardaşı da öldüyü üçün Yaşar adı verirlər ki, heçolmasa, bəlkə o yaşadı. İbtidai məktəbə getmək üçün ona pasport çıxartmaq istəyirlər.Amma dövlət Yaşarı ölü bilir. Yəni o, 12 yaşında Çanaqqala müharibəsində şəhidolub. Ona görə də Yaşar Yaşamaza "sən ölmüsən” deyib pasport-zad vermirlər.Zaman keçir, Yaşar əsgərlik yaşına çatır, fərari kimi hərbi xidmətə aparırlar. Əsgəryoldaşları təxris olsalar da Yaşarın təxrisi ləngiyir, nəhayət birtəhər canınıqurtarır. O evə gələndə atası artıq çoxdan ölmüşdü. Yenə pasportu olmadığı üçünatasından qalan mirası əldə edə bilmir. Əvəzində atasından qalan borcları ödəməkməcburiyyətində qalır. Sonra İstanbula köçür, dosltarı ilə bir yer götürüb işlədir,onu aldadırlar, amma pasportu olmadığı üçün işinə nə polis baxır, nə də məhkəmə.Sonra oğlu dünyaya gəlir, onun çəkdiklərinə oğlu da şərik olur. Yaşar ölüolduğu üçün oğluna da pasport vermirlər.

Xülasə, o romanı mütləqoxumaq lazımdı.

Gəldiyiniz tragikomik nəticəbu olacaq:

- Sistemin işinəyarayırsansa, yaşayırsan, yaramırsansa ölürsən.

Yəni bircə cümlə ilə desək,o sizin üçün ölüb, bizim üçün yaşayır və yaxud da tərsinə.

Kiminçünsə ölən atası hələdə yaşayır, kiminçünsə xatirələri. Kimə nə sərf edirsə.

İndi bu vələduznakoronavirus da həmin o Yaşar Yaşamazın taleyini yaşayır.

Nə deyim, Allah karantindəntənbəlliyi alsın, koronavirusun da ömrünü qısa eləsin.

Əgər bu iş həqiqətən dəAllahın əlindədirsə.

Əgər onu da edə bilməyəcəksə...

Biz xilaskar olmaq istəyənlərdəndeyilik, Allah bizə xilaskar göndərsin, əllərimiz qaşınır alqışlamaqdan ötrü.



***


Emin PİRİ: Təcrübə siçanları vəya bizi necə filə çevirirlər

Virus tanrı deyil ki, onun var olub-olmaması haqqında illərlə fikiryürüdəsən. Hər iki tərəf də bir-birini ittiham edə. Bu elmin təsdiqləyəcəyi vəinkar edəcəyi işdir. Ya var, ya yoxdu. Problem onda yaranır ki, elm də cibizorluların sözüylə hərəkət edir. Bax, onda əsl həngamə başlayır. Tanrınınvarlığı bu qədər mübahisəli olmur.

Koronavirus pandemiyasına görə dünyada karantin rejimləri uzanacaqkimi görünür. Niyə uzadılır, niyə qarşı çıxılır, niyə bu qərarı müdafiə edənlərvar-hər birinin ayrı arqumenti, düşüncələri və mənafeləri var. Məhz mənafe!

Bu mənafenin altında siyasi, iqtisadi, biznes maraqları yatır desəkyanılmarıq. Məhz maddi və siyasi maraqlar!Istər qarşı çıxanlar, istərsə müdafiəedənlər. Kütlə nə deyir? Kütləni boş verin, hər biri bu qrupların dediyi fikirlərinhipnozunda bir-birini ittiham edən qurbanlardı.
Virus var, sadəcə virusun yazdığı deyil, özlərininyazdığı ssenarini təqdim edirlər. Hər iki tərəf.

Bəlkə dünyada gedən karantin formaları zənginləri kasıblardanqorumaqçündür? Onsuz da karantin qaydalarının varlılara aidiyyatı yoxdur. Şəxsitəyyarə, şəxsi istirahət guşələri və əlaqələrin yaratdığı karantini pozmaqqaydaları.

Daha dəqiq baxsaq, kasıbları izolyasiya edirlər.

Koronanın daha çox yaşlı və bununla bağlı xəstəliyiolan qocaları apardığına nəzər salsaq, bu nəsil daha çox elə zənginlərdədir. Biryolla, maddi-şərait rahatlığı ilə ömrü uzadıblar,kasıblar onsuz da, bəzi istisnaları çıxsaq o xəstəliklərlə çox yaşamadan ölübgediblər. Ən azından maddi durumları, şəraitləri buna imkan verməyib.Yaşayanlarsa Allah ümidinə. Müqayisə aparsaq, əhali statistikası ilə dünyada ölənlərin90-%i kasıb olmalı idi. Bir az da əlavə etsək, varlının şəraiti və.s ölənlərin 95%-ikasıb olmalı idi. Amma ölənlərin statistikasına diqqətlə baxsanız, tam əksi. Ölənlərinəksəri zəngin yaşlılardı. Burdan nəsə nifrət çıxartmayın, sadəcə yuxarıdasadaladığım söhbətlə müqayisə edin. Karantində zənginlər həmişəki kimi istədiyiformada, istədiyi hər şeyi yaşayır. Sadəcə, bir növ görsətmirlər. Hə, bir də"koronalı kasıblardan" qorunmaq lazımdı, axı.Əmin olun ki, kasıblar dahaçox ölsəydi, heç zaman bu formatda karantinlər olmayacaqdı.

İnkişaf etmiş dünya ölkələrində virusun daha çoxyayıldığı ərazilər də nəinki ölkəsinin, dünyanın ən zəngin şəhər və əyalətləridir.Istər İtaliyası, istər ABŞ-ında, istərsə və.s-də.

Bunun üçün dərin iqtisadçı olmağa ehtiyac da yoxdu.

Dünyanın bir çox yerində karantinin yaratdığıstres, psixoloji təsirlər kokain və digər narkotik alışını 12 qat artırıb. Insanlarkarantinin yaratdığı stresi, psixoloji problemlərini süni vasitələrlə həll etməyəçalışır. Təsəvvür edin, 12 dəfə artıq narkotik milyardları. Məsələn, 1 milyardgəlir əldə edən narkobaron bu əsasda gəlirini 12 milyarda çıxardır. Həmin sahəningizli maqnatları( onların maliyyələşdirdiyi və ya himayə etdiyi media, siyasətçilər,"ziyalılar" və.s) niyə də bu pandemiya zamanının uzanmasını istəməsin?Niyə də qorxu təbliğatı aparmasın? Belədə gəlir də artır, yeni siyasi kadrlarınıyerləşdirməyə, yüksəltməyə şərait də. "Xaç atası” filmində mafiya başçısınındediyi kimi, bizim mediada çoxlu dostlarımız var. Bu təbliğatlar, daha doğrusussenaridə qeyd edilmiş yalanlar zaman keçdikcə beyinlərdə həqiqətə çevrilir.Müasir dövrdə bu illuziyanı yaratmaqçün Göbbels olmağa ehtiyac yoxdur. Himayəçi qardaşların cibi bəs edir.

Onlayn biznes, kazinolar, yeni formatlanmış banksektoru bazarı ələ keçirə bilirsə, bu dünya karantin dövrünü uzatmaqda, təbliğataparmaqda niyə maraqlı olmasın? Niyə özlərinin himayə etdiyi ziyalılar, həkimlər,media vasitəsilə qorxulu pandemiya havası əsdirməsin?

2019-cu ildə ən az itki verdiyimiz sahələrdən olan(onkoloji, ürək-damar və.s ilə müqayisədə) avtomobil yollarında 821 Azərbaycan vətəndaşıhəlak olub. Müqayisə üçün bildirim ki, koronadan 2020-ci ildə 274 nəfər. O datam dəqiq deyil. Diaqnozla bağlı manipulyasiyalar haqqında dolaşan söz-söhbətlərəgörə deyirəm. Elə dünyanın başqa yerlərində də korona tutmuş birisi ayrı xəstəliksəbəbindən öləndə səbəbkar kimi virus yazılması hallarından danışılır. Kiçikbir misal. Almaniyada aparılan son laboratoriya analizlərindən sonra məlum olubki, hətta infaktdan ölmüş şəxslərə də ölüm səbəbi virus yazılıb. Sadəcə infarktkeçirən şəxs həmin vaxt həm də virusa yoluxubmuş... Avtomobil qəzaları yoluxucudeyil dediyinizi eşidirəm. Yoluxucudur-qudurğanlıq, məlum olmayan vasitəylə alınanvəsiqəylə harınlananların yollarda adam öldürməsi yoluxucudan daha betərdi, əzizlərim.
Korona bitəcək də. Amma indi yox, hamının yoluxmaqorxusu( bununçün hələ bir neçə on milyon dünya əhalisinin tutması lazımdı) tambeyinlərə yeridiləndə, bütün ölkələri və rəhbərliyini adambaşı ( ya da dahaböyük həcmdə)vətəndaşına dərman, vaksini almağa razı salanda vəqazandıqlarından daha artıq qazanmaq mümkün olmayanda.

Filləri bir çoxunuz bilirsiniz necə əhilləşdirirlər.Öncə filin keçəcəyi yerdə quyu qazılır, üstü yarpaqla örtülür ki, fil buradaquyu olduğunu bilməsin. Fil o quyuya düşdükdən sonra qara paltarlı adamlar filinizələrlə, daşla incidir, onları quyuda günlərlə ac-susuz saxlayır. Bir neçəgündən sonrasa həmin qara paltarlı adamlar qara köynəyini çıxarıb ağ köynəkgeyinir. Ağ köynəkliyə çevrilən adamlar bu dəfə fillərin yarasını sarıyır,onları müalicə edir, su və yem verir. Beləliklə, həmin fillər bu ağ köynəkliləriözlərinin xilaskarı bilir və ömür boyu onlara qul kimi xidmət edir. Bəli, bizibir çox hallarda xilas edən ağ köynəklilər elə qara paltarlılardır.

Bu virus əgər insan əməliylə yaradılıbsa, elə həminadamlar da bizi xilas edəcək. Bizsə onları bütün dünya mükafatalarınaboğacağıq, xilaskarımız kimi görəcəyik. Azad olduğumuzu düşündüyümüz haldaonların rifahı üçün çalışdığımızı, əslindəsə onların qulu olduğumuzun fərqindəolmayacağıq. Bəli, bu müasir kapitalist quldarlığıdır.

Məşhur bir film var, "Vendetta”. Nədənsə yadıma düşdü. Eynilə bugünküolayları xatırladır. Dünya üzərində siyasi və iqtisadi hökmranlığa iddia edənləryeni virus yaradır. Insanlar virusdan ölməyə başlayır. Hamı qorxu içində...Pandemiya yayıldıqdan sonra öncədən məlum olan dərman, vaksinlərini isə "xilaskar”larbazara çıxarırlar. Bu zaman xilaskarların siyasi kadrları da hakimiyyətləri ələkeçirir. Axı, onlar dünyanın xilaskarıdır. Yeni dünya düzənlərini yaradırlar...

Həm də adama arada elə gəlir ki, ölkələri testedirlər. Hər hansı belə bir müharibə və çaxnaşma yaratmaq lazım olarsa,xalqların, onların birləşmə gücü, potensialı, hakimiyyət, media, gücorqanlarının bir-birinə inam və onları kontrol gücü və.s. Sanki təcrübəsiçanlarıyıq.

Hə, bu virus doğrudan da var, qorunmaq da lazımdı,amma təcrübə siçanı olmağa və filə çevirməklərinə imkan verməyək deyərdim. Ammabu dünya üçün başqa nəyə yarayırıq? Hansı üstün meyarlarımıza görə təcrübə üçünistifadə edilə bilmərik? Elə ən yaxşısı bizi təcrübə siçanı kimi yoxlasınlar. Bəlkəo zaman dünyaya, elmin inkişafına bir töhfəmiz olar.