İki deputatımız Rumıniyaya gedir
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı və deputat Sahibə Qafarova "Qadınlara və qızlara qarşı zorakılığa son qoyulması naminə qanunların işlənməsinin təşviqi” mövzusunda Mərkəzi və Şərqi Avropa Regional Konfransında iştirak etmək üçün iyunun 11-də Rumıniyanın paytaxtı Buxarestə səfər edəcəklər.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, yığıncaqda qadınlara qarşı və məişət zorakılığının qarşısının alınması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi, gender bərabərliyinin təmin olunması, qadınların ictimai həyatda rolunun artırılması, bununla bağlı maarifləndirmə işinin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılacaq.
Millət vəkilləri ölkəmizdə qadın hüquqlarının qorunması sahəsində qəbul olunan qanunlar, onlara göstərilən dövlət qayğısı barədə məlumat verəcəklər.
Səfər iyunun 15-də başa çatacaq.
Digər Xəbərlər
29 Aprel 2024 15:36
Berlində regional təhlükəsizlik məsələsi də diqqət mərkəzində idi
29 Aprel 2024 15:35İsa Qəmbər yenidən başqanlığa namizəd oldu
29 Aprel 2024 15:05Ceyhun Bayramov Qətərə getdi
29 Aprel 2024 14:49Lüksemburqun Böyük Hersoqu COP29-a dəvət olunub
29 Aprel 2024 14:39