İki avtomobil toqquşdu, sürücü avtomobildə sıxılmış vəziyyətdə qaldı - VİDEO
Lənkəranda iki minik avtomobilinin toqquşması zamanı birnəfər ağır xəsarət alıb.
Qəza şəhərin Şəhidlər Xiyabanıküçəsində baş verib. Şəhriyar İmanlı idarə etdiyi "Toyota" markalı avtomobillə hərəkətdə olan zaman Liman şəhər sakini Zahid Kazımovun idarə etdiyi "VAZ 2103” markalı avtomobillə toqquşub. Zərbənin gücündən Zahid Kazımov avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin briqadası cəlb olunub. Sürücü deformasiyaya uğramış avtomobildən çıxarılıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona sol bud və sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
02 May 2024 09:27
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
30 Aprel 2024 11:53Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO
30 Aprel 2024 11:30Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02