III qrup üzrə ixtisas seçimi edəcək şəxslərin NƏZƏRİNƏ!

2025/2026-cı tədris ili üçün respublika ali təhsil müəssisələrində III ixtisas qrupunda Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.
Dövlət İmtahan Mərkəzindən Adalet.az-a bildirilib ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin III ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 11 min 863, rus bölməsi üzrə 1520 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2200 yer olmaqla, III ixtisas qrupu üzrə ümumilikdə 15 min 583 yer ayrılıb. Bu yerlərdən 4163-nə qəbul dövlət sifarişi əsasında aparılır.
III ixtisas qrupundakı plan yerlərinin altqruplar üzrə paylanmasına gəldikdə isə DT altqrupunda ümumilikdə 13 min 558 plan yeri (o cümlədən Azərbaycan bölməsində 10 min 538, rus bölməsində 1245, hər iki bölmənin birgə müsabiqəsi üzrə 1775) var. DT altqrupunda dövlət sifarişi əsasında 3953 plan yeri var.
TC altqrupu üzrə ümumilikdə 2025 plan yeri (o cümlədən Azərbaycan bölməsində 1325, rus bölməsində 275, hər iki bölmənin birgə müsabiqəsi üzrə 425) mövcuddur. TC altqrupunda dövlət sifarişi əsasında 210 plan yeri ayrılıb.
Qeyd edək ki, filologiya ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 30 yerin müsabiqəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.
Dövlət sifarişi üzrə ayrılmış yerlərin müsabiqəsində Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstituta qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.
Digər Xəbərlər

Orta ixtisas təhsili müəssisələrinə qeydiyyat başlayır

II qrup üzrə ixtisas seçimi müsabiqəsində 14 min 935 plan yeri nəzərdə tutulur

Tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi keçirildi

Magistraturaya boş qalan plan yerlərinə qəbul elan edilib

Qarabağ Universitetində 7-ci Türkoloji Yay Məktəbinə start verilib

MİQ-də vakansiya seçiminin nəticələri AÇIQLANDI

Lənkəranda 2 nömrəli məktəbin qəzalı 10 saylı məktəbə köçürülməsi məsələsinə aydınlıq gətirilib
