adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
09 Oktyabr 2018 18:20
23425
ƏDƏBİYYAT

III “MƏMMƏD ARAZ POEZİYA GÜNÜ”NƏ YEKUN VURULDU

Oktyabr ayının 8-də III "Məmməd Araz Poeziya günü” çərçivəsində şairinanadan olmasının 85 illiyinə və respublika üzrə şeir müsabiqəsiqaliblərinin mükafatlandırılmasına həsr olunmuş mərasim keçirilmişdir. AzərbaycanRespublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Yazıçılar Birliyi vəXəzər Universitetinin birgə təşkilatçılığı ilə düzənlənən yekun tədbirinə respublikanın görkəmli mədəniyyət,ədəbiyyat adamları, M.Araz şeirinin pərəstişkarları, şairin ailə üzvləri,yaxınları qatılmışdı.

Tədbir ənənəvi olaraq unudulmaz sənətkarınlentə alınmış öz ifasında səslənən şeiri ilə başladı. "Məmməd Araz Poeziya günü” layihəsinin rəhbəriQardaşxan Əzizxanlı il boyu şairə həsr olunmuş silsilə tədbirlər barədəməlumat verdi. O bildirdi ki, bu layihə çərçivəsində İsmayıllıda,Neftçalada, Bakıda–Xətai payonunun "Zəkalar” liseyində keçirilən ədəbi görüşlərəaprel ayında Qazax rayonundan start verilib. Sairin şeirlərinin ifası üzrəqalib olmuş məktəblilər Azərbaycan Respublikasının Prezidenti yanında BilikFondunun diplomları, təşəkkürnamələri və hədiyyələri ilə rəğbətləndirilib. Bugünki tədbirin əsas məqsədi ustad şairin xatirəsinə həsr olunmuş şeir müsabiqəsi qaliblərinin elan edilməsidir. Q.Əzizxanlı vurğuladıki, şeir müsabiqəsində məktəblilərdən təqaüdçülərədək bir neçə nəslinnümayəndəsi iştirak edib. Ən kiçik iştirakçılar Mingəçevirdən 20 saylı məktəbin3-cü sinif şagirdləri Məhəmməd Məlikzadə Ayşən Əhmədova olub. O, müsabiqəyə 30rayondan 50-dək müəllifin 100-dən çox mətn göndərdiyini söylədi.


Sonra filologiya elmləridoktorları Cavanşir Yusifli, Rüstəm Kamal, filologiya üzrə fəlsəfə doktoru AzərTuran, AYB katibi şair İlqar Fəhmidən ibarət münsiflər heyətini təmsil edən respublikanınən gənc elmlər doktoru Elnarə Akimova şeir müsabiqəsi qaliblərinin adlarınıaçıqladı. 

Xəzər Universitetinin təsisçisi, universitetin Qəyyumlarvə Direktorlar Şurasının sədri Hamlet İsaxanlı, millət vəkili, yazıçı AqilAbbas, şairin qızı "Ədalət” qəzetinin Baş redaktoru İradə Tuncay, şair Dilsuz, BilikFondunun təmsilçisi Hacı Abdulla Nərimanoğlu, rəssam Kirman Abidin Prezidentyanında Bilik Fondunun və Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi diplomları,təşəkkürnamələri eynizamanda, hədiyyələri şairlərdən Xalid Mahmuda (I yer),Mina Rəşidə (II yer), İbrahimxəlilə (IIIyer), Ağasəfaya, Mayis Səliməvə "Məmməd Araza yazılmışən yaxşı şeir” nominasiyasının qalibi Əlizadə Nuriyə, həmçinin ustad şairin şeirlərininifası üzrə seçim turunun qalibi olmuş Xəzər Universitetinin tələbələri- Aytən Əsgərova, Aytac Həsənova vəPinar Məmmədzadəyə, Xətai payonu "Zəkalar” liseyinin şagirdləri Nəzrin Ağazadə,Əbülfəz Rzazadə, Nicat Səmədov, Nilufər Tağıyeva, Aydan Mehdiyeva və ŞəbnəmHaşımlıya təqdim etdilər.

Dahasonra tədbirin aparıcısı Xəzər Universiteti filologiyafakültəsinin tələbəsi Səkinə Ələkbərova şeir ifası üzrə 2017-ci ilin M.Arazadına "Qartal” mükafatı laureatı Nizami rayonu 12 saylı tam orta məktəbin Vsinif şagirdi İbrahim Əhmədova söz verdi. 

Balaca məktəblinin özünəməxsus manerailə şeir söyləməsi, AzərbaycanMusiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solisti Əməkdarartist Nuriyyə Hüseynova, XəzərUniversitetinin Musiqi və incəsənət kafedrasının müdiri, əməkdar müəllim ZülfiyyəSadıqova, tanınmış aşıq-müğənniSolmaz Kosayeva, müğənnilərdən İlham Əsgəroğlu və Məhsəti Cabbarovanın ifaları alqışlarlaqarşılandı. Moskva Dərviş Teatrının aktyoru Şirzad Pirallahının ifasındaM.Arazın "Ayağa dur, Azərbaycan” şeirini bütün salon ayaq üstə alqışladı.

III "Məmməd Araz Poeziya günü” professor Hamlet İsaxanlının yekun çıxışı ilə başaçatdı.