adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Sentyabr 2019 11:46
28663
DÜNYA

II DÜNYA MÜHARİBƏSİNİ ALMANİYA QAZANSAYDI?!..

Bu sual tarix həvəskarlarıarasında çox populyardı. Mənbunlardan biri olaraq bildiklərimiz əsasında ssenari quraraq bu suala cavab verəcəm.İlk olaraq iştirak etmiş ölkələrin geosiyasətinə nəzər yetirək.

Almaniya

Yaxşı hərbi taktikaları olmasınabaxmayaraq, düşmənləri də sayca üstünlük təşkil eləyirdi. Əgər Qırmızı ordumüharibə vaxtı çöksəydi, almanlar Stalinqradı, Moskvanı və Leninqradı işğal edərəkeyniylə Fransada etdikləri kimi, marionetdövlət quracaqdılar. Burda fərq sadəcə onda olacaqdı ki, nasistperspektivində slavyan xalqlarının yeni Almaniyada heç bir haqqı olmayacaqdı.Bu da yeni partizan hərəkatlarının yaranmasına səbəb olacaqdı. Təqribən 20-30il alman ordusu terror hücumlarına məruz qalacaqdı. Almanlar Rusiya vəUkraynanın böyük bir hissəsini tam idarə edə bilməyəcəkdi. Sovet hökumətinin rəsmi təslim olmasından sonra Rusiya bir növƏfqanıstana çevriləcəkdi.

Texnologiya sahəsində böyük dəyişikliklər olacaqdı. Almaniya orta mənzilliraketləri və nüvə silahlarını Birləşmiş Ştatlardan öncə XX əsrin 50-ci illərindəistehsal edəcəkdi.

Yaponiya

Yaponiya üçün ən uğurlu ssenari onun Perl Harborda ABŞ-ın Sakit okeandonanmasını məhv etməsi olacaqdı. Bunu edərək o, ABŞ-ı müharibədən çəkilməyə məcburedəcəkdi. Amma bunun ABŞ sənayesinə heçbir ziyanı dəyməyəcəkdi.

Bu ssenaridə də ABŞ yenə də ən güclü iqtisadiyyata malik olacaqdı.Bundan sonra Yaponiya Çində və Mərkəzi Asiyada aramsız və maliyyə cəhətdən əlverişsizpartizan müharibələri ilə üzləşəcəkdi. Onlar Asiyadan kifayət qədər neftvə digər resurslar əldə edəcəkdilər. Amma buböyük tələfat və iqtisadi ziyan hesabına başa gələcəkdi. Onlara işğaledib nefti istismaq etməkdənsə, nefti İndoneziyadan pulla almaq daha sərfəliidi.

Yaponiyanın bu aramsız müharibələri gələcəkdə onları böyük iqtisadiproblemlərlə üzləşdirəcəkdi.

Böyük Britaniya

Alman işğalından sonra onlar nasist marionetinə çevriləcəkdilər. Və buHindistan və Afrika koloniyalarına 1944-1950-ci illərdə müstəqillik elan etməyəşans verəcəkdi.

İtaliya

Zəif ordu qüvvələri ilə Fransa vəBritaniyadan aldığı Afrika koloniyalarıidarə edə biləcək qüvvədə olmayacaq və burada ABŞ Mərakeş və Əlcazairdəkipartizanlara dəstək olacaqdılar.

Rusiya və Şərqi Avropa

Almaniya Polşanı, Ukraynanı, Baltikyanı ölkələri və Qərbi Rusiyanıkoloniyalara çevirəcəkdi. Nasist soyqırım uzun illər çəkəcək, amma almanlar birmüddətdən sonra onlara qul qüvvəsinin lazım olduğunu anlayacaqdılar. Buradaonlar irqi cəhətdən bölünmüş bir cəmiyyət yaradacaq,yuxarı təbəqələrdəalmanlar, aşağı təbəqələrdə, yəni qul kimi slavyan xalqları olacaqdı."Lend Lease" proqramı təqribən 20 il davam edəcək, kommunistləralmanlara qarşı uzun müdətli partizanmüharibələri aparacaqdı. Rusiya ( yəni bizim tarixdəki SSRİ)Almaniya üçün Əfqanıstan olacaqdı, yəni qoyduğuinvestisiyalar heç bir nəticə verməyəcəkdi.

ABŞ

Perl Harbordan sonra F.D.Ruzvelt istef

a verir və Truman prezident olur vəiqtisadi müharibə başladaraq ABŞdonanmasını bərpa etməyə başaldacaqdı. 1950-ci illərin əvvəllərində artıq ABŞöz donanmasını bərpa edəcəkdi. Amma o zamana qədər artıq çox güclənmiş Yapondonanmasına qarşı heç bir şansının olmayacağını anlayaraq müharibəaparmayacaqdı. Və bu o deməkdir ki, ABŞ donanmasının əsas məqsədi yaponları vəalmanları Amerika qitəsindən uzaq saxlamaqolacaqdı. Bizim tarixdə ABŞ alimlərikeçmiş nasist alimlərindən böyük yardım almışdı. Amma burada nasistlərmüharibəni uduzmadığına görə, ABŞ elm və texnologiyası çox gec inkişaf etməyəbaşlayır.

Avstraliya və Yeni Zelandiya

Maraqlı odur ki, Yaponiya Astraliyanı heç vaxt işğal etməyəcəkdi. Çünki Yaponiya artıq Çində, İndoneziyada və CənubiAsiyadakı hərbi əməliyyatları ilə məşğulolacaqdı. Avstraliya və YeniZelandiya öz liberaldemokratiyalarında qalacaqdılar. Amma ABŞ-la yaşadığımız tarixdəki qədər yaxın olmayacaqdılar. Ənböyük dəyişiklik isə onların Böyük Britaniyadan tamamilə aralanması olacaqdı.

Soyuq müharibələr

ABŞ bu soyuq müharibədəiki böyük düşməni ilə, yəni Yaponiya və Almaniya ilə üzləşəcək. 50-ci illərinsonlarında ABŞ və Almaniya uzaqmənzilli nüvə silahları ilə təchiz olunmuşbombardmançı təyyarələri istehsal etdi.

XX əsrin ikinci yarısındadünya geosiyasətini çoxlu iqtisadi müharibələr dominantlıq edəcək.

1. ABŞ rus partizanlarınadəstək duracaq və yüksək təlim görmüş keçmiş Sovet hərbçiləri Rusiya və Mərkəzi Asiyadakı alman-yaponqoşunlarını terrora məruz qoyacaq.

2. Çin Yaponiyay qarşıvuruşmaq üçün ABŞ-dan dəstək alacaq.

3. Yaxın Şərqdəkitayfalar və krallar ABŞ və Almaniya arasında bölünəcək. Şiə İranı və sünni SəudiyyəƏrəbistanı öz aralarındakı dini fərqliliyə görə, müharibə başladacaq.

4. İtaliyanın qələbəsindənsonra ABŞ Afrikanın bəzi ölkələrini, ən əsası da Mərakeş və Əlcəzairəitalyanlara qarşı vuruşmaq üçün maddi yardım göstərəcək. Misir müstəqillik elanedəcək. Amma İtaliya heç cür Misiri ələ keçirə bilməyəcək. Buna baxmayaraq,müstəqil Misir strateji mövqeyinə görə, Berlin və Vaşinqton arasında güzəştolunacaq.

5. Maraqlısı LatınAmerikasıdır. Bizim tarixdə Argentina II Dünya Müharibəsi dövründə nasist tərəfdarıolmuşdu. Bu ssenaridə ABŞ Latın Amerikasını "təmizləmək” üçün çevrilişlərə cəhdedəcək. Amma bizim tarixdən fərqliolaraq, burada ABŞ Almaniyanın təsirini zəiflətmək üçün kommunizmi maliyyələşdirəcəkdi.

Yaxın Şərq

Dünyadakı neftə böyükehtiyac tələbatından Yaxın Şərq ABŞ və Almaniya arasında "müharibə səhnəsi”nəçevriləcək. Səudiyyə Ərəbistanı, İraq, Fələstin, İordaniya və Suriya almanlarlavə amerikalılar arasında bölünəcək. İran və Türkiyə alman təsiri altındaolacaq.

Hindistan

Bizim tarixdə Hindistan1947-ci ildə müstəqillik elan etmişdi. Bu ssenaridə Hindistan bir neçə il əvvəlmüstəqilliyini qazanacaq. Pakistan və Banqladeş yenə də Hindistandan ayrılacaq.Bizim tarixdəki Hindistan və Pakistan münaqişəsi burada nasist Pakistan vəABŞ-Hindistan münaqişəsi ilə əvəz olunacaq.

1960-cı illər

Bizim tarixdə 60-cı illərmüstəqil ölkələrdə intibah dövrü kimi yadda qalmışdı. Nəticədə təhsil gənclərləöz ailələri arasında yeni münasibət yaratmışdı. Burada isə Avropadakı təhsilsistemində nasizm təbliğatı üstünlük təşkil edəcək. Bu deməkdir ki, müasir incəsənət,hippilər və seks inqilabı heç vaxt baş verməyəcək.

İslandiya krizisi

Bizim tarixdəki Kubakrizisinə bənzəyəcək. Burada İslandiyadakı alman çevrilişindən sonra İslandiyanasist təsirinin altına düşəcək. Və bu Almaniyaya orada ABŞ və Kanadaya çatmasıüçün orta mənzilli raketlərini yerləşdirəcək. Bu krizis ABŞ-ın Səudiyyə Ərəbistanındakı və Almaniya İslandiyadakı nüvə silahlarınısıradan çıxarması razılaşması ilə bitəcək.

(ardı var)

Hazırladı: YılmazİBRAHİMOV