adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Mart 2018 16:54
13361
MƏMLƏKƏT

İFALAR XANIMLARA ÜNVANLANMIŞDI

8 Mart BeynəlxalqQadınlar Günü ərəfəsində hər yerdə olduğu kimi, musiqi məktəblərində də şagirdlər,eləcə də kollektiv xanımları təbrik etmək üçün müəyyən tədbirlər keçirirlər. Buqəbildən olan tədbirldərdən biri də Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinintabeliyində olan Şuşa rayon Xəlfəli kənd musiqi məktəbində təşkil olunmuşdur. Maraqlıməqamlardan biri bu idi ki, həmin tədbir təkcə bir məktəbin kollektivinin xanımlaramusiqi töhfəsi deyildi. Tədbir əslində həmin regional idarənin tabeçiliyində olanŞuşa rayon Turşsu kənd uşaq musiqi məktəbinin də iştirakı ilə keçirilirdi. Yəni hər iki məktəbinrəhbərliyinin razılaşması ilə tədbirin ünvanıkimi Biləcəri qəsəbəsi seçilmişdi. Qəsəbədə yerləşən Xəlfəli kənd musiqi məktəbinindirektoru Salman Ağalarov tədbir iştirakçılarını salamlayaraq hər iki kollektivinxanım nümayəndələrinə öz təbriklərini çatdırmışdı. Təbii ki, həmin təbrikə Turşsuməktəbinin direktoru İlham Həsənov da qoşularaq həmkarının fikirlərini davam etdirmişvə bildirmişdi ki, qaçqın məktəbləri olmalarına baxmayaraq, bu məktəblərin istedadlıuşaqları və peşəkar pedaqoqları həmişə həm rayonda, həm də respublikada keçirilənbütün tədbirlərin fəal iştirakçısı olmaqla Qarabağın, Şuşanın sədalarını yaddaşlardatəzələyiblər.


Məktəb direktoruSalman Ağalarovun dəvətilə öncə səhnəyə məktəbin xor kollektivi çıxmış və onlarböyük bəstəkarımız Fikrət Əmirovun «Odlar ölkəsi» mahnısıyla dinləyicilərin alqışlarınıqazanmışlar. Həqiqətən bu əzəmətli mahnı uşaqların ifasında maraqlı alınmışdı. Musiqilitədbiri davam etdirən 3-cü sinif şagirdi İsmayıl Quliyevin «Bayatı-Şiraz» muğamındanifa etdiyi parçalar da, 2-ci sinif şagirdlərinin qarmonda səsləndirdikləri «Ceyranım»rəqsi də, nağaraçıların az qala səhnəni silkələyən çıxışları, ümumiyyətlə, bu tədbirdəsəslənə hər bir ifa öz rəngarəngliyi ilə könüllər oxşamışdı. Hər ifadan sonra salonualqış səsləri bürümüşdü.

Maraqlı təşkil olunmuşbu görüşdə Xəlfəli kənd musiqi məktəbinin direktoru Salman Ağalarov həm təbriklərini,həm də ifaçılara öz ürək sözlərini söyləmək üçün Sumqayıt Regional Mədəniyyət vəTurizm İdarəsinin Şuşa rayon şöbəsinin nümayəndəsi Zahid Abbasova söz vermişdi.Tədbir iştirakçılarının yaxşı tanıdığı və Şuşanın mədəniyyətinin özünəməxsusluğunuyorulmadan təbliğ edən, bu sahədə özəl xidmətləri ilə seçilən Zahid Abbasov gözəl ifalara görə, məktəb rəhbərliyinə, xüsusiləifaçılara və onların müəllimlərinə təmsiletdiyi idarənin adından xoş arzularını çatdıraraq onlara uğurlar diləyib. Eyni zamandao, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə hər iki kollektivin xanımlarınıtəbrik etmiş, onlara xoş arzularını çatdırmışdı.

Həmin gün Biləcəriqəsəbəsində Şuşa rayonunu təmsil edən iki musiqi məktəbinin birgə təşkil etdiyikonsert proqramı hər kəsin yaddaşına köçmüşdü.Çünki ifalar da gözəl idi, ifaların həsr olunduğu ünvanlar da.

Əbülfət Mədətoğlu