adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Fevral 2020 11:20
14209
SİYASƏT

İdilib böhranı

Bəşər Əsəd ordusunun hücumu nəticəsində İdilibdəgərginlik gündən-günə artır. Türkiyə mənbələrindən verilən məlumatlara görəartıq ölənlərin sayı yüzlərlə ölçülür. Bunların əksəriyyəti Suriya ordusunun əsgərləriolsa da aralarında dinc sakinlər də var. Türkiyənin isə 14 nəfər hərbiçisi şəhidolub.

Təbii ki, Suriya hərbi qüvvələri İdilibin təhlükəsizlikbölgəsi elan olunması barədə 2017-ci ilin may ayında Türkiyə, Rusiya və İranarasında əldə edilmiş Astana razılaşmasının, eləcə də Türkiyə ilə Rusiyaarasında 2018-ci ilin oktyabrında əldə olunmuş Soçi anlaşmasının tələblərinipozaraq bölgəyə girməsi və bir sıra yaşayış məntələrini tutmasından sonra rəsmiAnqara cavab tədbirləri görməyə məcbur idi. Çünki YPG-YPD nəzarətində olan həminərazi Türkiyənin təhlükəsizliyinə ciddi təhlükə törədirdi.

Rəsmi Dəməşqə tabe olan ordunun Kremlinxeyir-duası olmadan Bəşər Əsədin qərarıyla bölgəyə hücum etməsini düşünmək sadəlövhlükolardı. Odur ki, yaranmış vəziyyət neçəvaxtdır münasibətlərinin "bal ayını” yaşayan Anqarayla Moskva arasında ciddiçatların yaranmasına səbəb olub. Ərdoğanla Putinin ardıcıl telefondanışıqlarına baxmayaraq, bu çatlar gündən-günə böyüyür və belə getsə, iki qonşu ölkə arasındakı münasibətlərinöz tarixi düşmənçilik məcrasına qayıtması qarşısıalınmaz prosesə çevriləcək.Dünyanın indiki siyasi və geopolitik düzənində bundan daha çox Rusiyanın zərərçəkəcəyi isə heç kimdə şübhə doğurmur.

Məsələ burasındadır ki, son illər hər iki ölkənin dostlarının və düşmənlərinin diqqət vətəəccüblə izlədiyi Rusiya-Türkiyə yaxınlaşması daha çox məcburiyyət üzündənatılan addımların nəticəsində baş tutdu. Rusiyada Sovetlərin süqutundan sonra səngiyəngeopolitik ambisiyaların yenidən dirçəldilməsi onun Qərblə münasibətlərinisoyuq müharibə dövrünün ab-havasına köklədi, kritik situasiyalarda öz ənənəvimüttəfiqlərindən lazımi dəstək ala bilməyən Türkiyə isə onlardan uzaqlaşmağabaşladı. Son olaraq bu yaxınlaşma o qədər həyati zərurətə çevrildi ki, həttaonun qarşısını almaq üçün Rusiya təyyarəsinin vurulmasından tutmuş, onunAnqaradakı səfirinin öldürülməsinə kimi törədilən qanlı təxribatlarla da bununqarşısını almaq mümkün olmadı. Halbuki vaxtilə bu cür hadisələr ən yaxındostları barışmaz düşmənə çevirir, dünya müharibəsinin belə başlanmasına gətirib çıxardırdı.

İndiki mərhələdə İdilibdə yaranan böhranınizamlamaq mümkün olmasa bundan ən çox Rusiyanın itirəcəyi sirr deyil. OnunTürkiyə ilə yaxınlaşmasının iki mühüm aspekti var – hərbi-siyasi və iqtisadi. Hərbi-siyasimüttəfiqlik ilk növbədə S-400 Hava Hücumundan Müdafiə sistemlərinin alınması iləbağlıdır. Bu sövdələşmənin ilk mərhələsi artıq yekunlaşıb, indi söhbət yalnızonların işlək hala gətiriləcəyindən, yoxsa anbarlarda yatıb-qalacağından gedir.Bu qədər bahalı bir malın anbarda yatıb qalmasının Türkiyənin maraqlarına nə dərəcədəuyğun olub-olmamasını başa düşmək üçün o qədər də uzaqgörən olmağa ehtiyacyoxdur. Rusiyanı isə bu alqı-satqıda məsələnin iqtisadi tərəfindən daha çox hərbi-siyasitərəfi, yəni birbaşa Türkiyənin, dolayısıyla NATO-nun hava məkanınınında "atoynatması” maraqlandırır.

İkinci mühüm məsələ "Türk axını” qaz kəməriyləbağlıdır. Şimal axını layihələrinə Qərb tərəfindən ciddi əngəllər törədildiyibir vaxtda bu layihə də Rusiya üçün hava-su qədər vacibdir. Yəqin ki, yenə dəiqdisadi faydanı bir tərəfə qoyaraq bu cür böyük layihələrin həm də siyasi yüküolduğunu qabartsaq, onun Rusiyadan ötrü nə qədər vacib olduğunu xüsusivurğulamağa ehtiyac qalmır. Çünki Rusiya bir dövlət kimi mövcud olduğu bütündönəmlərdə daha çox siyasi, hərbi və geopolitik, bir sözlə, imperiyaambisiyalarını iqtisadi gəlir-çıxarlarının fövqündə görüb. Elə buna görə də ənnadir, ən bahalı, ən zəngin sərvətləriylə dünyanın istənilən ölkəsinə meydanoxuyan bu məmləkətin əhalisi həmişə kasıb yaşayıb, yenə də kasıb yaşayır və belədavam eləsə dünya durduqca kasıb olaraq da qalacaq.

Ekspertlərin yekdil rəyinə görə Bəşər Əsədinİdilib demarşı Ərdoğanın Kiyev səfəri və bu səfər zamanı Ukrayna, eləcə dəKrımla bağlı sərgilədiyi mövqeyin Putində qıcıq doğurmasıyla bağlıdır. Bu isəartıq geopolitik ambisiyaların əsirinə çevrilmək, reallıq hissini tam itirməkdir.Yuxarıda sadaladğımız faktlardan da göründüyü kimi indiki halda Anqara Rusiyaüçün Dəməşqdən daha vacib partnyordur. Bunu rus politoloqlarının özləri dəetiraf edirlər. Təbii ki, indiki halda Putinin Suriyadan üz döndərəcəyi mümküngörünmür. Amma "əvvəl Ərdoğan, sonra Əsəd”. Bunu Rusiya Elmlər AkademiyasıAvropa İnstitutunun "Avropa-Yaxın Şərq” Mərkəzinin rəhbəri Aleksandr Şumilin öz ölkəsinin bölgədəkiprioritetlərindən danışarkən bildirib.

Ümumiyyətlə, Putinin Suriya sevdasının axırınınnecə qurtaracağı çoxlarını düşündürür. Burnunun dibindəki qardaş ölkədə düşdüyübataqlıqda ilişib qalan birisi sərhədlərindən xeyli uzaq bir ölkədə qalib olabiləcəkmi? Olacaqsa bu dağılmış ölkəylə, heydən düşmüş Əsədlə sonra neyləyəcək?Ritorik sualdır, cavabı heç özünə də aydın deyil.

Ancaq Putinə nisbətən Ərdoğan o qədər dəçıxılmaz durumda deyil. Çünki o, Rusiya ilə münasibətlərinin qırılacağı təqdirdəyenidən köhnə müttəfiqləriın yanına qayıtmaq şanslarını itirməyib. Əsədinhücumuyla İdilibdə yaranan yeni böhran vaxtı okeanın o tayından gələn dəstək dəbunu sübut elədi. Üstəlik, son illər Türkiyə rəhbəri Qərb siyasətçiləriylə nə qədərgərgin münasibətlərdə olsa da, həmin ölkələrin hərbi cameəsi üçün vacibpartnyor olaraq qalır. Nə qədər ki, böyük hərbi potensiala və nüvə arsenalınamalik Rusiya dövləti ayaq üstədir Qərb Türkiyədən vaz keçməyəcək, vaz keçə bilməz.Bu böhran dalana dirənsə zərbə Türkiyəyə yox, Ərdoğana dəyəcək. Çünki Rusiyaprezidentindən fərqli olaraq, Türkiyə cümhur başqanı öz ölkəsinin ictimai rəyindənasılıdır. Suriyadakı məğlubiyyətinin bədəli isə onun üçün çox ağır olacaq. Heçislam ritorikası da dadına çatmayacaq.

M. Məmmədov