adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Aprel 2019 09:31
9437
GÜNDƏM

“İdeal”ın hədiyyə kartları istehlakçı hüquqlarını pozur?

Eyyub Kərimov: "Bunu dövlətin iqtisadi siyasətinə, istehlakçı hüquqlarına zidd hesab edirik”


Azadİstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Kərimov "İdeal” parfum və kosmetikamağazaları şəbəkəsinin istehlakçı hüquqlarını pozması ilə bağlı Adalet.az-aaçıqlama verib. AİB sədri Eyyub Kərimov bildiribki, "İdeal”-ın müştərilərinə təqdimetdiyi hədiyyəli kuponlar dövlətin iqtisadi siyasətinə, istehlakçı hüquqlarınaziddir: "Bu günayrı-ayrı şirkətlərin keçirdikləri kompaniyalar insanları aldadır. "İdeal” parfumeriya şəbəkəsi belə bir iş görür. 100manata hədiyyə kuponları verir. Bu kuponla nə vaxt istəsən gedib 100 manat dəyərindəhər hansı bir ətiri ala bilərsən. Sanki azərbaycan manatının funksiyasını veriro karta, ona alıcılıq hüququ verir. Lakin onun aşağısında kiçik hərflərləyazılıb ki, filan vaxta qədər etibarlıdır. Gələn şikayətləri araşdıranda məlumolur ki, insanların bir qrupu bunu bilmirvə etibarlıq müddəti keçəndən sonra vətəndaş müraciət etsə də karta ödədiyi lakin istifadəetmədiyi məbləğ geri qaytarılmır. Beləliklə istehlakçının hüququ pozulur. Bizbununla əlaqədar rəsmi dövlət qurumları qarşısında məsələ qaldırdıq. AİB o zaman buna biganəqalardı ki, karta müddət qoymayaydılar. Müddətin qoyulması istehlakçıhüquqlarının pozulması, istehlakçının aldadılması deməkdir. Bu cür kuponlarburaxan müəssisə mütləq müvafiq dövlət qurumundan icazə və ya rəyalmalıdır. Biz bunu dövlətin iqtisadisiyasətinə, istehlakçı hüquqlarına zidd hesab edirik”.


"İDEAL” rəsmisi:"Pulu verib kartı alırsız sonra da...”


"İDEAL” rəsmisiRasim Həsənov məsələyə aydınlıq gətirərək bildirdi ki, 2016-cı ilin yayına qədər verdiyimiz kartlarınarxasında istifadə müddəti yox idi. 2017-ci ilin martında biz bu kartlarınistifadəsini dayandırdıq:"Bundan sonra bununla bağlı həm AİB-ə həm də dövlət qurumlarına şikayətləroldu. Bizə bildirildi ki, bu kartların istifadəsini dayandırmazdan öncə müştərilərməlumatlandırılmalıdır və onlara müvafiq vaxt verilməlidir. 2017-ci ilin iyunayının 15-dən 2017-ci ilin dekabrayının 31-dək biz müştərilərimizi məlumatlandırdıq ki, bu kartları ya istifadəetsinlər ya qaytarsınlar. Bu müddət bitdikdən sonra bu kartları qəbul etmirik.Artıq bütün kartların arxasında istifadə müddətləri var. Müddət 1 il nəzərdətutulub. Kartlara müddət qoymağımız hesabatlarda nöqsanların yaranmaması üçünqoyulub. Belə ki, kartlar müddətsiz olduqda müştərilərin ondan nə vaxt istifadəedəcəyi məlum olmur. Bu baxımdan aldığımız məbləğin hesabatında problemləryaranırdı.

Müddət bitəndən sonra kartları yenə də qəbul etmirik. Parfum necəbir məhsuldursa kart da elə bir məhsuldur. Pulu verib kartı alırsız sonra da gəlibparfumla dəyişdirirsiniz. Bunun üçün heç bir dövlət qurumundan sənəd almağaehtiyac yoxdur”.

Kartda qalan məbləğlə bağlı isə R.Həsənov bildirdiki, "Kartın müddəti keçəndən sonra müştəri tərəfindən karta verilmiş məbləğgeri qaytarılmır”.

NicatNovruzoğlu