adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Avqust 2018 11:37
20921
MARAQLI

İctimai nəqliyyatla şəxsi avtomobilləri səhv salmayın - Emin Akif yazır

Uzunmüddətdir yazmaq istədiyim yazını, yəni avtobusda, metroda məni hövsələdənçıxaran hərəkətləri bir yerı toplayıb özüm üçün qaydalar toplusu yaratmışam.Ümid edirəm ki, özüm də, siz də bunları oxuyub riayət edəcəksiniz.

İctimai nəqliyyatda ən elementar etiket və riayətolunası qaydalar :

1. Yeməmək.

2. Tumçırtlamamaq.

3.Ayaqlarını aralayıb oturmamaq.

4. Eynivaxtda yuxarı tutacaqdan yapışa-yapışa dirəyə söykənməmək (söykəndiyin dirəkdəndə kimsə yapışa bilsin deyə).

5.Basabasda başqası keçə bilsin deyə imkan yaratmaq, özünü şəxsi maşınındakı kimiaparmamaq.

6.Asqıran, öskürən və gəyirən zaman ağzını tutmaq.

7. Önündədayandığın oturacaqdakı adama kərkinməmək.

8. Əlindətəsbeh, qəpik və səs çıxaran əşyaları oynatmamaq.

9.Qışqıra-qışqıra telefonla, yaxud da yanındakı adamla danışmamaq.

10. Yalnızhamilə və fiziki məhdudiyyətli insanlara yer vermək.

11. Fitçalmaq.

12.Anqıra-anqıra gülməmək .

13. Oturduğunyerdə pəncərə varsa, açmısansa, yanındakından soruşmalı (onun rahatlığınıpozmayasan deyə).

14. Əgəriki nəfərlik oturacağın pəncərə tərəfi boşdursa, orada yox, bu tərəfdə əyləşirsinizsəvə kimsə gəlib sizdən oturmaq üçün yer istəyirsə, deməli etikanı pozmusunuz.

15. Sərnişinlərdənkiminləsə mübahisəniz düşdüyü zaman məsələnizi nəqliyyatdan kənar yerdə həlledin.

16. Boşyer varsa, heç kim oturmursa, o boş yerə əyləşin. Ki, ayaq üstə duranlar üçünrahatlıq yaradasınız.

17.Sürücüyə ayrılmış yeri keçməyin.

18. Əgərnəqliyyatda həddindən artıq sıxlıqdırsa özünüzü dürtməyin, o birisinin gəlişinigözləyin. Əgər dürtmüsünüzsə də yerinizi rahatlayıb "adamlar dəhşətdi e, görürlərbasabasdı, elə hey özlərini dürtürlər” deməyin.

19.Telefonunuzda oyun oynayarkən telefonu səssiz rejimə qoyun, sizindinqa-dunqunuz kimisə narahat edə bilər.

20. Sürücüsünüzsəistədiyiniz musiqini qoşub, səsini ucaltmayın. Sizin musiqi zövqünüzə sərnişinlərdözməli deyil.

21. Ayağınıtapdadığınız insandan üzr istəyin.

22.Ayağınızı tapdayıblarsa anlayışlı olun, basabasda başa düşüləndir.

23.Getdiyiniz ünvana diqqət yetirin. Sürücünü "burada saxlayın, yadımdan çıxıbdüşmək” deyib işindən etməyin. İctimai nəqliyyat taksi deyil.

24. Əgərhəddindən artıq köksünüzsə və sıxlıqda çətinlik çəkirsiniz, kimisə borcluçıxartmayın. Sizin köklüyünüzün səbəbi yalnız özünüzsünüz.

25.Siqaret çəkirsinizsə, nəzərə alın ki, sizin siqaret qoxunuz kiməsə pis təsir edəbilər. Ona görə də avtobusa minənə yaxın siqaret çəkməyin.

26. Ənarxadakı oturacaqlar hündürdür, oraya minərkən və düşərkən aşağıda oturanları nəzərəalın.

27.Oturacaqların arxasına sayt adları, telefon nömrənizi, ürək sözləriniziyazmayın.

28. Nəqliyyatdandüşənləri gözləyin, sonra minin.

29. Əgəryer yoxdursa, qapıdan sallanıb yol gedirsinizsə bu həm həyatınızı təhlükəyəatır, həm də özünüzə hörmətsizlik etmiş olursunuz.

30.İctimai nəqliyyata əli dolu çanta ilə minmisinizsə, başqalarını narahat etməməküçün çantalarınızı, sellofanlarınızı qucağınızda, ayaqlarınızın altındasaxlayın. Yan-yörənizə düzüb camaatı narahat etməyin.

Yuxarıda yazılanlar tamamən müəllifin düşüncələridirvə bunlara riayət etməyiniz sizi həm ictimai nəqliyyat stressindən, həm də kənardanmədəniyyətsiz kimi görünməkdən qurtaracaq. Unutmayın ki, sizin rahatlığınızbaşqasının rahatlığını pozmamalıdır. İctimai nəqliyyatla şəxsi avtomobilləri səhvsalmayın.