İcra başçısı müavinləri ilə bağlı yeni qayda qəbul edildi
Dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik edilir.
Adalet.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, 1-3-cü kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı, habelə Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri istisna olmaqla) inzibati vəzifələrin birinci üçüncü təsnifatlarına uyğun olan vəzifələrə qəbul daxili müsahibə əsasında həyata keçirilir.
Təklif olunan dəyişikliyə əsasən, 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci üçüncü təsnifatlarına uyğun olan vəzifələrə (yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri və Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri istisna olmaqla) qəbul daxili müsahibə əsasında həyata keçiriləcək.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Digər Xəbərlər
19 Yanvar 2026 17:31
Vilayət Eyvazov Daxili Qoşunların fəaliyyətinə dair müşavirə keçirdi - FOTOLAR
19 Yanvar 2026 14:50
Azad edilən ərazilərdə neçə sakin məskunlaşıb?
19 Yanvar 2026 12:53
Bakıda 20 Yanvar günü qar yağacaq
19 Yanvar 2026 12:21


Bakı -°C

