adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Aprel 2014 16:33
4157
SİYASƏT

“İcmalar arasında görüşlərin keçirilməsi zəruridir”

"Hazırda ATƏT-in Minsk qrupu danışıqlar prosesində passivlik nümayiş etdirir.Bütün həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda həlli istiqamətindətəşəbbüslər göstərməlidir. Təəssüf ki, bu istiqamətdə real heç bir irəliləyişgörünmür". Bunu millət vəkili Rövşən Rzayev adıçəkilən qurumun fəaliyyətsizliyindəndanışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq hüquqnormalarına əsaslanan mövqeyi dəyişilməzdir: "Azərbaycan rəhbərliyi əvvəlolduğu kimi, indi də ölkənin bütövlüyü mövqeyindən çıxış edir və Ermənistanınişğal olunmuş ərazilərdən çıxmasını tələb edir"

O həmçinin qeyd edib ki, Dağlıq Qarabağda yaşayanəksər ermənilər münaqişənin tez bir zamanda nizamlanmasında maraqlıdır:"Lakin onlar başda sarkisyanlar, koçaryanlar və digərlərinin olduğuseparatçı rejimə tabedir. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarınınnümayəndələri arasında görüşlərin keçirilməsi zəruridir. Onlar bu münaqişənin həlli yollarını müzakirəetməlidir".