İbrahimoviç karyerasını bitirdi - VİDEO

Zlatan İbrahimoviç futbol karyerasını başa vurduğunu açıqlayıb.
Adalet.az xəbər verir ki, bu barədə Z.İbrahimoviç İtaliya çempiionatının “Milan” – “Verona” oyunundan (3:1) sonra azarkeşlər üçün təşkil olunan vida mərasimində deyib.
"Futbolla vidalaşmağın vaxtıdır. Amma mən sizinlə vidalaşmıram, əziz azarkeşlər", - deyə o bildirib.
Zlatan İbrahimoviçin 41 yaşı var və 2020-ci ildən "Milan"da çıxış edir. Lakin o, zədə və diz əməliyyatı səbəbindən 2022/23 mövsümünün çox hissəsini buraxdı. Bu mövsüm Z.İbrahimoviç İtaliya çempionatında cəmi dörd oyuna çıxıb və bir qol vurub.
Digər Xəbərlər

“Atletik” taktiki baxımdan güclüdür” - Qurban Qurbanov

2025-ci ilin ən çox gəlir əldə edən futbolçusu oldu

Azərbaycan boksçuları Avropa çempionatında iştirak edəcək
