adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Iyul 2019 11:31
22649
ƏDƏBİYYAT

İBRAHİM YUSİFOĞLUNUN YENİ KİTABI

Hər birhalda söz insanı təqdim edir, tanıdır. Yəni imza görünmədən də, sözü oxuyanda,dinləyəndə aertıq onun kimə məxsus olduğunu hiss etmək mümkündür. Görünür eləbu səbəbdəndir ki, bir müdrik deyim yaranıb. Atalar deyib ki: "Danış, kimolduğunu bilim”. Yəni insan danışanda, söhbət edəndə artıq özü də hiss etmədən içiniaçıb tökür ortaya, kimliyini büruzə verir. Bax, bu mənada mövzuya yanaşandaonda artıq müəllifin də redaksiyaya təqdim etdiyi yazılar onu qəzetin əməkdaşlarınada, oxuculara da tanıdır.

Öncədəndeyim ki, İbrahim Yusifoğlu ilə sözün yaşı qədər tanışlığımız var. O, hələ mətbuatdaçap olunan yazıları ilə, xüsusilə uşaqşeirləri ilə diqqətimi çəkmişdi. Zaman-zaman sovet dönəminin mətbu orqanlarındaizlədiyim bu imza sahibiylə "Ədalət”in redaksiyasında qarşılaşdıq vədostlaşdıq. Həm Bakıda, həm Naxçıvanda onun özünəməxsus cizgiləri, səmimiyyətiartıq mənə şeirlərindən bəlli olduğu kimi, dostluğumuz da necə deyərlər, hazırbir şəkildə bizi gözləyirdi. Heç bir sınaqsız, saf-çürük etmədən biz budostluğa imza atdıq. Və demək olar ki, həmin gündən də İbrahim müəllimin həmBakıda, həm Naxçıvanda işıq üzü görən bütün kitablarının, özü də aftoqrafla bir"sahibidə mən oldum. Yəni onun mənəbağışladığı kitablar evimdəki qiymətli hədiyyələyin sırasında öz yerini tutdu.

Bu günlədrə yenə görüşdüm İbrahim müəllimlə. Xeylisöhbətləşdik, dostları yada saldıq, Naxçıvandakı xoş anlarımızı xatırladıq.Arpaçayın sahilindəki ovqatın unudulmazlığını dilə gətirdim. Və İbrahim müəlliminmənə təadim etdiyi "Seçilmiş əsərləri”nin 3-cü cilidini o gedəndən sonra vərəqləyəndəiçimdən xoş bir sevinc duyğuları gəlib keçdi. Ona görə bu sevincə "xoş” sözümü əlavəetmişəm ki, onun məqamını, mərtəbəsini bir az da yüksəldim. Yəni kitabın ilk səhifələrindəxalq yazıçısı Hüseyn İbrahimovun, akademik İsa Həbibbəylinin İbrahim müəllimləbağlı fikirlərindən sonra mənim onun "Sən özü istətdin özünü mənə” kitabı barədəyazdığım məqaləni görəndə həqiqətəndə mütəəssür oldu. İndi fürsətdən istifadəedib İbrahim müəllimə təşəkkürümü çatdırıram və oxuculara bildirmək istəyirəmki, Naxçıvanda çap olunmuş, seçilmiş əsərlərin 3-cü cilidi şeirlər, poemalar vəmənzum pyeslərdən ibarətdir. 300 səhifəyə yaxın həcmi olan kitabın ilk şeirioxucunun 3 cilidliyin son cilidini oxumağa sanki kökləyir. Elə bil ki, bu şeiroxucuya əlavə bir stimul verir, onun ovqatını şeir ovqatına kökləyir. İbrahimYusifoğlu yazır ki:


Uli Tanrım ad veribdi bu yurda,

Ad qarışıq od veribdi bu yurda.

Min bir sərvət dad veribdi bu yurda,

Təkcə qonşu millət kimi mərd deyil,

Məmin dərdim dərdləşməli dərd deyil.


... Günəş doğub hər yan nura boyanıb

Daha düşmən boş xəyaldan oyanıb.

Qarşısında güclü ordu dayanıb,

Dünya bilir istəyimiz hərb deyil,

Mənim dərdim dərdləşməli dərd deyil.


Və yaxud başqa bir şeirində İbrahim Yusifoğluvurğulayır:


Hərdən qanad çalır bir kəsə doğru

Dönüb göyərçinə o ağ əllərin.

Əllərdə əlin tək sıxılsa oğrun,

Qanadı tez sınar göyərçinlərin.


Və yaxud:

Bilirsən, sinəsi közlüyəm axı,

Bir azca söhbətli – sözlüyəm axı.

Bi ar az da dağınıq gözlüyəm axı,

Mənim sözlərimə bir az inanma.


Əslində bu son bənd tez-tez səsləndirdiyimiz "şairsözüdür, inanma” fikrinin bir az yumuşaq formasıdı. Amma həm də gerçəyin özüdü. Bax, barəsində qısaca bilgiverdiyim bu yeni nəşr İbrahim Yusifoğlu iləbiz oxucuların yeni görüşüdü. Mən də onun bir oxucusu kimi "görüşümüzmübarək olsun!” deyirəm.