I sinfə qəbulla bağlı valideynlərə ÇAĞIRIŞ
Mayın 1-dən start verilən 2024-2025-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Adalet.az-a verilən məlumata görə, hazırda ölkə üzrə bütün ümumi təhsil müəssisələrində Azərbaycan və digər bölmələr üzrə sərbəst qaydada məktəb və müəllim seçimi aparılır.
Bu günə qədər ümumilikdə 126 mindən çox uşaq I sinfə qəbul edilib.
2024-2025-ci tədris ili üçün birinci sinfə qəbulu proqnozlaşdırılan məktəbyaşlı uşaqların sayı ilə qeydiyyatdan keçənlərin sayında fərq müşahidə edilir.
Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər.
Digər Xəbərlər
03 Noyabr 2025 10:57
DİM bu tarixdə imtahan keçirəcək
31 Oktyabr 2025 15:16
Azərbaycan Universitetinin komandası ICPC-nin növbəti mərhələsinə vəsiqə qazanıb
29 Oktyabr 2025 15:39
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Azərbaycan Universitetinin tələbələri ilə görüşüb
28 Oktyabr 2025 15:57
Artıq metrodan tələbə bileti ilə keçmək mümkündür - VİDEO
28 Oktyabr 2025 12:17
Şagird qəbulu yalnız 7-ci siniflər üzrə aparılacaq
27 Oktyabr 2025 15:23
Azərbaycan Universitetində maarifləndirici tədbir keçirilib
27 Oktyabr 2025 12:46
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ!
27 Oktyabr 2025 10:01


Bakı -°C

