adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 May 2019 15:13
14953
ƏDƏBİYYAT

HÜSEYN İBRAHİMOV-100

Naxçıvan ədəbi mühitinin Azərbaycan ədəbiyyatınabəxş etdiyi görkəmli sənətkarlar içərisində Xalq yazıçısı Hüseyn İbrahimovun özünəməxsus yeri vardır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin"Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında”13 may 2019-cu il tarixli Sərəncamında deyilir: "Zəngin yaradıcılıq fəaliyyətinəmalik Hüseyn İbrahimov ədəbi fəaliyyətəötən əsrin 40-cı illərindən başlamışdır. Xalq yazıçısının tarixi keçmişimizdənbəhs edən əsərləri oxucular tərəfindən həmişə rəğbətlə qarşılanmış, gənclərin vətənpərvərlikruhunda tərbiyəsində əhəmiyyətli roloynamışdır”.

Azərbaycannəsrinin inkişafında böyük xidmətlər göstərən xalq yazıçısı Hüseyn İbrahimov1919-cu il may ayının 23-də Şərur (indi Kəngərli) rayonunun Şahtaxtı kəndindəanadan olmuşdur. Yeri gəlmişkən bildirirəm ki, Azərbaycanın ictimai-siyasi və mədənihəyatında çox mühüm rol oynayan Şahtaxtı kəndinin onlarla yetirməsi iləxalqımız həmişə fəxr edir, öyünür.

1944-cü ildəHüseyn İbrahimov "Ədəbiyyat qəzeti”ndə "O, düşməndə qoymadı anasınınqanını” adlı ilk şeirini dərc etdirir. 65 ilə yaxın bədii yaradıcılıqla məşğulolan yazıçının bu illər ərzində səkgiz povesti, beş romanı, üç dram əsəri, yüzdən artıq hekayəsivə novellası oxuculara təqdim olunmuşdur.

"Hüseyn İbrahimovun 100 illikyubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevin 18 may 2019-cu il tarixli Sərəncamında görkəmlu yazıçınınyaradıcılığı yüksək qiymətləndirilmiş, onun ədəbi mühitin formalaşmasında xidmətlərilayiqincə dəyərləndirilmişdir. Sərəncamdadeyilir: "Hüseyn İbrahimov yarım əsrdənartıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyəti ilə müasir Azərbaycan ədəbiyyatınıninkişafına töhfələr vermiş özünəməxsus yaradıcılıq üslubuna maliksimalardandır. Ədibin uğurlu axtarışlarının nəticəsi kimi müxtəlif janrlardameydana gətirdiyi əsərlərdə müasirlərimizin zəngin mənəvi aləmi dolğun əksetdirilmiş, mədəniyyət tariximizin yetirdiyi bir çox görkəmli simaların işıqlıobrazları parlaq bədii boyalarla təcəssümünü tapmışdır. Uzun illər Naxçıvanınictimai-siyasi həyatının fəal iştirakçısı olmaqla Hüseyn İbrahimov regionda mədənimühitin tarixi ənənələrinin qorunub saxlanılması və eləcə də müstəqillikideallarına sadiq yaradıcı ədəbi qüvvələrin öz potensiallarını lazımınca gerçəkləşdirəbilmələri üçün böyük əmək sərf etmişdir”.

Hüseynİbrahimov "Ədəbiyyat milli sərvətdir” adlı məqaləsində yazırdı: "Yaradıcılığabaşladığım gündən ədəbiyyata bir həyat fənnikimi baxmışam. Fikirləşmişəm ki, ədəbiyyatı təkcə şagirdlər, tələbələr,ziyalılar deyil, bütün xalq, millət oxuyur, öyrənir”.


Ədəbiyyata həyat fənni kimi baxan Hüseynİbrahimov bir vətəndaş yazıçı kimi Naxçıvanda ədəbi mühitin formalaşmasına,yeni yazıçıların, şairlərin ədəbiyyata gəlişinə xüsusi həssaslıqla yanaşmışdır.Hüseyn İbrahimov 1954-1960-cı illərdə Azərbaycan Yazıçılar İttifaqının Naxçıvanfilialının məsul katibi, 1980-1997-ci illərdə Yazıçılar Birliyi Naxçıvan şöbəsininməsul katibi, 1997- 2007-ci illərdə isə Naxçıvan Muxtar Respublikası YazıçılarBirliyinin sədri vəzifəsində çalışmışdır. Bu illər ərzində Hüseyn İbrahimov deməkolar ki, Naxçıvanda gözəl bir ədəbi mühit formalaşdırmışdır.

1958-ci ildə ermənilərin Naxçıvan iddialarıbaşlamışdı. Həmin dövrdə Azərbaycan Yazıçılar İttifaqının Naxçıvanda səyyarplenumu keçirilib. Həmin dövrdə Naxçıvanda SSRİ Yazıçılar İttifaqınınNaxçıvanda yaşayıb –yaradan üzvləri dörd nəfər idi: Hüseyn İbrahimov, MəmmədəliTarverdiyev, Müzəffər Nəsirl və HüseynƏzim. Səyyar plenumda Rəsul Rza, Mehdi Hüseyn, Əli Vəliyev və digər görkəmlişair və yazıçılarımız iştirak edirdilər. Həmin dövrdə Naxçıvanda ədəbi mühiticanlandırmaq məqsədi ilə Hüseyn Razi, Əliyar Yusifli, Əhməd Mahmud, Məşkur Əkbərvə Kəmalə Ağayeva SSRİ Yazıçılar İttifaqına üzv qəbul olundular. Beləliklə, Naxçıvanda İttifaq üzvlərinin sayı onayaxınlaşdı.

1955-ci ildə Hüseyn İbrahimovun təşəbbüsü iləNaxçıvan yazıçılarının əsərlərindən ibarər "Səadət mahnıları” adlı ədəbialmanax çap olundu. 1958-ci ildə Naxçıvan mətbəəsində ilk dəfə olaraq Hüseynİbrahimovun təşəbbüsü ilə üç kitab nəşr olunub. Bu kitabların biri Hüseynİbrahimovun "Baharın hekayəsi” povesti idi ki, bu əsər Hüseyn müəllimin ilkuğurlu povesti hesab olunur. Həmin ildə Müzəffər Nəsirlinin "Mənim muxtarrespublikam”, Hüseyn Razinin isə "Kəndimizin səhəri” adlı ilk şeir kitablarıçap olunur.

2

Hüseyn İbrahimov məsul vəzifəyə irəli çəkildiyiüçün 1960-1980-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan şöbəsinəşair Müzəffər Nəsirli rəhbərlik edir. Həmin illərdə bir neçə ədəbi almanax nəşrolunub. 1980-ci ildə Hüseyn İbrahimov yenidən Yazıçılar birliyinə məsul katibseçilir. Bu illərdə Hüseyn müəllimin təşəbbüsü ilə "Araz-1”, "Araz-2", ”Araz-3”, "Qoy tanısın dünya səni”,"Şəhidlik-ömrün nur çağı”, "Araz-4”,

"Səhərnəğmələri” adlı ədəbi almanaxlar nəşr olunub. Bu ədəbi almanaxlar Naxçıvan ədəbimühitinin canlanmasına geniş imkan yaratdı.

Ötən əsrin80-ci illərində Naxçıvanda Yazıçılar birliyinin əvvəl 13, sonra isə 18 nəfərüzvü yaşayırdı. 1998-ci ilin əvvəllərində Hüseyn İbrahimovun təşəbbüsü ilə AzərbaycanYazıçılar İttifaqının Naxçıvan Şöbəsi müstəqil təşkilata çevrilərək NaxçıvanMuxtar Respublikası Yazıçılar Birliyi adlandırıldı və Hüseyn müəllim yenidən birliyin sədri seçildi. Həmin dövrdənbaşlayaraq birliyə yeni üzvlər qəbul olundu və onların sayı 62 nəfərəçatdırıldı. Bu gün muxtar respublikamızda Azərbaycan və Naxçıvan YazıçılarBirliyinin 80-ə yaxın üzvü yaşayır ki, onların da əksəriyyəti şair və yazıçıkimi ilk xeyir-dualarını məhz Hüseyn İbrahimovdan alıblar.

Bu gün Naxçıvan və Azərbaycan ədəbi mühitindəgözəl tanınan onlarla yazıçının və şairin ilk kitablarının nəşrinə hələ ötən əsrin80-90-cı illərində ilk qayğını da məhz Hüseyn İbrahimov göstərib. Güllü Məmmədova,Elman Həbib, Həmid Arzulu, Muxtar Qasımzadə, Həsən Valeh, Əhməd Sədərəkli, AsimYadigar, Akif Axundov, Bayram İsgəndərli, Rüstəm Behrudi, Səfər Alışarlı, VaqifMəmmədov, Vaqif Kərimov, İnqilab Orxan, Kəmaləddin Qədim, İbrahim Yusifoğlu, RafiqOday, Məmməd Tahir, Rafiq Babayev, Sultan İsmayıl, Mircəlal Xanaraz, Lətifə Əhmədzadəvə başqaları ilk kitablarının sevincini məhz Hüseyn İbrahimovun dövründə onunqayğısı sayəsində yaşayıblar. Sonrakı illərdə də ilk kitablarını çap etdirənXanəli Kərimli, Həsənəli Eyvazlı, Elbəyi Maqsudov, Əbülfəz Ülvi, Səhlab Məmmədov,Rəhilə Elçin, Fərəc Fərəcov, Şirməmməd Qüdrətoğlu, Mirkərim Həsrət, AllahverdiAqil, Maarif Təmkin, Hüseyn Bağıroğlu, Nazlı Hacılı, Sürəyya Nəsib, ZeyqəmVüqar, İlyas Fərəməzoğlu, Kəmalə Nəsrin, Qafar Qərib, Zaur Vedili, ElxanYurdoğlu və onlarla digər şair və yazıçımız bir insan kimi, bir yazıçı

3

kimiHüseyn İbrahimovun onlara göstərdiyi diqqət və qayğını bu gün də minnətdarlıq duyğusuilə yada salırlar.

Ayrı-ayrı dövrlərdə bir sıra qüdrətli şair vəyazıçılar, tənqidçilər Hüseyn İbrahimovun yaradıcılığı barədə xoş sözlər deyiblər.Xalq şairləri Rəsul Rza, Fikrət Qoca, Nəriman Həsənzadə, Xalq yazıçıları Mirzəİbrahimov, Süleyman Rəhimov, Qılman İlkin, alimlərdən Məmməd Arif, İsa Həbibbəyli,Kamran Əliyev, Yavuz Axundlu, Qulu Xəlilov, Təhsin Mütəllibov, Arif Əmrahoğlu,Hüseyn Həşimli, Qara Namazov, Ayaz Vəfalı, Şahin Səfərov, Mətanət Saraçlı vəbaşqaları ayrı-ayrı dövrlərdə görkəmli yazıçının yaradıcılığı barədə mətbuatdaçıxışlar etmişlər.

Akademik Məmməd Arif yazırdı: "Hüseynİbrahimovun müsbət qəhrəman uğrundaki axtarışları, mənəvi intellektual keyfiyyətlərəmalik sürətlər yaratmaq təşəbbüsü qiymətlidir. Yazıçı səmimiyyətlə təsviretdiyi təmiz vicdanlı qəhrəmanları oxucuya sevdirə bilir”.

Hüseyn İbrahimovun "Günəş doğan yerdə”,"Sabahın sorağında”, "Bahar yağışı”, "Əsrin onda biri”, "Böhtan” romanları,"Baharın hekayəsi”, "Qu quşları öləndə oxuyurlar”, "Göyərçinin məhəbbəti”, "Ürəksəhv edəndə”, "Ölməz mahnılar” povestlərihaqqında mətbuatda xoş sözlər deyilib. Xalq şairi Rəsul Rza 50-ci illərdə müəllifinyaradıcılığına yüksək qiymət verərək yazırdı: "Hüseyn İbrahimovun "Baharınhekayəsi” povesti ciddi yaradıcılıq işinin məhsuludur. Buradaki hadisələrin həyatiliyi,ayrı-ayrı obrazların inandırıcılığı, məqsəd aydınlığı və əsərin ümumi ruhundançıxan tərbiyəvi mənası bizə bu əsəri son vaxtlarda yaranmış əsərlərimizin yaxşınümunələri sırasına qoymağa haqq verir”.

Müəllif bir yazıçı kimi insanları mənən saf,təmiz, vicdanlı, ləyaqətli görmək istəyirdi. Məhz elə ona görə də yazıçınınyaratdığı müsbət insan obrazları həyatda namərdlərə, əliəyrilərə, vicdansızlaraqarşı mübarizə aparırlar və bu mübarizədə də həmişə qalib olurlar.

Hüseyn İbrahimov böyük müşahidə qabiliyyətinəmalik olan yazıçılarımızdan biri idi. Onun tarixi keçmişimizdən bəhs edən "Günəşdoğan yerdə” romanı ötən əsrin 60-cı illərinin sonunda əvvəl "Şərq qapısı” qəzetindəçap olundu. Mən o romanı hələ orta məktəbdə

4

oxuduğumillərdə qəzetdə çap olunanda böyük maraqla oxumuşdum. Sonra isə müəllifin əngözəl romanlarından biri olan, müəllimlərimizin həyatından bəhs edən "Sabahınsorağında” romanını oxumuşdum. Sonralariş elə gətirdi ki, 1982-ci ildə Hüseyn müəllim məni Naxçıvan Yazıçılarİttifaqına işə dəvət etdi və mən düz yeddi il onunla birlikdə işlədim. Müəllifinmeliotorların həyatından bəhs edən "Bahar yağışı” romanını da orada işləyənzaman oxudum. Amma Hüseyn müəllimin "Əsrin onda biri” və "Böhtan” romanları mənimgözümün qarşısında yazılıb. Və böyük sevinc hissi ilə deyirəm ki, həm də o ikiromanın ilk oxucuları Hüseyn müəllimin kiçik oğlu Munis və mən olmuşam. Hər ikiromanı əlyazma şəklində ilk dəfə oxuyanda fikirləşirdim ki, bu romanlar müəllifinəböyük şöhrət gətirəcək. Həqiqətən də elə oldu. Hər iki roman 40 min tirajla çapolunsa da tez bir zaman içərisində oxucular tərəfindən alınaraq sevilə-seviləoxundu. Yaxşı xatırlayıram ki, Hüseyn müəllim "Əsrin onda biri” romanını "Atabəylərdövləti” kimi sanballı bir əsərin müəllifi görkəmli akademik Ziya Bünyadovagöndərdi. Ziya müəllim Atabəylər dövründən, böyük memar Əcəmi Əbubəkr oğlunun həyatındanbəhs edən bu tarixi romanı çox böyük diqqətlə oxumuş, hadisələrlə, həmin tarixidövrlə bağlı bütün qeydlərini səliqəli bir şəkildə qeyd edərək Hüseyn müəlliməgöndərmişdi. Mən deyərdim ki, Ziya Bünyadovun həmin qeydləri müəllifə çox gərəkoldu və Hüseyn müəllim əsərdə heç bir tarixi yanlışlığa yol vermədən böyükmemar Əcəmi ilə bağlı gözəl bir romanı ortaya qoya bildi. Bu roman ədəbiictimaiyyətin diqqətini daha çox cəlb etdi, mətbuatda filoloq alimlərin, müəllifinqələm dostlarının çox dəyərli yazıları çap olundu.

Romantik poeziyamızın ölməz korifeyiHüseyn Cavidin taleyindən bəhs edən "Böhtan” romanını da sonralar müəllif əlyazma halında böyük şairin fədakar qızıTuran Cavidə göndərdi. Turan xanım romanı oxuyandan sonra öz qeydlərini yazaraqmüəllifə göndərdi. Hüseyn müəllim Turan xanımın həmin dəyərli qeydlərini nəzərəalıb roman üzərində yenidən işləyərək onu təkmil və maraqlı bir əsər kimi oxucularına təqdim etdi.

Şairlərdən Balaş Azəroğlu, Nəriman Həsənzadə,Kəmalə Ağayeva, Vaqif Məmmədov, HəsənValeh, İbrahim Yusifoğlu və başqaları ayrı-ayrıdövrlərdə Hüseyn İbrahimova maraqlı şeirlər həsr etmişlər.

Hüseynİbrahimov 33 il Naxçıvan Yazıçılar Birliyinə rəhbərlik edib. Ədəbi mühitinformalaşmasında onun çox böyük xidmətləri olub.

Müəllifinözünün də əməyi yüksək qiymətləndirilib. O, "Şöhrət” ordeninə, Xalq yazıçısı fəxriadına layiq görülüb, Prezidentin fərdi təqaüdünü alıb.

Naxçıvan ədəbi mühitinin nümayəndələriadından Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsihaqqında verdikləri Sərəncamlara görə Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab VasifTalıbova səmimi minnətdarlığımızı bildiririk.

Asim YADİGAR

Naxçıvan Muxtar Respublikası Yazıçılar

Birliyinin sədri