Hüquq-mühafizə orqanları üçün xərclər ARTIRILIR
Gələn il proqnozlaşdırılan hüquq-mühafizə və prokurorluq üzrə xərclər açıqlanıb.
Adalet.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.
Sənəddə qeyd edilib ki, 2024-cü il dövlət büdcəsindən hüquq-mühafizə və prokurorluq üzrə xərclərinə 2 956,7 milyon manat (xüsusi çəkisi 8,1 faiz) ayrılması proqnozlaşdırılır.
Xatırladaq ki, 2023-cü ilin dövlət büdcəsində hüquq-mühafizə və prokurorluq üzrə xərclər 2 833 592 456 manat proqnozlaşdırılıb. Beləliklə, gələn il üçün hüquq-mühafizə və prokurorluq üzrə xərclər 2,5 faizə qədər artırılır.
Qeyd edək ki, 2024-cü il üçün dövlət büdcəsi xərcləri 36355,0 milyon manat (ÜDM-in 30,7 faizi) həcmində proqnozlaşdırılır.
Digər Xəbərlər
18 Sentyabr 2026 16:40
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
18 Sentyabr 2026 11:40
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
18 Sentyabr 2026 10:26
2027-ci ilin dövlət büdcəsində 2026-cı illə müqayisədə hansı dəyişikliklər gözlənilir?
18 Sentyabr 2026 09:31


Bakı -°C

