adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Mart 2020 09:30
47549
ŞOU-BİZNES

Hülya Avşar yenə də gündəm oldu - seksual fotolar heyrətə saldı

Türkiyəliməşhur müğənni və aktrisa Hülya Avşar nəinkipərəstişkarlarını, eyni zamanda pərəstişkarı olmayanlarıda növbəti dəfə heyrətləndirdi.

Adalet.azxəbər verir ki, onu sonuncu dəfə kamera qarşısında görən hər kəs özünü möcüzə görürmüş kimi hiss elədi. İllər keçsədə, gözəlliyindən heç nə itirməyən Hülya"Youtube”da yeni proqram yaradacağını açıqladı. Həm də "Senzurasız və azad”adlı proqramının başlaması ərəfəsində fotoqraf Zeynel Abidin Ağgülünkamerasının qarşısına keçdi və seksual fotolarısosial şəbəkələrdə geniş müzakirə olundu. Bax elə bu an illərə meydanoxuyan müğənni gözəlliyi və cazibədar bədən quruluşu ilə görənləri valeh etdi.

Hülya Avşarkimdir?

Tanınmışmüğənni Hülya Avşar10 oktyabr1963-cü ildəBalıkəsirdəanadanolub.Əslən Ərdəhanlı əvşarlar nəslindəndir. 1979-cu ildə - 16 yaşında mühəndislikfakültəsinin tələbəsi olan Mehmet Tecirli ilə ailə qurur. Amma bu evlilik cəmiiki il sürür. Tecirlidən ayrılarkən hamilə olan Hülya övladını dünyaya gətirməkdənimtina edir. "Bulvar" qəzetinin təşkil etdiyi "Kainat GözəllikYarışması"nda birinci yeri tutub (1982), lakin evli olduğu məlum olduqdatacı geri alınıb. 1983-cü il 20 yaşlı Hülyanın həyatının dönüş nöqtəsiolur. Fikrət Hakan və Saleh Güney ilə baş rolu paylaşdığı "Haram"filmi ilə aktrisalıq karyerasına başlayan Hülya 1984-cü ildə Kenan Kalavlaikinci filmdə rol alır. "Tutku" filminin baş rolunu oynayan Avşar1985-ci ildə bataqlıqda batırılan bir qızı canlandırdığı "Teleqızlar" da Tarık Akanla tərəf müqabili olur. Həmin il Tolga Savacıyla"Sekreter"i və İbrahim Tatlısəslə "Mavi Mavi"ni oynayır. Məhzbu filmdən sonra İbrahim Tatlısəs Hülyaya aşiq olur. Amma Tatlısəsin cəhdlərinəbaxmayaraq, Hülya heç cür onu sevə bilməyəcəyini açıqlayır."Berlin inBerlin" filmindəki aktrisalıq məharətinə görə Moskva Film Festivalında ənyaxşı qadın aktrisa mükafatına layiq görülüb.Daha sonra musiqi təhsilialan Hülya Avşar Türkiyədə və xaricdə konsertlər verməyə başlayıb, 6 albom vəbir sinql çıxarıb. 1987-ci ildə Hülya Avşar "Alamancının Arvadı" və"Bir Kırık Bebek" filmlərinə çəkilir. İki il sonra Kino Yazarları Dərnəyinintəşkil etdiyi yarışmada "ən yaxşı qadın aktrisa" nominasiyasındaqalib seçilir. "Fəzilət" və "Müəllim Zeynep" filmlərindərol alan Avşar 1990-cı ildə baş rolu Yaman Okay ilə paylaşdığı "MənimSinemalarım"dakı roluyla IX Beynəlxalq Tehran Film Festivalında münsiflərheyətinin xüsusi mükafatına layiq görülür.

Həminil Hülya "Hasan Boğuldu" filmində Yalçın Dümerlə baş rollarıpaylaşır. Üç il sonra isə Avşar qızı daha bir beynəlxalq uğura imza atır. O, budəfə Sinan Çətinin rejissoru olduğu və baş rollarını Cem Özerlə paylaşdığı"Berlin in Berlin" filminə görə Beynəlxalq Moskva Film Festivalında"ən yaxşı qadın aktrisa" mükafatını qazanmaqla Türkan Şorayın uğurunutəkrarlamış olur.

HülyaAvşar bu filmlə Türkiyədə də bir neçə mükafat qazanır. Ölkəsinin Mədəniyyət NazirliyininKino Uğur Mükafatına, həmçinin Kino Yazarları Dərnəyindən "Ən yaxşıbeşinci film" mükafatlarına sahib olan aktrisanın şöhrəti hər gün bir azda artırdı. 2000-ci ildə TürkiyəninKral TVtelekanalı tərəfindən təşkilolunmuş ilin musiqi mükafatları təqdimatı mərasimində ən yaxşı qadın müğənnimükafatını alıb. Sonralar televiziya kanallarında şou aparıcısı kimi də məşhurlaşıb.Hülya Avşar Türkiyədə gördüyü işlərlə yanaşı sevgi macəraları ilə də məşhurdur.Futbolçu Tanju Çolak, Coşkun Sabah, Osman Xəttat, Mehmet Aşıcıoğlu kimi məşhurlarlasevgi macərası yaşayan Avşar, Mehmet Tecirliden ayrıldıqdan sonra ikinci dəfə1997-ci ildə ailə qurur. Kaya Çilingiroğluilə olan evliliyindən Zəhraadında bir qızı var. Cütlük2005-ci ildə boşanıb.

Qeyd edək ki, 57 yaşlı müğənni və aktrisa28-30 yaşlı gənclərdən seçilməyən bədən qurluşu ilə gündəm olub. Həmin şəkillərinəzərinizə çatdırırıq.

Əntiqə Rəşid