adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 Fevral 2017 15:48
11983
SİYASƏT

HULUSİ AKAR YUNANLARA GÖZ DAĞI VERƏ BİLƏCƏKMİ?!

Qardaş Türkiyənin Genelkurmay başkanı (bizim təbirimizcə desək,Baş Qərargah rəisi) Hulusi Akar hərbi katerlə gedib Kardak adasına, amma adaya düşməyib. Gəmidə bir şəkil çəkdirib qayıdıb. Yunanıstanın da adını tapmağaərindiyim xarici işlər naziri deyib ki, Hulusi Akarın adaya qalxmağa cəsarəti çatmayıb və çata da bilməz.Mövlud Çavuşoğlu da (yəni Türkiyənin ElmarMəmmədyarovu)bərkhirslənib və yunanıstanlı həmkarını«nadinc uşaq» adlandırıb və hədələyib.

Sözlə, hədəylə bəyanatolmur, gərək filan eləyənin qabağına filan eləyəsən. Yəni gərəkdi ki, Hulusi Akar gedib həmin adaya qalxa.

Eh, bir vaxtlar vardıey, yunanlar gəlib Kardak adasına öz bayraqlarını sancmışdılar, əsgər də çıxarmışdılar. Dönəminbaş bakanı Tansu Çillər də demişdi ki: «O bayrak yenəcək, o əsgər gedəcək». Və sözünü də tutdu, elə səhərisigün türk əsgərləri o bayrağı yendirdi, yunanəsgərləri də dallarına baxmadan qaçdı.

İndi səndən mədət,ya Binəli Yıldırım.