Hulusi Akar Yunanıstanla bağlı beynəlxalq ictimaiyyətə çağırış etdi
"Tarix yunanıstanlı siyasətçilərin uydurmalarını yox, onların əllərinin körpələrin qanına batdığını yazacaq".
Adalet.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar yüksəkrütbəli rəsmilərlə keçirdiyi toplantıda deyib.
O, Yunanıstana xəbərdarlıq edib: "Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, Egeyi məzarlığa çevirən Yunanıstana beynəlxalq qurumlar sanksiya tətbiq etməlidir. Beynəlxalq ictimaiyyət Yunanıstanın bu addımlarına "dayan" deməlidir".
Nazir qarşı tərəfi danışıqlar masasına dəvət edib: "Yunanıstan Türkiyəni təhdid olaraq yox, təhlükəsiz və effektiv müttəfiq, qonşu kimi görməlidir. Bu, həm özünün, həm regionun, həm də NATO-nun xeyrinə olar. Yunan xalqı da əmin olmalıdır ki, Türkiyə Yunanıstanla sülhə istiqamətlənmiş gələcəyin tərəfdarıdır. Üçüncü tərəflərdən də gözləntimiz məsələyə beynəlxalq hüquqa və məntiqə uyğun, tərəfsiz və obyektiv yanaşmalarıdır".
H.Akar vurğulayıb ki, Türkiyə Şimali Kipr də daxil olmaqla Egey və Aralıq dənizinin şərqində hüquq və mənfəətlərini qorumaqda qərarlı və buna qadirdir.
Digər Xəbərlər
18 Sentyabr 2026 15:10
Paşinyan Hessen Sülh Mükafatına layiq görüldü - YENİLƏNİB
18 Sentyabr 2026 13:28
Ayıların hücumlarına görə - Komendant saatı elan etdilər
18 Sentyabr 2026 10:38
İstanbul 2027-ci ildə “İspaniya Super Kuboku”na ev sahibliyi edəcək - FOTOLAR
18 Sentyabr 2026 09:41
Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satacaqlar
17 Sentyabr 2026 21:00
Rusiyada keçmiş nazir həbs edildi
17 Sentyabr 2026 19:45
Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub
17 Sentyabr 2026 19:23
“Bizə nə edəcəyimizi diktə edə bilməzlər” - Trampa cavab verdi
17 Sentyabr 2026 19:04


Bakı -°C

