Horovlu kəndinə növbəti köç olub, açarlar təqdim olunub - YENİLƏNİB
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç prosesi gerçəkləşib.
Adalet.az xəbər verir ki, 18 ailə - 66 nəfər Horovlu kəndinə çatıb. Sakinlərə evlərin açarları təhvil verilib.
Təqdimat mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və ANAMA-nın mütəxəssisləri iştirak edib.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, şəhidlərə rəhmət, ailələrinə səbir diləyiblər.
***
12:12
Bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub.
Adalet.az xəbər verir ki, bu gün Horovlu kəndinə 18 ailə - 66 nəfər köçürülüb.
Onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Digər Xəbərlər
03 Mart 2026 09:26
Bu gün od çərşənbəsidir
02 Mart 2026 12:48
Leyla Əliyeva "Woman Bazaar" festivalında - FOTOLAR
02 Mart 2026 12:46
"Uşağın əlindən telefonu almaq asandır, amma..." - Deputat
02 Mart 2026 10:43
Prezident məişət tullantıları daşıyan texnikalarla tanış oldu - FOTOLAR
02 Mart 2026 09:15
Xocalıda avtomobillərdə köməksiz qalanlara yardım edildi - VİDEO
01 Mart 2026 11:11
Ölkədə küləkli və yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
01 Mart 2026 09:19
Yazın ilk ayının ilk günündə hava necə olacaq?
28 Fevral 2026 00:07


Bakı -°C

