“Hörmüzdən neft daşımaları müharibədən əvvəlki səviyyəni keçib”
“Hörmüz boğazından inanılmaz miqdarda neft daşınır”.
Adalet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdən Baltimorda keçiriləcək tədbirə yollanarkən jurnalistlərə açıqlamasında deyib.
Tramp son günlər Hörmüz boğazından “inanılmaz” miqdarda neft daşındığını və neft qiymətlərinin yaxın vaxtlarda düşəcəyini gözlədiyini bildirib.
O, İran iqtisadiyyatının “çox pis” vəziyyətdə olduğunu söyləyib. Tramp İranın neft naziri Möhsün Paknejadın ölkədəki vəziyyətin yaxşı olmadığını əsas gətirərək istefa verdiyini dilə gətirib.
Hörmüz boğazından neft daşınmasına toxunan Tramp boğazın açıq olduğunu deyib.
“Son bir neçə gündə inanılmaz miqdarda, milyonlarla barel neft daşınıb. Biz müharibədən əvvəlki səviyyələrə çatan və ya hətta onu aşan səviyyələrdə daşımalar həyata keçiririk”, - Tramp bildirib.
Digər Xəbərlər
07 Oktyabr 2026 07:49
Vəba epidemiyası: Bu, Rusiyanın sonunu gətirə bilər
07 Oktyabr 2026 07:47
Tramp: Ukraynadakı müharibə sona yaxınlaşır
07 Oktyabr 2026 07:46
Vens: İran müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsini azaltmalıdır
07 Oktyabr 2026 07:42
Hərbi bazaya hücum edib 13 nəfəri öldürmüşdü - 65 il sonra ilk dəfə bu üsulla edam olunacaq
07 Oktyabr 2026 07:41
Səsini AI-dan qorumaq üçün bu addımı atdı
07 Oktyabr 2026 07:40
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
07 Oktyabr 2026 07:39
Kosovonun yeni prezidenti o oldu
06 Oktyabr 2026 22:25


Bakı -°C

