adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 May 2019 16:21
16287
ƏDƏBİYYAT

Horadiz möcüzəsi - Seyran Səxavət yazır

Bu yaxınlarda vətəndən vətənə səfər eyləmişdim, yəni paytaxtımızBakıdan, doğulub boya-başa çatdığım Füzuli rayonuna getmişdim. Yolboyu yağanyağış mənzil başına yetişəndə daha da şiddətləndi. Camaat narahat idi, deyirdilərki, çiyid səpini ləngiyir, hava imkan versəydi... əlbəttə burda havadan çoxAllahı nəzərdə tuturdular. Doğurdan da 1-2 gündən sonra nəzərdə tutduqlarıonların köməyinə gəldi, hava açıldı.

Elə mənim də əl-qolum açıldı.Horadiz şəhərinin necə gözəlləşməsi barədə ora gedib-gələn qonaqlardan, elə həmyerliləriminözlərindən də çox eşitmişdim. İldə 1-2 dəfə rayona gedirdim. Ancaq Kürdmahmudlukəndində yaşayan, 50 ildən artıq müəllim işləmiş Vəsmə mamamı görər, 5-10 günoralarda baş girliyəndən sonra Horadiz tərəfə keçmədən geri qayıdardım. Təkbircə dəfə, iki il bundan əvvəl Alxanlı kəndindən keçib, bir polkovnik dostumunvasitəsilə haramıda yerləşən hərbi hissələrin birindəki əsgər balalarımıza başçəkmişdim – vəssəlam.

Hər il bu vaxt – yaz ağzı gedirdim.Kürdmahmudlu kəndindəki Üzərlik təpəsindən doğulduğum Yağlıvənd kəndinə tərəfboylansam da heç nə görə bilmirdim. Doluxsuna-doluxsuna özümə də, bəşəriyyətə də,XXI əsrə də nifrət eliyirdim. Ancaq bir az keçəndən sonra daha sərrast qərara gəlirdim;kəndimizə boylana-boylana qalmağımın günahı nə bəşəriyyətdədi, nə də XXI əsrdədi-günah hamısı özümdədi. Bəşəriyyət də, XXI əsr də amninstiyaya düşdü, öz dərdimlətək qaldım –üzbəüz. Özümüzdən başqa heç kəs bizim problemimizi həll edən deyil– güman ancaq özümüzədi. İnşallah özümüz də həll edəcəyik. Onsuz da dünyaictimaiyyəti deyilən o mücərrəd boşluq xirtdəyəcən problem içindədi...

Uşaqlıq dostum, hal-hazırda Əhmədbəylidəyaşayan, təqaüdə çıxmış Mobil Həsənov hələ keçən dəfəki gəlişimdə Horadizi mənəbelə tərifləmişdi: Seyran, Horadiz sən görən deyil, Parijdi, Parij.

Ona görə də bu dəfəki gəlişimdə gedib Horadizigəzmək istədim. Mən heç vaxt adamlara yuxarıdan aşağı baxmasam da, şəhərlərəuca bir yerdən, yəni yuxarıdan aşağı baxmağı xoşlayıram. Çünki şəhər ovcumuniçi kimi görünür. Xahişimlə bələdçilərim məni buralarda ən hündür yer olan,2014-cü ildə 10 hektar ərazidə salınmış Bayraq Meydanına apardılar. Doğurdanda, bu yüksəklik orda dalğalanan Azərbaycan bayrağına layiq idi. Burdan Horadizəl içi kimi görünürdü. Üçrəngli bayrağımız nəinki yaxın və uzaq ətrafdan, həttaİrandan – Cənubi Azərbaycanın Araz sahili ərazilərindən də görünürdü – görünsəyaxşıdı...

Düzü, Respublikamızın bir sıra şəhər və rayonlarındakı,o cümlədən Bakımızdakı Bayraq Meydanında çox olmuşam və heç yerdə bayrağımızınbelə bir ucalıqdan dalğalandığını görməmişəm. Bir anlıq mənə elə gəldi ki,paytaxtımızın Dağüstü parkından balaca bir Bakıya tamaşa edirəm. 10 hektar sahədəminlərlə ağac əkilmişdi. Ağacların duruşuna, yaraşığına, rəngi-ruhuna baxanda mənəelə gəlir ki, hər ağaca bir adam qulluq eləyir. Yeri gəlmişkən, Füzulirayonunun müxtəlif ərazilərində, o cümlədən yolların kənarında 20000 xan çinarəkilib. Bu ağaclar o qədər böyüyüb ki, İcra hakimiyyətinin məsul işçisi Hidayətmüəllim demişkən, hər birinin kölgəsində məclis qurmaq olar. Hidayət müəlliminbu yanaşması o xan çinarların qaməti və görkəmi haqqında çox sərrast təsəvvüryaradır.

Bayaq Bayraq meydanı zirvəsindən Horadiz şəhərinəbaxırdım, indi isə başımı qaldırıb şəhərdən bayrağımıza tamaşa eliyirəm, üzüyuxarı – doğurdan çox qürur verici və möhtəşəm görüntüdür.

Hələ tələbə vaxtı mənim yaşıdlarımın hamısı,demək olar ki, Horadiz stansiyasında qatara minib Bakıya getmişik – oxumağa,işləməyə və s. Ona görə də bütün Horadizdə mənim üçün ən doğma yer elə dəmiryolvağzalı olub. Bələdçilərimdən – Horadiz şəhər icra nümayəndəsi Əli Abdullayev vəkommunal müəssisələr kombinatının direktoru Teymur Qurbanovdan xahiş elədim ki,məni ora aparsınlar.

Maşın dayananda Əli dedi:

-Seyran müəllim, içəri baxmaqistəyirsiniz?

-İçəri?

-Bəli...

-Bura haradır ki?

-Dəmiryol vağzalıdır də...özünüz..

-Nə danışırsan?

-Vallah, - Əli gülümsündü.

Düzü "köhnə dostumuzu” tanıya bilmədim, çox dəyişmişdi, dahadoğrusu çox dəyişdirmişdilər dəmiryol vağzalının inzibati binasını. Bu dəyişiklikməni də, mənim nəzərimdə zamanı da dəyişdirdi, bir anın içində 50-55 illik yolgedib keçmişə qayıtdım, tələbəlik illəri elə burdan keçib gedən qatarlarınvaqonları kimi bir-bir gözlərim önündən keçib gedirdi, mən də o illərin necəkeçib getdiyini müşaiət edirdim. Düzü, birtəhər olmuşdum. Ümümiyyətlə,vağzallar çox qəribə, həm də romantikayla dolu bir yerdir; ordan kimisə uzaq səfərəyola salıb qatarın dalınca əl eliyirsən və yaxud uzun-uzun illərin ayrılığındanvə həsrətindən sonra kimisə qarşılıyırsan, ona qovuşursan, kövrəlirsən, necədeyərlər, elə vağzaldaca adam olursan, yaxud daha yaxşı adam olursan. Bu mənadavağzal mənim aləmimdə həmişə qeyri-adi bir məkan kimi rəmzləşib. Ən gözəl hisslərdənbiri də budur ki, qatarın dalınca əl eliyirsən – guya elə sən əl eləməsən qatarnə yerindən tərpənər, nə də mənzil başına yetişər. Bundan da yaxşısı odur ki,vağzalı görəndə harasa çıxıb getmək istəyirsən, lap dünyanın o başına...

Təəccüblə Əli ilə Teymurun üzünə baxanda gördüm ki, onlar da mənimtəəccüblənməyimə təəccübləniblər. Mən dedim:

-Uşaqlar, bunu nə vaxt belə?..

-7 ildir ki, vağzalımız beləqəşəngləşib, – az qala ikisi də bir ağızdan dedi.

-Deməli, 2012-ci ildən?

-Bəli, - Əli dedi, - Seyran müəllim,2012-ci ildə, indi onları bir-bir sizə göstərərik, xeyli obyektlər istifadəyəverilib. Baax, bu vağzal binası, Ümummilli Lider Heydər Əliyevin abidəsi, canımsizə desin, YAP-ın təzə inzibati binası, Heydər Əliyev Mərkəzi, üç hektar yarımərazidə salınmış Heydər Əliyev parkı, Gənclər Mərkəzi, Füzuli Dövlət Dram Teatrıbinasının yenidən qurulması, Şahmat Məktəbi, Heydər Əliyev Fondunun təşəbbüsüilə tikilmiş 240 şagird yerlik Horadiz şəhər tam orta məktəb binası, 5 min ton tutumuolan soyuducu anbar, ümumi gücü 25,2 MVt olan Füzuli Su elektrik stansiyası... bax,bunların hamısı 2012-ci ildə başa gəlib. İndi yadımdan çıxan olsa onu da Teymurdeyər, - məhəbbətlə Teymurun üzünə baxdı.

-Mən bilən 2012-dəkilərn hamısını dedin, - Teymur da eyni təbəssümləcavab verdi, - sonra rayon təhsil şöbəsinin inzibati binası, polis şöbəsinin,bir də Dövlət Təhlükəsizlik xidmətinin binası.

-Bunlar 2013 də oldu, deyəsən...– Əli dedi.

-Hə... 2013-də...

Razılaşdılar.

-Sonra neyləmisiniz? – Mənsoruşdum.

Əli bir az da irəli çıxdı, əvvəlcə Teymurun, sonrada mənim üzümə baxıb ağayana, bir az da mərhəmanə bir ərk və öyünclə dedi:

-Seyran müəllim, tikişfabriki, nə qədər adam işləyir orda, canım sizə desin, 2 saylı körpələr evi - uşaqbağçası... – duruxdu.

-Sonra? - Mən də sevgi iləsoruşdum.

-Sonra...sonra...hə... qoydeyim dayna, bax, bu son illərdə Horadizdə müharibə vaxtı dağılmış 227 evi, 3 dənədə çoxmənzilli yaşayış binasını bərpa eləmişik. Canım sizə desin, 32 km uzunluğunda Əhmədalılar-Mollaməhərrəmli-Arayatlı-Babı kəndarası yolu asfaltlamışıq...

-Tarix-Diyarşünaslıq muzeyininbinası, - Teymur Əliyə kömək elədi.

-Ay sağ ol, Tarix-Diyarşünaslıq...sonra Füzuli rayon icra hakimiyyətinin binası, boulinq zalı, Mil-Muğan hidroqovşağı...

-Yorulmadın ki? – Mənsoruşdum.

-Nə danışırsınız, Seyran müəllim,belə şeylərdən səhərəcən danışaram, uf da demərəm.

-Teymur, Əli düz deyir?

-Düz deyir, bizdə yalanyoxdu... hər şey göz qabağındadı də...

-Yenə nəsə var ? – Mən növbəilə ikisinə də baxdım. Onlar da bir-birinə baxandan sonra yenə Əli özünü qabağaverdi, necə olmasa da Horadiz şəhərinin meridi də kişi, dedi:

-Azərxalça Açıq Səhmdar CəmiyyətininFüzuli filialını açdıq. Qarabağ xalçaları dünya bazarına bir toy tutsun ki,İnşallah. Sonra...canım sizə desin...avtovağzal binası... hə... avtovağzalımızda var... Horadizdə Füzuli dövlət Rəsm Qalerayası tikmişik, sonra, 2016-da məcburiköçkünlər üçün tikilmiş 400 evlik qəsəbə, 1 saylı Qayıdışla, 11 saylı Qayıdış qəsəbələrinibirləşdirən maşın yolu, - Əli bayaqdan bəri sol əlinin barmaqlarını dəfələrləqatlayıb açmışdı və hələlik də bu işi fəxrlə davam etdirirdi, - sonra, sonra...-bir an fikrə getdi,- sonra, Seyran müəllim, bunlar hamısı son səkkiz ildə görülənişlərdir; Horadiz şəhərində 31 mart və Xocalı soyqırım qurbanlarının şərəfinəxatirə kompleksi quruldu, ayrıca Qəhrəmanlar parkı salındı, Aprel döyüşlərindəşəhid olanlar üçün abidə ucaltdıq, magistral, kəndarası yolların, elə Horadiz şəhərininözünün də küçələri gördünüyüz kimi hamısı asfaltlanıb, rayonunun 39 yaşayış məntəqəsininhamısına qaz çəkmişik, Seyran müəllim, deməli Əhmədbəyli kəndində ən müasirstandartlara cavab verən musiqi təmayüllü gimnaziya, son on ildə... son on ildə3860 şagird yerlik 23 məktəb tikmişik, sonra 2180 şagird yerlik 12 məktəbbinasını da, necə deyərlər, kefin istəyən kimi təmir eləmişik. Rayonumuzun ərazisində20000-dən çox çinar, Türkiyədən, bir də İtaliyadan gətirilmiş 3500 leylandra,10000 eldar şamı, 25000 dekorativ kol, ümumilikdə 100minə yaxın cürbəcürağac əkmişik. Ağaclara da ki, necə lazımdısa elə qulluq eləyirik – gözqabağındadı dayna... heç gözünüzə bekaf ağac dəyir? Ola da bilməz... o qulluğunqabağında ağaclar niyə bekaf olmalıdır ki? Ola bilməz.

-Sən bir toxta ee, ay Əli...

Əli güldü.

-Əli, gör nə deyirəm, bunlarıbildik. Bəs bu gün, bax bu vağzalın qabağında durduğumuz vaxt nə işlər görülür.

-Görüb tamamladığımız işlərisayıb qurtarmadım, axı...

-Eybi yox... onları sonra deyərsən– bax, bu gün neynirsiniz, nə iş görürsünüz?

-Həəə... bu gün... bu gün,hal-hazırda Dövlət Bayraq Meydanı ərazisində Bayraq Muzeyi tikirik... canım sizədesin, Bala Bəhmənli kəndində Mərkəzi rayon xəstəxanasının, Arayatlı kəndindəuşaq bağçasının, ondan sonra 8 nömrəli Qayıdış qəsəbəsində 365 şagird üçün nəzərdətutulmuş məktəb tikirik. Bu yaxın günlərdə də rayon ərazisində çiy kərpicdən,bir də qarğıdan tikilmiş evlərdə yaşayan 95 ailə üçün təzə bir qəsəbəni tikməyəbaşlayacağıq, sonra...

-Əli ta bəsdi... – Mən dedim.

-Nə təhər məsləhətdi, - bunuda Əli dedi, Teymurun üzünə baxdı, o dabaşı ilə təsdiqlədi.

-Əli.

-Bəli, Seyran müəllim...

-Bir məsələni də soruşum...

-Buyurun, buyurun...

-Əli, rayon ərazisində əlimizdə-ovcumuzdaolan tarixi abidələrimizin vəziyyəti nə təhərdi, məlumatın var?

-Niyə yoxdu... qoy deyimdayna... deməli, Babı kəndindəki Şeyx Babı türbəsində restavrasiya işlərinintam, mükəmməl şəkildə başa çatdırılması üçün, bir də Əhmədalılar kəndindəki Arcalıtürbəsinin əsaslı surətdə bərpa olunması üçün Mədəniyyət Nazirliyinə rəsmənmüraciət etmişik – başqa problemimiz yoxdur.

-Mənim də sizə sözümyoxdur...doğurdan söz tapa bilmirəm...bu az müddətdə bir belə iş görmək olar?

Görülən işin həcmiylə zaman tərs-mütənasib mövqeydəidi. Sözün həqiqi mənasında heyrətlənmişdim.

Kağız üstə "görülən” işləri də çox görmüşük, kağız üstə görülənişlərin ömrü də kağız qədər olar. Ancaq bu kişilər, az müddətdə, bir mahnıdadeyildiyi kimi xaruqələr yaratmışdılar, özü də torpağın üstündə - göz qabağında.

Sonra maşına minib bələdçilərimin fəxrlə, ağayana şəkildə dillərinəgətirdiklərini bircə-bircə gördüm, bəzilərinə əlimi də sürtdüm. Horadiz şəhərininiçində qırx bir km yol qət elədik – bu, küçələrin, abad, hər iki tərəfdənyaşıllıqlara qərq olunmuş yolların ümumi uzunluğu idi. Təmizliyə söhbət olabilməzdi. Horadiz şəhərində özümü Avropadakı kimi hiss edirdim, ancaq HoradizAvropadan rahat və daha doğma idi. Şəhəri gəzib dolanmağa, onu yaxından görməyəxeyli vaxt getdi – halal xoşun, mənim gözəl Horadizim.

Füzulinin qulağına çatmasın – gözəl Füzulimin...

***

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25fevral 2011-ci il tarixli sərəncamı ilə Füzuli rayon İcra Hakimiyyətininbaşçısı təyin olunmuş Alıyev Alı Nuşirəvan oğlunun iş otağındayıq. Mən heyrətimigizlədə bilmirəm.

-Alı müəllim, - dedim, - mənimyer üzündə yaşayan bütün bəndələr kimi korluq çəkdiyim şeylər də olub, ancaqSözdən heç vaxt korluq çəkməmişəm. Bu sarıdan həmişə kefim kök olub, özüm dəkefimə korluq verməmişəm. Ancaq düzünü deyim ki, gördüklərim də, eşitdiklərim dəməni heyrətə gətirdi. Bu az müddətdə bir belə işi nə təhər görmüsünüz, axı...

Əslində 10 ilə yaxın da az müddət deyil, ancaq görülən işinmüqabilində çox az görünür – bu, inkar edilməz həqiqətdir və heyrətamizdir!

Alı Alıyevin iş otağında məlum oldu ki, Prezident İlham Əliyevson 8 ildə Füzuli rayonuna 4 dəfə səfər etmiş və rayonun sosial-iqtisadi inkişafıilə əlaqədar beş sərəncam vermişdi.

Füzuli rayon icra başçısı Alı Alıyev prezident İlham Əliyevin vəbirinci vitseprezident Mehriban xanım Əliyevanın Füzuli camaatına göstərdiyiqayğıdan ürək dolusu danışdı, statlar gətirdi, sərəncamların mahiyyətindən, busərəncamların əhatə dairəsinin genişliyindən, hamını əhatə etdiyindən söhbətaçdı. Onun söhbətlərindən belə çıxdı ki, biz heç nə eləməmişik, hər şey ölkəbaşçısının yaxından və güclü dəstəyinin, diqqətinin nəticəsidir. Ölkəprezidentinin islahat yönümlü son sərəncamlarından isə xüsusi arxayınlıq vəheyranlıqla danışdı.

...Füzuli şəhərinin bəxtəvər vaxtlarını xatırladım. Biri Maybayramı münasibətilə keçirilən parad, camaatın bəxtəvər-bəxtəvər, şən-gumrah şəkildəparaddan keçmələri, havası, suyu, varlığında yumor tüğyan eliyən adamları, şəhərinrelyefi, əhatə olunduğu dağlara boy verən xan çinarları, çayları, meşələri, buzbulaqlar, tarixi Qaraköpək təpəsi, Məngələnatası, Quruçayı, Çərəkəni, Köndələni,Ərgünəşi, bir sözlə Allahın bəxş etdiyi bütün gözəllikləri...

Elə Füzuliyə getmək istədim ki... ürəyim atlandı...

Yazının əvvəlində dediyim kimi vətəndən vətənə səfər eləmişdim.Dünyanın çox ölkəsində olmuşam; Rusiya, İran, İngiltərə, Fransa, Almaniya,İtaliya, İspaniya, Türkiyə, Amerika... saymaqla qurtaran deyil. Olduğum ölkələrinhamısı haqqında yazılar yazıb mərkəzi mətbuatda, hətta müxtəlif dillərdə çapetdirmişəm...

Fikirləşdim ki, doğulduğum, çörəyini yediyim, suyunu içdiyim, canımdanəziz, qanımdan qaynar, heç vaxt sınmayan Füzuli rayonu haqqında niyə yazmayım.

Qərara gəldim ki, Bakıda beş-on gün dincələndən sonra yazaram.

Yazdım...

Bakı-Füzuli-Bakı, 15 may 2019-cu il.