adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Sentyabr 2016 16:58
9637
MƏDƏNİYYƏT

Hollivud gözəlinin ixtirası və əzablı həyatı...

O "Hollivud”da bütünzamanların ən gözəl qadınları içərisində həmişə ön sıralarda yer tutdu. Bir çox filmdə rol alsa da, hər kəsinağlında 1949- cu ildə çəkilmiş "Samson ve Delilah” dakı "cazibədar qadın”olaraq qaldı.
 



Hedi Lamar (Hedy Lamarr), 9noyabr 1914-cü ildə Vyanada anadan olub. Anası piyanoçu, atası isə bankir idi.Mədəni və zəngin bir ailənin qızı idi. Yəhudi əsilli olması onun həyatına təsiredəcək ən vacib səbəblərdən biri idi. Erkən yaşlarından kino və məşhur olmaq istəyi onu cəlb edirdi.15 yaşında olarkən Vyanadakı qısametrajlı film sahəsində epizodik rolla filməçəkilməyə başladı. Ancaq o qədər gözəl idi ki, bu kiçik rollar qısa vaxtda onuntanınmasına səbəb oldu. Bir ildən sonra Vyana ona dar gəlməyə başladı və Avropafilm sənayesinin mərkəzi olan Berlinə gəldi. Bu dövrdə Almaniyada iqtisadiböhran yaşanırdı. Səbəkarlar isə yəhudilər hesab olunurdu. Nazi partiyası getdikcə güclənirdi.Buna baxmayaraq, ssenaristlər, rejissorlar öz işlərinə davam edirdi. 


Hedi 1932-ci ildə "Ecstasy” adlı filmdə Eva rolunu canlandırdı. Bu adi bir roldeyildi. Kino pərdəsi ilk dəfə bir çılpaqlıq səhnəsi görürdü. Film bir anda qızğınmüzakirələrə səbəb oldu. Almaniya və Amerikada izlənməsinə qadağa qoyuldu.Bütün bunlarla yanaşı bir xəbər də Vatikandan gəldi. Papa filmi lənətləmişdi!

Hedi bir anda məşhuroldu…Artıq istədiyi addımı atmağa hazır idi. Sevgi də elə bu məqamda qapısınıdöydü. Friedrich Mandl, "Ecstasy” filmində gördüyü bu gənc qızın izinə düşmüş və qəlbinə yol tapmağıbacarmışdı. Hedidən 13 yaş böyük olan Mandl, yəhudi bir atanın katolik oğluidi. Varlı bir silah taciri idi. Möhtəşəm bir zənginlik içində Avstraliydayaşamağa başladılar. Artıq Hedi üçün kino yox idi. 

Həyat yoldaşıyla birgə getdiyi dəvətlər və ərininfabrikindən başqa digər yerlərə getmək ona yasaqlanmışdı. Öz evlərindəkeçirdikləri tədbirlərdə o dövrün bütün tanınmış simaları iştirak edirdi.Onların sırasında Freud, Mussolini hətta Hitler də vardı. Hedi bu vəziyyətə dözəbilmirdi. Əri faşist rejminə silah satanbir qatildi. Ən azından artıq Hedi üçün dəqiq belə idi. Bir neçə dəfə evdənqaçmaq istədi. Hər səfərində daha sərt güvənlik tədbirləri görülürdü. Malikanəsanki bir qalaya çevrilmişdi. Lakin Hedi xidmətçi qiyafəsinə girib, bir çamodandolu ləl-cəvahiratı da götürüb Mandldan qaça bildi. Londonda "Metro GoldwynMayer” in ortaqlarından biriylə tanış olmaq fürsəti oldu. "MGM” artıq onuncünHollivud deməkdi. 1938-ci ilin yayındailk dəfə Hollivudun "Əlcəzair” adlı filmindəoynadı. Film olduqca bəyənildi.

Nəhayət ki, xəyallarıgerçək olmuşdu amma Hedi bərbad  birhaldaydı. Avropada qarışıqlıq hökm sürürdü, nazi partiyası Avstraliya ilə qanlıbir ortaqlığa girmişdi. Hedinin ailəsi də digər yəhudilər kimi vətən xainiqəbul edilirdi. Bu vaxtlarda Hedi  birssenaristlə evləndi. Çütlük bir oğlan uşağı övladlığa götürdü amma evlilikləricox davam etmədi.

 

Alman ordusu Avropaya irlilədiyi bir vaxtda yaponlarınPearl Harbor zərbəsiylə Amerikanın prezidenti F.D.Ruzvelt də savaşa qoşulmuşdu.Almaniyada "büyük böhran”dan sonra vəziyyəti yenidən düzəltmək üçün müharibəninxərclərini ödəməyə müxtəlif yollar axtarılırdı. Bunlardan biri hökümətin "savaşvergisi” toplamaq idi.(Savaş vergisi-Müharibə vaxtı hökümətin özünü maliyyələşdirmək üçün vətəndaşlardantopladığı müəyyən məbləğdə pula verilən addı) Bir çox Hollywood ulduzukimi Hedy də könüllü olaraq vergi toplamağa başladı.  Vəzifəsini sona yerirdikdə topladığı rəqəmbir record idi. Hedy 25 milyon dollarlıq savaş vergisi toplamağı bacarmışdı.

Alman sualtı gəmiləri  Amerika iləBritaniya arasındakı suları öz müstəmləkəçiliyində saxlayırdı. Minlərcə gəmiyaşlı qitəni üfüqdə belə görmədən məhv edilirdi. Hətta Çörçil də alman sualtı gəmilərininhücümundan ehtiyat edirdi. Müharibə müddətində bu hücumlarda 80 minə yaxıninsan və 15 min tona qədər materialın bu şəkildə məhv edildiyini düşünsək,Çörçil  narahat olmaqda haqlı idi.Almanlar tərəfındən hədəfi dəyişdirilməyəcək, hava hücumundan müdafiə məqsədli raket kompleksləriniistehsaletmək lazım idi. Hedi film çəkilişlərindən sonra qalan vaxtı bunu düşünərəkkeçirirdi.

Silah fabrikində mühəndislərlə keçirdiyi darıxdırıcı günlərdə öyrəndiyitexniki biliklər və əl altından silah almağa gələn pis adamlarla söhbətləriindi işə yarayırdı. Detallara fikir verməsi və mükəmməl yaddaşı da yeni icadıtapmaqda ona kömək oldu. Ancaq bunu müəyyən bir sistem halına gətirmək üçünyardıma ehtiyacı vardı. Axtardığı yardımçını bir piyanino ifasını eşitdikdə kəşfetdi. Müassirləri arasında yenilikçiliyi ilə diqqət çəkən bəstəkar və piyanoçuCorc Antheil axtardığı adam idi. Hedy və Corc "dəyişkən hava tezlikli”texnologiyanı  yaratmağı bacardı. Buteknika hava hücumundan müdafiə raketinə nəzarət edən ratsiyaya aid tezliklərin  mütəmadi olaraq dəyişməsinə imkan verirdi.Sistem eyni zamanda düşmənin, telefonları dinləməsinin qarşısını alırdı. BuAlmaniyanın ən azından dənizlərdəki hakimiyətini sona çatdırmaq deməkdi.

İxtiraçılar həyəcanla səlahiyyətli şəxslərə müraciət etdi. Müharibəyə təsiredəcək böyük bir kəşf etmişdilər. Bir piyanoçu və bir aktrisanın belə bir kəşfiedə biləcəklələrinə inanmırdılar.  Həttarişxənd olunub rədd edildilər. Bu görüşdən US2292387 nömərəli patent qaldı.

 

Amerika bu sistemdən  1962-ci ilinpayızında Kuba Füzə böhranı zamanı istifadə etdi. Bu illərdə çoxdan şöhrətiniitirmiş Hedinin pula çox ehtiyacı vardı. Lakin rəsmi sənədlərə görə patenti ödəməkvaxtı 1957-ci ildə bitmişdi. Hökümət Hediyə bir qəpik belə ödəmədi.

 

Sonrakı illərdə Hedi ilə Antheil’in ixtiralarını müharibə sənayesindən əlavədigər sahədə də istifadə edildi. Aparılan araşdırmalar nəticəsində mobiltelefon, Wi-Fi və GPS kimi günümüzə istiqamət verən texnologiyalar Hedi vəAntheil’ın icadı sayəsində inkişaf etdirildi. Hedi II. Dünya müharibəsində yəhudilərinhəyatını dəyişdirməsə də dünya tarixində informasiya texnologiyası sahəsindəicadların ixtiraçısı olaraq adını tarixə yazdırır.   


 Holivudda şöhrətini itirdikdən sonra çətin günlər keçirən Hedi həyatıboyunca altı dəfə evlənir. Biri övladlıq olmaqla bərabər üç uşağıyla dolaşıqbir ailə həyatı olur. Elə imkansılıqlar icində olur ki, hətta oğurluq səbəbiləməhkəməyə də düşür. Gənçlik gözəlliyini saxlamaq üçün dəfələrlə estetik əməliyyatolunur. 90-cı  illərin sonlarında Kanada əsillibir Wi-Fi şirkəti onunla əlaqə saxlayır, və patent haqqı olaraq ona bir miqdarməbləğ ödəyir. Bunun sayəsində həyatının son bir neçə ilini zəngin bir qadınolaraq keçirir. Hedi, 2000 –ci ildə həyata əlvida deyir.

 

Corc Antheil isə tapdığı ixtiranın istifadə olunmasının şahidi belə olmur.1959-cu ildə ürək çatışmazlığı nəticəsində dünyasını dəyişmişdi.