20 Iyun 2024 11:07
2423
MƏDƏNİYYƏT

Hollivud aktyoru Co Manqaniello erməni nənəsinin macəraları ilə İrəvanda

Azərbaycan Qarabağı separatçılardan azad edəndən sonra dünya növbəti dəfə "məzlum ermənilər"ə sevgi və nəvazişini bol-bol göstərməyə başlayıb. Ölkələr, təşkilatlar, ünlü şəxslər hər addımda "təsəlli" olmaq üçün hər əməldən çıxırlar.
Hollivud aktyoru, prodüser, rejissor Co Manqaniello kimi...

Adalet.az
xəbər verir ki, Co Manqaniello ermənilərin "yaralarını sarımaq üçün" Ermənistana gəlib.
Məlumatı bütün erməni mediası paylaşıb:"Erməni kökləri və erməni soyqırımından sağ çıxan əcdadları haqqında dəfələrlə danışan Co Manqaniello Ermənistana səfər edib. Bu barədə KOAF-ın (Ermənistan Uşaqları Xeyriyyə Fondu) Instagram səhifəsindən öyrənirik.

Aktyor Co Manqaniellonun Ermənistana son inanılmaz səfərinin ruhlandırıcı epizodlarını sizinlə bölüşməkdən məmnunuq. COAF İdarə Heyətinin üzvü və 20-ci İllik COAF Qala mərasimində nüfuzlu Humanitar Mükafatın laureatı olan aktyor ana nənəsinin vətəninin zəngin tarixi, müstəsna mədəniyyəti və istiqanlılığı haqqında məlumat əldə etdi. Co, unudulmaz xatirələr və Ermənistan uşaqlarına bəxş etdiyiniz məhəbbət üçün təşəkkür edirəm”, - deyə səhifədə yerləşdirilən videoda deyilir.

Ermənistana səfəri çərçivəsində ulduz diasporla iş üzrə baş komissarı Zareh Sinanyanın müşayiəti ilə saxta erməni soyqırımı Memorialını və Muzeyini ziyarət edib. Bundan əlavə, o, ölkəni gəzib, köhnə monastırları və kilsələri, o cümlədən Khor Virap, Sanahin'i ziyarət edib.( Hər iki kilsə qədim Alban abisədir).

Manqaniellonun sözlərinə görə, Ermənistanda o, illərdir onu maraqlandıran, erməni irsi və kimliyi ilə bağlı suallara cavab alıb. 

Manqaniello əlavə edib ki, ulu nənəsi çox "möhkəm qadın" olub və alman hərbçiləri tərəfindən əsir düşənə qədər digər qaçqınlarla birlikdə mağarada yaşayıb. Manqaniellonun ulu nənəsi sonda hərbi düşərgədə bir alman zabitindən hamilə qalır və sarışın, yarı alman bir uşaq dünyaya gətirir: “Uşaqlıqdan mən erməni soyqırımından sağ qalanın hekayəsini və mənim ulu babam olan bu alman əsgərinin olduğunu bilirdim.

Son on il ərzində mən o almanın kim olduğunu öyrənməyə çalışıdım. Sonda məlum olub ki, erməni qadını hamilə edən alman zabiti sonradan Almaniyadakı ailəsinin yanına qayıdan Karl Vilhelm Bottingerdir.

Mən sağ qalanların nəslindənəm... Təsəvvür edin ki, nənəm düşərgədə sarışın uşaq böyüdür, ermənilərin heç biri sarışın olmadığı halda...Nənəm  onu atasız böyüdür, sonra ABŞ-a gələrək ətrafdakı digər böyüklərin nəzarəti altında o uşağı böyüdür və sonra mən dünyaya gəlirəm.

P.S. Hollivud ulduzu Manqaniellonun qaçqın nənəsininin alman zabitindən əmələ gətirdiyi "bic"dən törəməsi və "nənə"nin də qədim  və ilk fahişə Anahiddən fərqli olmadığı bütün dünyaya məlum oldu.

Uzun sözün qısası, qucağındakı it küçüyü ilə bərabər ermənilərin qırılanlarını şərəfləndirib... 

 Əntiqə Rəşid