adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Iyul 2018 09:38
66547
MÜSAHİBƏ

Hollandiyadan görünən Azərbaycan - MÜSAHİBƏ

Bugünkü həmsöhbətim uzun müdət AZTV-də və müxtəlifsahələrdə çalışmış, hal-hazırda Hollandiyada yaşayan Vüqar Abbasovdur.

- Vüqar bəy, Hollandiyaya nə vaxt getdiniz?

-2008-ci ildən ailəmlə birgə Hollandiyanın Zierikze şəhərində yaşayıram. Ona qədərburada Aztv-də işləmişəm. Hollandiyaya köçəndən bir il sonra qərara gəldim ki,Azərbaycanla bağlı hansısa işlər görmək lazımdı. Düzdür, bu işlə məşğul olan təşkilatlarvar, amma hərəsinin öz yolu var. Mən uzun müddət tək, heç bir təşkilatyaratmadan jurnalist kimi fəaliyyət göstərdim. 2011-ci ildə oranın "Jurnalistlərbirliyi”nə üzv oldum, məndən alınan müsahibələr qəzetlərdə dərc olunmağabaşladı.

Azərbaycanbizim Vətənimizdir. Amma Vətəni kənardan sevmək daha asandı. 10 gündür Vətəndəyəm,hiss edirəm ki, Vətənə qarşı olan hisslərim Hollandiyada bir başqa idi, buradabir başqa. Ölkə xaricində yaşayanda canının yarısı burada qalır.

- Orada rəsmi adamlardan ilk görüşünüz kimlə oldu?

-Holland dilini bilmirdim. Ona görə də dilini bildiyim kimlərləsə əlaqə qurmaqlazım idi. Parlamentdə isə türk əsilli millət vəkilləri var. Niderland parlamentində və siyasətində yetərincətürk kökənli siyasətçilər var ki, onlar dövlətin siyasətinə təsir göstərəbilirlər. Onlardan biri də Nebahat Albayrak "İşçi partiyası”nın sədriidi.

- Müsahibələrinizdən birində demisiniz ki,"Connect” təşkilatını yaratmağa bir holland kömək olub.

- "Connect"Təşkilatını yaratmazdan öncə mən fərdi şəkildə fəaliyyət göstərirdim, yaratmağıplanlaşdırdığım təşkilatın Hollandiya ictimai, siyasi çevrələri, mediaorqanları ilə əlaqələrinin olması üçün öncədən iş aparırdım, əlaqələr qururdum.Hollandiya Jurnalistlər Birliyinin üzvü olmağımdan istifadə edib bir sıragörüşlər keçirmişdim. Nəhayət, keçən ilin sonlarında holland dostlarımla qəraragəldim ki, birlikdə "Connect" Təşkilatını yaradaq. Mən uzun müddət AzərbaycandaAzTV-də işləmişəm, müxtəlif media orqanlarında yazılarım çap edilib, eynizamanda Bakıda turizm biznesi ilə məşğul olmuşam. Bütün bu təcrübələrimHollandiyada fəaliyyətimin qurulmasında, istiqamətlənməyimdə rolunu oynayıb.Hollandiyaya köçdükdən sonra öncə holland dilini öyrəndim və 2010-cu ildən buölkədə ümumi diaspor fəaliyyətinə qatılmağa başladım. "Connect” Təşkilatı sırfdiaspor fəaliyyəti ilə məşğul deyil. Biz Hollandiya və Azərbaycan, eləcə dəHollandiya ilə digər türk dilli ölkələr arasında mədəni, iqtisadi əlaqələrindaha da sıx qurulmasına öz töhfəmizi verməyə çalışırıq. Məqsədimiz odur ki, təşkilatımızheç bir kənar maliyyə dəstəyinə ehtiyac olmadan fəaliyyət göstərmək imkanını əldəetsin. Yalnız belə olduğu halda ortaya səmərəli iş qoymaq mümkündür. Təşkilatımızınbu günə qədər həyata keçirdiyi bütün işləri öz hesabımıza eləmişik. Hər bir azərbaycanlıyaşadığı xarici ölkədə öz bacardığı, imkanı çatdığı qədər Azərbaycanın millimaraqlarını təbliğ eləməlidir.

- Sizə deyiblərmiki, "sən də təşkilat yaradıb Azərbaycanı təbliğ adı altında xeyir güdürsən”?

- Tənqidlərlə rastlaşıram əlbəttə ki. Amma vaxtilə diaspor barədəən çox yazanlardan, tənqid edənlərdən biri də mən idim. Ancaq o vaxt sadəcə birjurnalist kimi yazırdım, təşkilatçı kimi deyil. Yəni o zaman maraqlı tərəfdeyildim. Jurnalist kimi hər zaman düşündüyümü, gördüyümü yazmağa, obyektivolmağa çalışmışam. İndi isə mən də bir təşkilatın sədriyəm. Düşünürəm ki, etikolmaz ki, bir təşkilat rəhbəri digər təşkilat(lar)ı tənqid etsin. Onda eləanlaşıla bilər ki, mən maraqlı tərəf kimi digər təşkilat(lar)ı"vururam". Halbuki diaspor təşkilatları siyasi partiya deyillər vəheç bir siyasi iddiaları da olmalı deyil. Diaspor təşkilatlarının işi sadəcədiaspor fəaliyyəti olmalıdır və bu fəaliyyəti də kimlərəsə, rəsmi Bakıya xoş gəlməküçün, məhz diasporumuz üçün etməli olduğu düşüncəsindəyəm. Nə vaxt ki təşkilatçılıqdançəkiləcəm, o vaxt yenə də jurnalist kimi yazılarımı yazacam və lazım olanda tənqiddə edəcəm.

- Xaricdə yaşayanlarhamısı diaspor fəaliyyəti ilə məşğul olmalıdır? Hamı Azərbaycan üçün nəsə etməlidir?

- Yox, əlbəttə. Xaricə yaşamağa diaspor fəaliyyətiilə məşğul olmaq məqsədilə gedən yoxdur. Artıq xaricdə yaşadıqca insanda müəyyənhisslər yenidən oyanmağa başlayır ki, ölkəm üçün bunu edim, onu edim və s.Kimisi bunu fərdi edir, kimisi bir başqaları ilə birlikdə təşkilat yaradır,kimisi də yaradılmış təşkilatlarda aktiv olmağa çalışır. Bir də ki nə üçündüşünürsünüz ki, hamı fəaliyyəti barədə məlumat verməlidir? Məsələn, mən fərdifəaliyyət göstərdiyim vaxtlarda bunu kimsəyə nə deyir, nə də bir yerdəyazardım. Dostum Elnur Eltürk məni buna bir növ məcbur etdi. Başqa bir misal, mənimhəyat yoldaşım artıq bir neçə ildir ki, ibtidai məktəbdə (12 yaşına qədər olanuşaqlar üçün) işləyir və ölkəmizi bacardığı qədər təbliğ edir. Məsələn,Novruzda, Respublika günlərində qısa məlumatlar verir, evdə şəkərbura, paxlavabişirib aparır və s. Ancaq bunu nə mətbuata vermək üçün edir, nə facebookdayazmaq üçün. Mən də bunları ilk və son dəfə deyirəm. Bilirsiniz nə qədərsoydaşımız var ki, fərdi etdiklərini heç yerdə demir, yazmırlar. Səbəbini dəsoruşanda birisi bunu təvazökarlıqdan kənar kimi dəyərləndirir. Digəri deyirki, nə üçün hamıya bildirməliyəm? Kiminsə qarşısında öhdəliyim olduğu üçünetmirəm axı. Sadəcə içimdən gəlir və edirəm.

- Əvvəllər xarici ölkələrdə Azərbaycan deyəndə çoxadam bizim ölkəni tanımırdı. Artıq 10 ildir ki, Hollandiyadasınız. Bəs,Hollandiyada bu məqamda vəziyyət necədir? Bizi tanıyırlarmı?

- Açıqdeyim. Bizim üçün Çində baş verən hadisələr nə qədər maraqlıdırsa, Hollandlarüçün də Azərbaycan o cür maraqlıdır. Biz elə bilirik ki, bütün dünya bizitanımağa borcludur.

- Axı bizim üçün Hollivud filmləri olsun, İranfilmləri olsun, lap dediyiniz Çinin filmləri belə olsun, maraqlıdır. Yəni mədəniproseslər.

- Baxın,məsələn, bizim Space kanalı hind mədəniyyətini burada məşhur edib. Belə getsə,Hindistan diaporası Space kanalına təşəkkür bildirəcək. Bütün günü bizimkanalları açırsan, şoudur, əyləncədir. Yaxşı, öz vətəndaşlarımızı nəzərəalmırlar, eybi yox, bəs, xaricdəkilər? Bəs, onlar Azərbaycan haqqında nə düşünəcəklər?Haqqımızda hardan öyrənəcəklər?

Biz tədbirkeçirəndə kamança çalınırdı. Orada əyləşən hollandların bəzilərinə kaman səsitoxundu, bəzilərinə isə yox. İki film nümayiş etdirdik Azərbaycan haqqında.İkinci film 45 dəqiqəlik idi. Onu bilərəkdən sona saxlamışdım. Foyedə şərab içəntək-tük adam gördüm. Hamısı zalda əyləşib maraqla filmə baxırdılar. İndi yəhudilərkimi çıxmasın, sualınıza sualla cavab verim, biz onlara nəyi təqdim etdik ki,baxmadılar?

İnditeleviziyada bəzi müğənnilər yalandan deyir ki, getdik, xaricdə konset verdik.Onlar gəlib burada kiminsə toyunda oxuyurlar, adını da qoyurlar konsert.

- Bayaq Vətəndən danışdınız. Övladlarınıza aşılayabilmisinizmi bu hissi?

- Sizətam səmimi deyirəm, pafoslu çıxa bilər. O məsəl düzdür, "Gəzməyə qərib ölkə,ölməyə Vətən yaxşı”. Mən də istəyərəmki, ölsəm bu torpaqdan dəfn olunum. Qoy, mənim sümüklərim bu torpağı möhkəmləndirsin.Övladlarım bilsin ki, Azərbaycan atalarının məzarı var. Bura gəlib-getsinlər, Vətənəbir bağları olsun. Mən Vətənə gələn kimi atamın, doğmalarımın məzarı ziyarətedirəm. Əgər onlar olmasa, niyə gəlim ki?

Yadıma gəlir,Hollandiyaya gedəndə oğlum məndən soruşdu ki, ata, biz Azərbaycana nə vaxtqayıdacağıq? Artıq illər keçib, indi biz bura gələndə oğlum soruşur ki, ata,biz Hollandiyaya nə vaxt qayıdacağıq?

Açıqetiraf edim ki, bizim üçün orada yaşayış buradan daha rahatdır.

- Bir də görürsünüz ki, xaricdə yaşayansoydaşlarımız etiraf edirlər ki, ermənilərlə yaxşı yaşayırıq xarici ölkədə.Hollandiyada necədir? Bizimkilərlə ermənilər necə yola gedirlər?

- Mənimmillətimin qanını tökmüş, Xocalıda uşaqlarımı qırmış bir millətlə mən dost olabilmərəm. Hə, əgər birlikdə işləmək məcburiyyətim olsa, o heç. Amma iş ayrı,dostluq ayrı.