"Hökuməti turistlərin sayının azalması narahat etməlidir" - Deputat
"Azərbaycanda gələn il dövlət büdcəsindən beynəlxalq tədbirlərin keçirilməsinə 239 milyon manat vəsait ayrılacaq. Bu, elmə ayrılan vəsaitdən 10 milyon manat artıqdır. Çox təəssüf ki, bu beynəlxalq tədbirlərin bir çoxunun effektivliyi çox aşağıdır".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə 2026-cı ilin büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, hökuməti ötən illə müqayisədə turistlərin sayının azalması narahat etməlidir:
"Əgər bu ilin 10 ayında ölkəmizə 2 milyon 171 min turist gəlibsə (illik müqayisədə 1,7 % az), bizdən çox kiçik Gürcüstana 4 milyon 307 min turist gəlib (2 dəfə çox). Bunun səbəbləri araşdırılmalıdır".
Onun sözlərinə görə, Azərbaycan ilk növbədə çalışmalıdır ki, Amerika Birləşmiş Ştatları, Avropa ölkələri və İran vətəndaşları üçün viza rejimini aradan qaldırsın: "Eyni zamanda araşdırma aparılsın ki, niyə turistlər Azərbaycana gəlməkdən imtina eləyirlər. Bu, həm də bizdə xidmətlərin baha olması ilə bağlıdır. Təyyarə biletlərinin, ictimai-iaşə obyektlərindəki xidmətlərin qiymətləri çox yüksəkdir. Azərbaycanda ucuz hotellər yoxdur. Bu da turistlərin sayına birbaşa təsir edir. Hesab eləmirəm ki, biz yerli hotelləri büdcədən ayrılan vəsaitlə - beynəlxalq tədbirlər keçirməklə dəstəkləməliyik".
Digər Xəbərlər
02 Dekabr 2025 12:44
Tənzilə Rüstəmxanlı: “Bəzi məktəblərdə pəncərələr naylon örtüklə əvəz edilib”
02 Dekabr 2025 12:32
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başladı
02 Dekabr 2025 12:21
Zahid Oruc: Süni intellekt hökumətlər üçün yeni çağırışlar yaradır
02 Dekabr 2025 12:16
Qərb Ukraynanın arxasından çəkilir - Politoloq
02 Dekabr 2025 12:07
Elçin Mirzəbəyli: Azərbaycandan kənara çıxan rəqəmsal gəlirlər vergiyə cəlb olunmalıdır
02 Dekabr 2025 11:57
Azərbaycanda siyasi partiyaların büdcəsinin artırılması təklif olunur
02 Dekabr 2025 11:36
“Azərbaycan C6 Dəhlizinin Əsasını Qurmaq üçün Mərkəzi Asiyaya qoşulur”
02 Dekabr 2025 11:13


Bakı -°C

