Hissələrə parçalanmış qadın meyidi tapıldı - QUBADA

Sentyabrın 3-də Quba – Xınalıq yolunun 39-cu km-liyindəki Cek kəndi ərazisində hissələrə bölünmüş vəziyyətdə tapılan qadın meyiti ilə bağlı bəzi məqamlar dəqiqləşdirilib. Adalet.az Lent.az-a istinadən xəbər verir ki, Quba rayon Polis Şöbəsindən verilən məlumata görə, qadının 17-25 yaşında olduğu müəyyənləşdirilib.
Məlumata görə, ölüm müddəti 1 – 3 ay, boyu 155 – 160 sm, saçları toxunmuş hörükdə olmaqla qara rəngli və 67 sm uzunluğunda, ağzındakı 31 dişin hamısı sağlam vəziyyətdədir. Meyitin yanında geyim və digər əşyalar da aşkarlanıb.
Ölünün şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, hələ müsbət nəticə əldə olunmayıb.
Hadisə və meyitin əlamətləri barədə məlumatı olanlardan aşağıdakı telefon nömrələri ilə əlaqə saxlamaları xahiş olunur:
Digər Xəbərlər

Bakıda marketlərdən oğurluq edən 2 nəfər saxlanıldı

Klinika direktoru arvadını sevgilisinə görə güllələyib - TƏFƏRRÜAT

Cinayətdə şübhəli bilinən 43 nəfər saxlanıldı

İtkin düşmüş kimi axtarılan 3 nəfər tapılıb

Polis 11,8 kq narkotik vasitə aşkarlayıb

Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanıldı

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi
