adalet.az header logo
  • Bakı 17°C
24 Sentyabr 2022 20:29
525
HÜQUQ

Hirkan Milli parkının direktorunun saxlanılması xəbəri yalandır - YENİLƏNİB

Hirkan milli Parkının direktorunun saxlanılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Adalet.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinjn Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O bildirib ki, yayılan məlumatlar yalandır.

"Ağacların kəsilməsi ilə bağlı Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən Hirkan Milli parkında araşdırma başlanıb. Hadisədə şübhəli şəxslər dindirilir. Hirkan Milli parkının direktorunun saxlanılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir",- İ. İbrahimova deyib.

Xatırladaq ki, sosial şəbəkələrdə Hirkan Milli Parkının direktorunun saxlanılması və həbsi barədə məlumatlar yayılıb.

 

***

Hirkan Milli Parkının sabiq direktoru Aqil Sucayev saxlanılıb.

Adalet.az APA-ya istinadən xəbər verir ki, direktor və digər bir neçə əməkdaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onların hansı səbəbdən saxlanıldıqları barədə rəsmi məlumat verilməyib.