adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Iyul 2017 09:37
7190
SİYASƏT

Hindistanda prezident seçkilərinə start verildi

Hindistanda Milli Parlament və regional qanunvericilik məclislərində prezident seçkilərinə start verilib. Səsvermə yerli vaxtla saat 10:00-da başlayıb.

Qeyd edək ki, Hindistanda Milli Parlamentin hər iki palata deputatları və regional qanunvericilik məclislərinin nümayəndələri seçicilərin kollegiyasını təşkil edir ki, məhz onlar prezidenti seçirlər.

Hazırda Hindistanın prezidenti 82 yaşlı Pranab Kumar Mukercidir.