Hindistanda gəmi tərsanəsi partladı: ölənlər var
Hindistanın Kerala ştatında ölkənin ən iri gəmi tərsanələrinin birində partlayış baş verib.
Adalet.az Trend-ə istinadən xəbər verir ki, Koçin şəhərində baş vermiş partlayış nəticəsində 4 nəfər həlak olub.
Hazırda hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir.
Partlayışın səbəbləri ilə bağlı araşdırma aparılır.