Hindistan və Pakistan sərhədində vəziyyət gərgin olaraq qalır

Pakistan və Hindistan sərhədində gərginlik yüksək səviyyədə qalır, tərəflər atıcı silahlardan atəş açmağa davam edirlər.
Adalet.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Hindistan atəşin Pakistan tərəfindən atıcı silahlardan açıldığını iddia edir. Bildirilib ki, Hindistan hərbçiləri arasında xəsarət alanlar yoxdur.
İslamabad isə öz növbəsində bu məlumatlarla bağlı hələ ki şərh vermir.
Digər Xəbərlər

"Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq" - Paşinyan

Melaniya Ağ Evə gəlmir, onun da işlərini Tramp görür

Pakistanın daimi nümayəndəsi: Hindistanın hərəkətlərini müharibə kimi qiymətləndiririk
