Hillari Klinton yeni siyasi təşkilat yaradıb
Demokrat Partiyasının prezidentliyə sabiq namizədi, ABŞ-ın dövlət katibi Hillari Klinton yeni siyasi təşkilat yaradıb.
Adalet.az-ın məlumatına görə, bu barədə H.Klinton özünün "Tvitter”ində yazıb.
Yeni təşkilata "Onward Together” ("Birlikdə İrəli") adı verilib. "Biz bu təşkilatı ona görə yaradırıq ki, insanlar ruhlansınlar, siyasi proseslərdə iştirak etsinlər, fəaliyyətlərini əlaqələndirsinlər və hətta seçkilərdə namizədliklərini irəli sürsünlər”, Klinton qeyd edib.
"Onward Together”in məqsədi 66 milyona yaxın seçicinin dəstək verdiyi ideyaları davam etdirməkdir", təşkilatın rəsmi saytında vurğulanıb. "Fox News” telekanalının rəyinə görə, yeni təşkilatın yaradılması Klintonun rəsmi olaraq siyasətə qayıdışı deməkdir.
Qeyd edək ki, ötən ilin noyabrında ABŞ-da keçirilmiş prezident seçkilərində məğlub olan Hilları Klinton bütün ştatlar üzrə seçici səslərinin say nisbətinə görə Donald Trampdan 3 milyon çox səs toplayıb. Hilları Klinton 65 844 610 , Donald Tramp isə 62 979 636 səs toplayıb.
Xatırladaq ki, ABŞ-da prezidenti ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarət Seçicilər Kollegiyası seçir. Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq kifayətdir. Donald Tramp Seçicilər Kollegiyasının 304, Hillari Klinton isə 227 səsini toplayıb.
Digər Xəbərlər
30 Aprel 2024 10:34
İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi
30 Aprel 2024 10:27“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Akopyan
29 Aprel 2024 15:36Berlində regional təhlükəsizlik məsələsi də diqqət mərkəzində idi
29 Aprel 2024 15:35İsa Qəmbər yenidən başqanlığa namizəd oldu
29 Aprel 2024 15:05