Hikmet Elp Türk Ağsaqqallar Birliyi-TAİB tərəfindən mükafatlandırıldı
Tanınmış şair, İstanbul-Azərbaycan Kültür Evinin rəhbəri Hikmet Elp bu günlərdə Türk Ağsaqqalları Birliyinin qonağı olub və Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına verdiyi töhfələrə, Azərbaycan həqiqətlərinin yayılmasında və konfransa verdiyi dəstəyə gorə #TAİB tərəfindən ödülləndirilib.
Türk Ağsaqqalları İctimai Birliyi -TAİB-in təşkilatçılığı ilə mərkəzi ofisdə təşkil olunan "Qərbi Azərbaycana qayıdış konsepsiyası: ictimai düşüncə və diasporumuzun iştirakçılığı" mövzusunda dəyirmi masada çıxış edən Hikmət Elp bildirib ki, iki ölkə arasında qarşılıqlı qardaşlıq münasibətlərinin kökü qədimlərə dayanır:" Azərbaycanın zaman-zaman başına gətirilən müsibətlər türk qardaşları olaraq bizim də özəl məsələmiz sayılır. Ərazi bütövlüyü bərpa olunan Azərbaycan Respublikasının qədim türk torpağı olan Qərbi Azərbaycana qayıdış konsepsiyası xalqın doğal haqqından doğan tarixi zərurətdir. Biz hər zaman can Azərbaycanın yanındayıq və sonsuzadək də yanında olacağıq".
Digər Xəbərlər
13 Sentyabr 2026 16:37
SƏNƏTƏ VƏ MƏNƏVİYYATA XİDMƏT - Aysel KƏRİM yazır
12 Sentyabr 2026 10:16
“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - VİDEO
10 Sentyabr 2026 16:17
İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb
09 Sentyabr 2026 18:40


Bakı -°C

