Hidayət Heydərov VI İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başladı
Azərbaycan cüdoçuları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayıb.
Adalet.az xəbər verir ki, əvvəlcə tatamiyə Gültac Məmmədəliyeva (52 kiloqram) çıxıb. O, türkiyəli rəqibi Buketnur Karabuluta 0:10 hesabı ilə məğlub olub.
Ardınca isə Olimpiya çempionumuz Hidayət Heydərov (73 kiloqram) qüvvəsini sınayıb. 1/8 final mərhələsində Cibutidən olan Aden-Alexandre Huseyn Muhammedi 1:0 hesabı ilə üstələyən titullu idmançımız adını növbəti raundda yazdırıb.
Könül Əliyeva (48 kiloqram), Aydan Vəliyeva (hər ikisi 52 kiloqram), Fidan Əlizadə (57 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) isə mübarizəyə 1/4 finaldan başlayacaqlar.
Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.
Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.
Digər Xəbərlər
12 Mart 2026 14:16
"Qəbələ" – "Neftçi" və "Zirə" – "Qarabağ" matçlarının hakim təyinatları açıqlandı
12 Mart 2026 12:10
Konfrans Liqası: “Samsunspor” İspaniya klubuna qarşı
12 Mart 2026 11:35
"Formula-1": Marşal qeydiyyatına start verildi
12 Mart 2026 09:10


Bakı -°C

