Hicran Hüseynova: Uşaqların maraqlı maksimum nəzərə alınmalıdır
Uşaq hüquqlarının qorunması ilə bağlı qanun layihəsi mühüm əhəmiyyət daşıyır.
Adalet.az xəbər verir ki, bunu deputat Hicran Hüseynova parlamentdə çıxışı zamanı deyib.
O bildirib ki, təqdim olunan qanun layihəsi uşaqların hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Deputat qeyd edib ki, müxtəlif beynəlxalq konvensiyalar və protokollar uşaqların mənafelərinin müdafiəsi üçün effektiv hüquqi mexanizmlər yaradır.
Hicran Hüseynova vurğulayıb ki, sənəd iştirakçı dövlətlər arasında aliment və uşaq saxlanma xərclərinin bir ölkədən digərinə ötürülməsi və icra olunması prosedurlarını sadələşdirir, valideynlər ayrı yaşadığı hallarda uşağın tərbiyəsi və ünsiyyət hüquqlarının təmin olunmasına hüquqi yardım mexanizmləri təqdim edir.
O, həmçinin bildirib ki, qanun layihəsi uşaqların qanunsuz olaraq xaricə aparılması və ya saxlanılması hallarının tənzimlənməsi, eləcə də onların geri qaytarılması prosedurlarının gücləndirilməsini nəzərdə tutur. Bundan başqa, uşaqlarla bağlı cinayət işlərində dövlətlərarası hüquqi yardım və məlumat mübadiləsinin asanlaşdırılmasına xidmət edir.
Deputat əlavə edib ki, dəyişikliklər uşaqların maraqlarının maksimum nəzərə alınmasını və hüquqi yardımın daha operativ həyata keçirilməsini hədəfləyir.
Hicran Hüseynova qeyd edib ki, layihə konvensiyaya üzv dövlətlərdə alimentin tutulması, məhkəmə qərarlarının tanınması və icrasına dəstək verir.
O, sonda vurğulayıb ki, uşaqların sosial və psixoloji rifahı vacibdir və valideynlər öz öhdəliklərini yerinə yetirməlidirlər. Deputat qanun layihəsini dəstəklədiyini və lehinə səs verdiyini bildirib.
Digər Xəbərlər
01 May 2026 12:27
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
01 May 2026 12:10
Milli Məclis Avropa Parlamenti ilə əlaqələri dayandırır - QƏRAR + YENİLƏNİB
01 May 2026 12:01
Səməd Seyidov: Azərbaycana qarşı qətnamələri qərəzlidir
01 May 2026 11:57


Bakı -°C

