Hibrid və "plug - in" hibrid avtomobillərdəki yanğınların səbəbi nədir? - VİDEO
Soyuğa və istiyə qarşı izoliyasiya olunan avtomobil batareyaları alışa bilər. Hibrid və plagin hibrid avtomobillər qənaətli olduğu qədər də həssasdır. Xüsusən batareya sistemi avtomobilin alt hissəsində yerləşən modellərdə sürücülər qış aylarında "qustar" üsullara əl atırlar.
Adalet.az Xəzər Tv-yə istinadən xəbər verir ki, avtomobil ustası Dəniz Ağabəyli deyir ki, məqsəd batareyanı soyuqdan və zərbədən qorumaq olsa da, nəticə çox vaxt faciəvi olur.
Usta bildirib ki, batareya bloklarının zavod tərəfindən müəyyən edilmiş soyutma və isitmə balansına edilən istənilən müdaxilə onun ömrünü də kəskin azaldır. Adi üsulla edilən izolyasiya nəinki faydalı olur, əksinə, elektrikli avtomobillərdə enerji itkisinə və texniki nasazlığa yol açır.
Dəniz Ağabəyli əlavə edib ki, yanğınların tək səbəbi batareya izolyasiyası deyil. Avtomobillərə quraşdırılan əlavə avadanlıqlar da, elektrik sisteminə artıq yük salır. Düzgün çəkilməyən naqillərdə yaranan qısaqapanma saniyələr içində avtomobili külə çevirə bilir.
Digər Xəbərlər
12 Mart 2026 14:38
Bakıda “Ferrari” qaydaları belə pozdu - VİDEO
11 Mart 2026 11:16
Maşın yarıyolda qalırsa...
11 Mart 2026 08:50
Bakının 21 yolunda tıxac var - SİYAHI
10 Mart 2026 09:44
Sol zolaqla hərəkət edən sürücülərin nəzərinə! - VİDEO
07 Mart 2026 17:57
Axşam saat 22- dən sonra...
07 Mart 2026 12:43
Avtomobil ustalarının fırıldağı: Ehtiyat hissəsini bir maşından oğurlayıb, digərini təmir edirmişlər
06 Mart 2026 08:38
Bakıda bu yollarda tıxac var - SİYAHI
04 Mart 2026 12:18


Bakı -°C

