adalet.az header logo
  • Bakı -°C
20 Iyul 2026 10:48
138
MƏMLƏKƏT
A- A+

Həyətindəki ağacı kəsən şəxs cərimə oluna bilər?

Azərbaycan qanunvericiliyinə görə, qanunsuz ağac kəsmək, yaşıllıqların məhv edilməsi inzibati və cinayət məsuliyyəti yaradır. Bununla belə, təcrübədə ağacların kəsilməsinə zərurət yaradan hallar da az olmur. Xüsusilə həyətyanı sahə və bağ evlərində.

Maraqlıdır, bəs bu hallarda da ağacların kəsilməsi məsuliyyət yaradır?  

Adalet.az xəbər verir ki, Meşə Məcəlləsinə əsasən, Azərbaycan ərazisindəki bütün meşələr, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondunun torpaqları Azərbaycan Respublikasının meşə fondunu təşkil edir.

Aşağıdakı yaşıllıqlar isə meşə fonduna daxil deyil:

- Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar; 

- Xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar;

- Kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar;

- Park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar;

- Məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar; 

- Sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər, küçə yaşıllıqları, mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda, xatirə kompleksləri və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar.