Həyatım, hər şeyim, əlvida

Motsartın və Haydın tələbəsi olan Bethoventarixin ən yaddaqalan və sevilən bəstəkarları arasında yer alır. Adı XIX yüzilliyə hakim olmuş Lüdviq VanBethoven iki dövr arasında körpü, özündən sonra gələnlər üçün bir örnəkolmuşdur. Onun haqqındakıaraşdırmalar psixoloji ziddiyyətlər üzərində dayanır: şəfqətli və kobud, həssasvə əsəbi, idealist və materialist, insan qardaşlığına inanan, lakin davakar birazadlıq aşiqidir. Bəstəkarın əsərləri romantizm ab-havası ilə dolu klassikənənəni ifadə edir.
Bethoven həyatı boyu heç vaxt evlənmədi, fəqət 40 yaşında qələmə aldığı məktublarında "ölümsüz sevgili” olaraqsirli bir qadına dərindən aşiq olduğu aşkara çıxdı. Qadının gərçək kimliyikitabların mövzusu oldu amma tarixçilər bu an üçün o qadının evli Antonie Brentano olduğunu güman edirlər.
Bethovenin bu"ölümsüz sevgiliyə” yazdığı və ona xitab edərkən almanca "sie” (rəsmi, siz)yerinə "du” (sən, səmimi) sözlərindən istifadə etdiyi bu məktublar onun şəxsiəşyaları arasında tapıldıb. Bu məktublar heç vaxt göndərilməyib, bu onlarınmünasibətlərinin yasaq olduğu və əsla bərabər olmayacaqları gözəl və tragedikbir eşq hekayəsidir.
Bethovenin məktubları "Tarixin Ən Möhtəşəm 50 EşqMəktubu” adlı kitabdadır.
5 İyul, 1812,Bazar günü qələmə alınan ilk məktubda Bethoven belə yazır:
"Mənim mələyim, mənim hər şeyim, böyük müqqədəratım,sənə yazdığım sözlər boşuna vaxt sərfidir. Niyə içimdəki bu kədər elə hey dillənir?! Görəsən, sevgimiz qorxularınarasında, heç nə tələb etmədən davam gətirə biləcəkmi?! De görüm, səninbütünlüklə mənim olmadığını, mənimsə sənin olmadığını dəyişə bilərsənmi?
Ay Allah! Əgərbütünlüklə mənim olsaydın, bu acını az da olsa sən də hiss edərdin!
Şübhəsiz ki, bir-birimizi görməliyik, bundan başqa özhəyatımda apardığım müşahidələrimi sənə çatdıra bilmirəm.
Ürəyim sənə deyəcək sözlərlə doludur. Ah! Elə vaxtlar olur ki, danışmağın boş, əhəmiyyətsizbir şey olduğunu düşünürəm. Şadlan, mənim həqiqətim, yeganə xəzinəm olaraq qal.Bütün varlığım sənindir. Allah bizim üçün yaxşı olacaq rahatlıq göndərməlidir.
Sənin sadiqsevgilin Lüdviq”
O günün axşamı Bethoven məstedici həsrətlə yanıb tutuşur:

7 İyulun səhərihəsrətin yerini çarəsizlik əvəzləyir:
Türkçədən çevirdi: Oğuz Ayvaz
Digər Xəbərlər

Onlara Prezidentin mükafatı veriləcək

Prezidentdən Arif Babayevlə bağlı SƏRƏNCAM

"Mən rəssama dedim ki, bu xalça mənə doğma gəlir. Görəsən niyə?" - Leyla Turan yazır
