adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Aprel 2019 16:20
25754
ƏDƏBİYYAT

HƏYATDAN VAXTSIZ GETDİ

Zuvanda gedən yol beşildir əsaslı təmir olunub. Dağlar qoynundan keçir, Kəlvəz kəndinəcən uzanır.Dar keçidlər genişləndirilib, dərələrin üstündə körpülər tikilib. Rayon mərkəzindənçıxanda 20-25 dəqiqəyə mənzil başına çatmaq olur. Axrıncı yaşayış məntəqələrindənbiri Kələxan kəndidir. Təbiətin füsunkar guşəsində, Qala dağının ətəyindədir.Dağlardan axan çay kəndin tən ortasından keçir. Saf havası, bumbuz bulaqları,otları, mer-meyvəsi can dərmanıdır. Camaatı zəhmətin qədrini biləndir. Dağətəyitorpaqlarda bağ salıb meyvə yetişdirir, tərəvəz becərir, kartof əkirlər. Yazınnəfəsi duyulandan cavanların da, qocaların da əli işdə olur. Torpağı əkinəhazırlayır, bağlarda budama aparır, su arxlarını qaydaya salırlar. Yamaclardaqoyun-quzu sürüsü görünür.

Kələxan kəndi Zuvandelində ağsaqqalları, ağbirçəklərilə tanınır. Ziyalılarının sorağı ölkəmizin şəhərvə kəndlərindən gəlir. Sovet hakimiyyəti illərində Lerik rayonunda məsul vəzifələrdəişləyiblər, dövlətə sədaqətlə xidmət eləyiblər. İkinci Cahan müharibəsinə 83 nəfərigid yola salınıb, 45 nəfər qayıtmayıb. Feyruz Şıxəliyev 1945-ci il mayın 1-dəBerlinin Branderburq darvazası uğrunda gedən döyüşdə həlak olub. Feyruzun əmisioğlu Seyfi də qərib torpaqda uyuyur.

Kələxan ziyalıları ötənəsrin əllinci illərində təqiblərə məruz qalıblar, ata-baba yurdundan didərginsalınıblar, əqidələrindən dönməyiblər, mərd olublar, ədalətsiz rəhbərlərə baş əyməyiblər.Bu gün onların adları el-obada ehtiramla çəkilib yad edilir.

* * *

Kələxanda Muradxanlıtayfasının nümayəndələrindən biri Mirələm kişi olub. Mirələm əmi dini təhsilalmasa da, islam qayda-qanunlarını yaxşı bilirdi. Allah ona altı övladvermişdi: Mayar, Əşrəf, Həmzə, Dürrət, Həmdulla, Niftulla. Həmdulla 1922-ci ildəanadan olmuşdu. Orta məktəbi bitirən ili ordu sıralarına çağırılmışdı. Moskvada,Kreml qarnizonunda xidmət eləmişdi. 1949-cu ildə ordudan tərxis olunub evədönmüşdü. Rayon sığorta müfəttişliyində işə girmişdi. Sonralar təminat şöbəsindədövlət pensiyaları üzrə müfəttiş işlədi. Təqaüdə çıxana kimi bu vəzifədəçalışdı.


Həmdulla Mirələm oğluCəngəmiran kəndində əsl-nəcabətli Qızıl Feyruz qızı ilə evlənmişdi. Ər-arvad üçövlad ərsəyə çatdırmışdılar. Haqqında söhbət açdığım Ələsgər Şıxəliyev evinikinci uşağı idi, 1958-ci ilin payızında doğulmuşdu. Orta təhsili Kəlvəz kənd məktəbindəalmışdı. Əmək fəaliyyətinə 17 yaşında başlamışdı. Qosmalian kəndindəki süd qəbuluməntəqəsində fəhlə işləmişdi. Elə ilk illərdən intizamlı, işə canyandırması iləseçilmişdi. Aldığı əmək haqqını qəpiyinəcən evə aparar, ata-anasına verərdi.

Ali təhsil almaqarzusu gənc Ələsgəri 1976-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna gətirir.Imtahanlardan müvəffəqiyyətlə çıxır. Əmtəəşünaslıq fakültəsinin qiyabi şöbəsinədaxil olur. Bir ildən sonra onu ordu sıralarına çağırırlar. Yolasalmağa əmisi HəmzəŞıxəliyev, dayısı Mühacir gəlir. Ələsgər əmisinin avtobioqrafiyasınıuşaqlığından öyrənmişdi. Xatirələrinin birində yazmışdı: "Hələ 5-6 yaşımda əmiminailəmizdə, eləcə də kəndimizdə güclü bir şəxsiyyət olduğunu bilmişəm. Nə gizlədim.ərköyünlüyümə görə bəzən əmim məni şapalaqlayıb. Əli üzümə dəyə-dəyə bir barmaqboy atmışam”.

Əmisi öyüd-nəsihətini verir, intizamlı olmağıtapşırır:

-Oğlum, ordu kişilik məktəbidir.Sən bu məktəbdən üzüağ qayıtmağa çalış.

Ələsgər öyüd-nəsihətidoğruldur. Iki ildə bərkdən-boşdan çıxır, təşəkkürlər alır, xidmət borcunu başaçatdırıb doğma ocağa dönür. Ilk təbriki Həmzə əmidən alıb sevinir.

Ələsgər təhsilini davametdirir, ixtisası üzrə iş tapır. Rayon istehlak cəmiyyətinin Lerik qəsəbəsindəkiunivermağında ərzaq malları şöbəsinin müdiri təyin olunur. Bu dövrdə qəsəbəsakinlərinə yağ talonla verilirdi. O, əhalinin xidmətdən razı qalmasına xüsusidiqqət yetirir. Az keçmir ki, cəmiyyətin rəhbərliyi onu başqa işə - ictimai iaşəbirliyinin mühasibi vəzifəsinə irəli çəkir.

* * *

Bu sətirləri qələməalanda gözlərimin önünə bir partada oturduğum Alim Quliyev gəldi. Alimlə Kəlvəzməktəbində ikinci sinifdə oxumuşdum. Doğma ocaqdan - mən Təlbəyəqdən, Alim Kələxandanköçdükdən sonra Lerik qəsəbəsində rastlaşdıq, üç il bir sinifdə oxuyub orta təhsilaldıq. O. Bakıda Rus dili və Ədəbiyyat İnstitutunu bitirdi. Həyatdan tez köçdü.Fərasətli övladları qaldı.

Ələsgəri evləndirmək məqamıçatanda Həmdulla kişi, Qızıl bacı uzaqda gəlin axtarmadılar. Alim müəlliminqızı Zülfiyyə xanımı seçdilər. Bu, Ələsgərin də ürəyincə oldu. 1985-ci ildəvalideyinlərin xeyir-duası ilə izdivac bağladılar.

Ələsgər Şıxəliyevictimai iaşə birliyində fəaliyyətdə olduğu uzun illər ərzində gözütox, sadə, səmimiişçi kimi kollektivdə tanındı. 1998-ci ildə onu rayon icra hakimiyyətindəsosial-iqtisadiyyat şöbəsində aparıcı mütəxəssis təyin etdilər. Aparatda peşəkarlığıilə seçildi. Şöbədə rayonun iqtisadiyyatına dair məsələlər hazırlayıb müzakirəyəçıxardı, verdiyi təklifləri bəyənildi.

Rayonun ən böyük idarələrindənsayılan elektrik şəbəkəsində gənc kadrlara ehtiyac vardı, Ələsgər satış şöbəsinəmüdir göndərildi. Dörd-beş ayda işdə dönüş yarandı. Enerji sərfindəisrafçılığın qarşısı alındı, debitor borclar abunəçilər tərəfindən ödənildi.Şöbənin işçiləri arasında səmimiyyət yarandı, kənd camaatı ilə əlaqə möhkəmləndi.Az keçmədi ki, Ələsgər şəbəkənin rəis müavini vəzifəsinə irəli çəkildi.

Elektrik şəbəkəsindəçalışdığı on ildə Ələsgər Şıxəliyev energetiklərin yaxın dostu, məsləhətçisi,yol göstərəni, qayğıkeşi olmuşdu. Işçilər ürək sözlərini, dərd-sərini ona deməkdənçəkinməzdilər. Ehtiyacı olanlara kömək edərdi, xeyir-şərə birgə gedərdilər.Ancaq iş yoldaşları bilmirdilər ki, bu mehriban insan daxilən narahatdır, xəstəlikgünbəgün güc gəlir, nəfəs almasını, yerişini ləngidir.

HaşiyəƏmisi Həmzə Şıxəliyev haqqında sənədli povest üzərndəişləyirdim. Ələsgər həftədə bir dəfə mənə baş çəkib lazım olan sənədləri tapıbgətirirdi. Kitab 2011-ci ildə "Elin unudulmaz oğlu” adı ilə nəşr olundu. Bakıdatəqdimatı keçirildi. Ilk nüsxələrindən birini avtoqrafla ona verdim. Oxuyandansonra yanıma gəlib minnətdarlığını bildirdi, kəndə dəvət elədi. Kələxanda da təqdimatoldu. Rayondan gələn qonaqları Həmzə dayının evində nahara dəvət elədi. Biz birdaha qəhrəmanın həyatı ilə bağlı sənədlərə baxdıq, lent yazısında səsinieşitdik. Göstərdiyi qonaqpərvərlik və diqqətdən məmnun olduq.

2012-ci ilin iyunayının 14-də Şıxəliyevlər ailəsinə ağır itgi üz verdi. Ələsgərin hələ 54 yaşıtamam olmamış dünyadan köçdü. Qocalıq qisməti olmadı. Iki oğlan, bir qız balasıyadigar qaldı. Anar ata ocağının başındadır. Azərlə Ülviyyə Bakıda yaşayırlar,bayramlarda Zülfiyyə xanıma baş çəkir, ata məzarını ziyarətə gəlirlər.

* * *

Ələsgər elin ziyalıoğlu, etibarlı dost, qayğıkeş qohum, cəfakeş eloğlu kimi yada düşüb xatırlanır,xeyirxah əməllərindən söhbət açılır. Iki söhbətdən sətirlər:

İsmayılMəmmədov (mədəniyyət işçisi):Biz həmkəndli,həmyaşıd idik. Uşaqlığımız bir yerdə keçmişdi. Taytuşlarına qaynayıb qarışmağısevirdi. Nisbətən təminatlı ailədən olsa da,bunu heç vaxt büruzə verməzdi. Sadəgeyinərdi, özünü sadə aparardı. Mən gənc yaşlarımdan rayon mərkəzinə köçdüm. Ələsgərdə bu şəhərdə işləyirdi. Gündə maşında kəndə gedib gələrdi. Arabir görüşərdik.Aramızda yüngül zarafatımız olardı. Dərdini bir dəfə belə dilinə gətirmədi. Həyatdanikbin idi,elə nikbin də getdi.

Adilİsayev (energetik):Ələsgərielektrik şəbəkəsində işləyəndən yaxından tanıdım. Işdə məsuliyyətliydi, verdiyitapşırığın icrasını mütləq yoxlayardı. İşçilər arasında səmimiyyət yaratmışdı.Xeyir-şər məclislərində bizimlə olardı. Əliaçıqlıqda atasına, əmisinə çəkmişdi.Ehtiyaclarımızla maraqlanardı. Qəlbi təmiz,ürəyi el üçün döyünən bir insanı tezitirdik. Kollektivdə onun yeri görünür.

* * *

Bu yazıda Zuvand elindəarzuları yarımçıq qalan bir insandan söhbət açmağa çalışdım. Nə qədər müəssəroldum, deyə bilmərəm. Təsəlli ata yolunu davam etdirənövladları, dillərdə gəzən əməlləridir. Yerin cənnət-məkan olsun, Ələsgər!

Həmzə Vəliməmmədov,

Əməkdarjurnalist.