adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 Mart 2019 15:41
24442
ƏDƏBİYYAT

Həyat etüdləri - Akif Cabbarlı yazır

Qapıbirqonşumuzun uzun müddət rəhbər vəzifələrdə işləmiş dayısı rəhmətə getmişdi. Mərhumunşəhər kənarındakı bağından o qədər də uzaq olmayan qəbiristanlıqdakı dəfn mərasimindəelliklə iştirak edəsi olduq. Qonşular, dostlar, həmkarlar, dünyasını dəyişən hörmətliağsaqqalın keçmiş paqon yoldaşları, rəsmilər, nüfuzlu şəxslər, biznesmenlər vədigər səlahiyyət sahibləri havanın çiskinli və küləkli olmasına baxmayaraq, məzarlıqdaidilər.

Cənazə torpağatapşırıldı, molla lazımi təmrinləri yerinə yetirdi, duasını verdi və adəti üzrəbu dünyanın vəfasızlığından, cənnət, cəhənnəm məsələlərindən misallar gətirdi,bu mövzuda Quran ayələrini yada saldı, adamları xeyirxahlığa, yaxşılığa, əxlaqlıvə ədalətli olmağa, bir-birinə əl tutmağa çağırdı, var-dövlətin, eyş-işrətin gərəksizliyibarədə moizə də oxudu.

Adamlar mollanınsözlərini bərk külək əsdiyindən olduğu kimi dinləyib qəbul elədi-eləmədi, bubarədə bir söz deyə bilmərəm, ancaq bəzilərinin sifətindən açıq-aydın sezməkolurdu ki, "ay kişi, bəsdir də, bu sözləri yüz min dəfə eşitmişik, qərarhissəsini oxu, dağılışaq gedək də işimizin-gücümüzün dalınca".

Dağılışdıq. Qəbiristanlıqhündür təpənin üstündə yerləşdiyindən və gilli torpağın da nəmişliyinə görəadamlar bir-birinin qoluna girərək ehmallıqla aşağıda cərgələnən maşınlara sarıaddımlayırdılar. Bu adamlar sanki qəbiristanlıqdan yox, hansısa restorandan,yaxud film nümayişindən, ya da ki, yubiley məclisindən ayrılmışdılar. Söhbətləridə ki... Yox, yaxşısı budur küləkdən güclə macal tapıb eşitdiyim bir-iki söhbətiqoy sizə də açıqlayım. Yəqin ki, bu cür məqamlar elə hamınıza tanış gələr.

...Qardaş, nəvar-nə yox ey, görünmürsən, sonra bir mənə de görüm o gədəni rədd elədin, yoxsayox? Eşitdiyimə görə, yuxarılarda adam axtarırmış, deyirlər ki, sənin yerinəgöz dikibmiş.

Qardaş dacavabında heç nə demədi, sadəcə baş barmağını şəhadət barmağı ilə ortancılınarasından çıxarıb az qala dostunun gözünə soxacaqdı.

...Qonşu, neyləyirsən,vəziyyətin yaxşıdırmı? Biri var ey, sizinlə bir binada yaşayır, oğlu Türkiyədənkalan mal vurub gətirir. Vallah, qudurub səni saymayacaq. Sənin ki, qardaşınoğlu keçid məntəqəsində söz sahibidir. Bəlkə...

-Narahat olma,ipini çəkəcəm. Növbəti dəfə malının içindən "mal" çıxar, inşallah.

...Qaqa, nə təhərsən,priyomnıdakı qızları dəyişdin, yoxsa yox? O sarı saçlı var ha, aləm şeydi...

-Ə, oğraş, yoxsakatibəmə gözün düşüb? Özünün dayınəvəsi adı ilə saxladığın mənimkindən dəyaxşıdır, gözün doymur sənin.

-Yaxşı-yaxşı,incimə, indi mənimkiləri götürüb gedirik saunaya. Gələn həftə üçün də sən tədarükgörərsən.

-Yəni deyirsən qəbirüstündən birbaşa... Eşitmədin molla əmi nələr danışırdı?

-Ə, sənin onundedikləri ilə nə işin? Bir də ki, molla ilə həkimin dediklərinə qulaq asma, elədiklərinitəkrar elə.

Maşınlaradoluşub getdilər dediklərini eləməyə. Doğrusu, yadımdan çıxmışdı hansı maşınlaqəbiristanlığa gəlməyim. Nəticədə piyada qaldım və xeyli aralıdakı avtobusdayanacağına el arasında deyildiyi kimi, on bir nömrə ilə getməli oldum...

Dörd gəmi vəqara kürü əhvalatı

Yaxın dostum vəhəmkarlarımdan birinin kollektiv arasında səsləndirdiyi şux zarafat az qalabaşına oyun açacaqdı, yaxşı ki, qarşısını vaxtında ala bildi.

Beş-on ilin söhbətidir.Nüfuzlu nəşrlərin birində birgə çalışırdıq. Şərti adı Asif olan dostum xəstəqohumlarından birini Sankt-Peterburqa aparası oldu. Orada illərdən bəritanıdığı, əslən Azərbaycandan olan məşhur cərrah müalicəni boynuna götürmüşdü.Nə isə, Asif müəllim də qısa müddətli məzuniyyət götürüb bu xeyirxah missiyanıyerinə yetirmək üçün xəstə ilə birlikdə Neva sahillərinə yola düşmüşdü.Dostumun ayağı düşərli olmuşdu. Xəstə uğurla əməliyyat edilmiş, canıarzuolunmaz bəladan qurtarmışdı. Asif müəllim bir neçə gündən sonra kefi kök,damağı çağ Bakıya qayıtmışdı.

Bir gün naharfasiləsində redaksiya əməkdaşları ilə birgə çay süfrəsi ətarfında əsl qələmadamı, həm də poeziya xiridarı olan Z. müəllim Asifdən Sankt-Peterburqa niyəgetdiyini soruşdu. Dostum da elə-belə, el arasında deyildiyi kimi"mırta" qayıdıb dedi ki, heç, yaxın qohumum çağırmışdı. Leninqraddaböyük mal-mülk sahibi, bərkgedən biznesmenlərdən sayılır. Gəzdik-dolandıq,sonra baş ofisinə aparıb gəlirli şirkətlərindən birini mənə bağışladı. Açığı, gəmiçilikşirkətidir, dörd gəmisi, əlavə idarələri, geniş infrastrukturu olan biznesqurumudur. Balıqçılıqla, yükdaşımaları ilə məşğuldur. Allah balasını saxlasın,xeyli pay-pürüşlə, adıma yazılmış bank rekvizitləri, kartlarla yola saldı.Şükür Tanrıya, imkanlarım genişlənəcək, kasıbçılığın daşını atacağam.

Z.müəllim də, yanındakılar da susdular. Elə bil qurbağa gölünə daş atdım. Mən dədinlədim, axırını gözləməyi qərara aldım. Günlərin birində Asif müəllim mənibir kənara çəkib dedi:

-Bilirsənnə baş verir? Z. müəllim bu barədə redaktora beşini də üstünə qoyub müfəssəl məlumatverib. Onu da deyib ki, sənə verməməyinə baxma, müavinə azından beş-on kiloqara kürü gətirib Asif. Hələ başqa hədiyyələri demirəm. Ona bu redaksiyanın vəsiqəsilazımdır, heç nəyin acı deyil. Redaktor da dostumun zarafatlarına bələdolduğundan məsələni ağartmayıb, özünü inanan kimi göstərib.

Günlərkeçdikcə Asifin ətrafında çoxlu "dostlar" peyda olur, onu tərifləyir,gözəl insan, əliaçıq, səxavətli şəxs kimi təqdir edir, hətta haqqında yazmaq təklifləridə səsləndirirdilər. Hər axşam kafeyə, restorana dəvət edir, getməyəndə dəinciyirdilər. Halqa getdikcə daralırdı. Onun böyük qonaqlıqlar, ziyafətlər verəcəyi,hər kəsə layiq olduğu hədiyyələr bağışlayacağı ümidindəydilər. Asif də təbiiki, cüzi maaşı və qonorarı ilə bunları edə bilməyəcək, sıradan elədiyi birzarafatnı qurbanına çevriləcəkdi. Bu məsələni xeyirliliklə çürütməyin yolunu daözü tapdı. Sankt-Peterburqun müvafiq idarəsinə sorğu göndərib adında heç bir təşkilatın,müəssisənin olmadığı barədə arayış gətizdirdi, sonra da üzünü çıxarıbredaksiyanın "Elanlar" lövhəsinə yapışdırdı.

Ertəsigündən isə ətrafındakılar yaz dumanı təki qəfildən elə yoxa çıxdılar ki, eləbil heç əvvəldən yox imişlər.