adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Avqust 2019 12:49
17677
ƏDƏBİYYAT

Həyat etüdləri

"Rafiqi durğuzun, müəllim”

Orta məktəbdə müəllimişləyən tanışım maraqlı bir əhvalat danışdı və dedi ki, əsl yazılmalı mövzudur.

Deməli, dərslərinbirində "sürünənlərin" başında duran Ruslan gözlənilmədən əliniqaldırır, müəllimin diqqətini cəlb etmək üçün hələ ayağa da durur. Müəllim dəsevinir ki, axır bu danabaş gədə də dərs danışmaq istəyirmiş. İcazə verir ki,yazı taxtasının qarşısına çıxsın.

-Müəllim, ora çıxmağaehtiyac yoxdur, elə yerimdən də deyərəm.

-Nəyi deyərsən, bala? Nəbilirsən, nə öyrənmisən, gəl çıx qabağa, danış da.

-Yox e, müəllim, mənbaşqa şeyi bilirəm.

-Nəyi?

-Onu bilirəm ki, Rafiqbugünkü dərsi əla öyrənib. Onu durğuzun. Dünən işıqları sönmüşdü, bütün gecənibizdə dərs oxuyub, məsələ-misal həll eləyib, hələ əlavə bir şeir də əzbərləyib,papa canı...

"Yenə ordasanmı?”

Köhnə dostlar - ƏhmədləMəmməd

uzun illərdən sonrapaytaxtın izdihamlı küçələrinin birində təsadüfən rastlaşdılar. Səmimi görüşdülər,qucaqlaşdılar, zəndlə bir-birinin gözlərinin içinə də baxdılar.

-Məmməd, nə təhərsəney, aya-günə dönmüs

ən, neyləyirsən, yenəordasan?

-Hə, Əhməd, səndə nəvar-nə yox? Hələ ki, ordayam. Sən necə, ordasanmı?

-Ordayam, orda... Küləyigörürsən də, göz açmağa imkan vermir.

-Hə, ardaş, deyirlərsabahdan kəsəcək.

-Oldu, qardaş, öpürəm səni.

-Mən də səni...

Ayrıldılar.

Kimin harada olduğu, yəniki, harada, hansı idarədə işlədiyi, nə ilə məşğul olduğu, ailələrində nə başverdiyi bir-birinə özləri də bilmədən qaranlıq qaldı.

...Allah bilir bir də nəvaxt görüşəcəkdilər.

"Ağsaqqal, siz niyə

tans eləmədiniz?..”

İsti günlərin birində qələm dostumun və qonşumun təklifi ilə yaşadığımızbinadan cəmi on-on beş dəqiqəlik məsafədəki çimərliyə yollandıq. Bu, həm dədebütümüz, el arasında deyildiyi kimi, şeytanın qılçasını qırmaq kimi bir şeyidi. İsti qumda uzanmaq, gömgöy dənizə, mavi səmaya baxıb da cürbəcür qayğıdanuzaqlaşmaq, dincəlmək neçəyə desən dəyərdi.

Çimərlikdə sıxlıq idi. Saysız-hesabsız maşınların, ikimərtəbəli turistavtobuslarının arasından birtəhər adlayıb keçid məntəqəsinə yaxınlaşdıq. Buradakeşik çəkən qapqara saqqallı, şivərək oğlanlar qarşımızı kəsib adambaşına çoxyox, ikicə manatdan keçməli olduğumuzu bildirəndə dostum dilləndi:

-Axı, çimərliyə giriş indi pulsuzdur. Mətbuatda da elan olunub. Ay oğul,biz niyə pulla keçməliyik? - desə də, xeyiri olmadı.

Ayağımızı quma basan kimi Latın Amerikasındakı kovboyları xatırladanqapqara bədənli, çoxdan dəbdən düşmüş şlyapanı gözünün üstünədək endirmişbirisi baş barmağı ilə şəhadət barmağını bir-birinə sürtüb hırıldadı:

-Dayday, on beş manat qani (yəni ki, düş bura), sizə stol-stul verim. Çox çək-çevirdən sonra on manata razılaşdı. Deyinə-deyinəsınıq-salxaq plastmas stol-stulu zir-zibillə dolu talvarın altında ayağımızınaltına tolazlayıb turşumuş sifətini qeyzlə kənara döndərdi.

Kefimizə yavaş-yavaşdoğranan soğanın üstünə qəfildən sanki qapqara qətran tökdülər. Bizdən on-onbeş metr aralıda rəngbərəng köşklərin ortasındakı kiçik meydançaya qolu-qılçasıtatiurovkalı ərəb kişiləri və yalnız Çin fanarlarındakı təki işıldayan gözlərigörünən qapqara örtüklü arvad-uşaq səs-küylə doluşdu. Sonra kişilər bir nəfərkimi dənizə təpildilər, qadınlar isə stollara haradansa gətirdikləri yeməkləri,sərinləşdirici içki şüşələrini düzdülər. Bir az keçdi, kişilər qayıtdı. Sonrabu meydançada elə bir mərəkə qopdu ki, sözlə deyil, gərək sazla çatdırasan.

Ortaya səsgücləndiriciqurğu qoyuldu, pəzəvənglərdən biri əlinə mikrofon götürüb elə ucadanqışqırmağa, sonra da oxumağa başladı ki, bütün çimərlik lərzəyə gəldi.Oxuyurdular, oynayırdılar, arada da ağızlarını göyə tutub elə bağırırdılar ki,sanki səmada əjdaha başı görmüşdülər.

Yan-yörəmizdəoturanların bəziləri qulaqlarını tutsa da, yalnız "həbibim" sözünübaşa düşdüyümüz mahnının ritminə uyğun çiyinlərini atır, guya ki, rəqs edirdilər.Sonra bizim qarasaqqal qaqaşlar da gedib onlara qoşuldular. İlahi, burada eləbir mənzərə yaranmışdı ki, ən tanınmış kinorejissorlar belə bu cür səhnənidüzüb-qoşmaqda yəqin ki, çətinlik çəkərdilər.

Qarmaqarışıq musiqi,anlaşılmaz qışqırtılar sözün əsl mənasında bizi boğurdu. Odur ki, durub qaçdıqdənizin qoynuna. Suda da ki, nə qədər qalasan?! Yerimizə qayıdanda rəqslər,ifalar pik həddinə çatmışdı. Ərəblər və onlara qoşulan bizimkilər hamılıqlaekstaz vəziyyətdə idilər. Bizim uşaqlar qan-tərin içində elə tryuklar göstərirdilərki, sanki Ginnesin kitabına düşmək istəyirdilər. Hələ bir oğlanın iki-üçyaşında qızını bir əli ilə başının üstünə qaldırıb toylarda oynayan bəzi düşükvalideynlər kimi ərəb melodiyasına uyğun fırlatmağını görəydiniz...

İşin şirin yerindəynımızdakı bir rus qadın anlamadığı ərəb mahnısına bizim dildə bir mesajqolayladı: - zurnaaaa!

Təbii ki, bu replikanıeşidə bilməzdilər. Bəlkə də eşitsəydilər, söz də tapıb deyərdilər. Deyərdilərki, nədir, uzun illər sizin rəqslərinizə tullanıb-düşüblər, qoy bir az daistiqanlı, səxavətli ərəblərin sümük sındıran, şux rəqslərinə oynasınlar da...

Deyəsən arada bir yoruldular. Qısaca fasilə oldu. Bu vaxt haradansa, səsucldanqurğudan meyxana deyən bizimkilərdən bir cavab jesti yayımlandı: - bəh-bəh,zövqün(m)üzə əhsən!

Görəsən, çimərliklərdə hansı dildə olur-olsun, hər kəsin ürəyindən olanklassik musiqilər, estrada nümunələri səsləndirmək olmazmı?

Ümumiyyətlə, çimərliklərdə bu cür hoqqabazlıq lazımdırmı? Camaat şəhərinsəs-küyündən, əsəbilikdən, problemlərdən qaçıb bir neçə saatlıq dincəlmək istəyirsə,o arzunun içinə acı soğan doğrayıb, üstünə də qara qətran əlavə etmək nə dərəcədədoğrudur, ədalətli və qanunidir?

Beynimizdə bu sualları dolaşdıra-dolaşdıra çimərliyi tərk edirdik ki,qarasaqqal cavanlardan biri bizə yaxınlaşdı:

-Ağsaqqal, siz nöşün tans eləmədiniz, xoşuvuza gəlmədi?