adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 May 2016 13:17
6488
MƏMLƏKƏT

Həyat donduran “dondurmalar” - ARAŞDIRMA

İstilərin vaxtından əvvəl gəlməsi dondurma çərəzlərininbazara zamanından tez ayaq açması ilə nəticələnib. Artıq piştaxtalarda müxtəlifşirkətlərin istehsalı olan dondurmaya rast gəlmək olar. Qiymətlər isə.... 

Adalet.az dondurma bazarında baş verənlərlə bağlı kiçik araşdırma aparıb.Araşdırma zamanı məlum olub ki, sözügedən məhsulun necə təhlükələrə yol açacağıilə bağlı vətəndaşlarda kifayət qədər məlumat yoxdur.

"Ucuz dondurma”bazarda at oynadır

"Neftçilər” metrosu yaxınlığında dondurma satan SaqiNağıyevdən aldığımız məlumata görə, ucuz dondurmalara maraq daha çoxdur:"Satdığımız dondurmalar daha çox Türkiyə, Rusiya və Azərbaycan istehsalıdır. Azərbaycanaməxsus olan dondurmalarda ”İceland" üstünlük təşkil edir. Onun keyfiyyətinəzəmanət verilir, sertifikatla satılır. Türkiyə istehsalı olan dondurmalararasında ən çox "Cornetto” və "Magnum” satılır. Onlar baha olsa da alıcıları azdeyil, əsasən 2-3 manata satılır. Ən çox satılan dondurma "Plan-1"dir,çünki ən ucuzu odur, 20-40 qəpikdir”.

Almaniya,Rusiya, Türkiyədən gələn dondurmalar

"Ailə” marketin satıcısı isə deyir ki, daha çoxAlmaniya istehsalı olan dondurmalar satılır: "Bizə dondurmalar əsasən Almaniya,Rusiya və Türkiyədən gəlir. Azərbaycanın istehsalı olan mallar da var, ammadaha az satılır. Yerli dondurmalar bazarda çox rast gəlinsə də, onların əksəriyyətikeyfiyyətsiz və tərkibində su qatqısının faiz dərəcəsinin çox olması iləseçilir. Balaca dondurmalar 50 qəpikdir,baha olanları da var, qiymətlər 3 manata qədər qalxır. Ən çox satılandondurmalar qabda olanlardır, baha olsa da yaxşı satılır. Qiymətlər 3-8 manatarasında dəyişir. Ən yaxşı dondurma Almaniya istehsalı olan "Nasch”dır".

Dondurma satıcısı Faiq deyir ki, alver keçən ilkinənisbətən azalıb: "Alıcılar daha çox Rusiya, Azərbaycan və Türkiyə məhsullarınıalır. Ən çox alınan dondurma ”Magnum", "CCCR”, "Plan-1"dir. Sonzamanlar ”Palsüd"ə məxsus olanlar da çox satılır, amma bahadır. Alıcılardaha çox ucuz dondurmaları alır, ona görə də yerli mal daha çox satılır".

"Ramstore”dəki dondurmaların qiyməti isə digərmağazalara nisbətən daha yüksəkdir. Oradakı dondurmalar da daha çox Türkiyə,Rusiya və Azərbaycan istehsalıdır. Türkiyə dondurmaları 2 manatdan başlayır.Digər mağazalardakı 20-50 qəpiklik dondurmalara isə burada rast gəlinmir. Dahairi qablarda olan dondurmalar arasında "Cornetto” üstünlük təşkil edir."Nestle” isə 6 manata satılır.

Ən güclü satış isə "McDonalds”dadır. Satıcılardeyir ki, burada satılan dondurmalar əsasən Ukrayna və Rusiyadan gəlir.Alıcılara iki qiymət təklif olunur. Balaca qablarda olan dondurmaların qiyməti50 qəpik, daha iri qablardakılar isə 1 manat 20 qəpikdir.

Məsələ ilə bağlı paytaxt sakinləri ilə də söhbət apardıq.Orta məktəb müəlliməsi olan ŞəfiqəSarıyeva əvvəlki illərlə müqayisədə bu il daha keyfiyyətli və çeşidli məhsullarınsatışa çıxarıldığını söyləyir: "Sevindirici haldır ki, biz artıq mağzalardanucuz qiymətə təkibində südün bol olduğu dondurmalar ala bilirik. Əvəvlki illərdəhətta 50-60 qəpiyə aldığımız məhsulun tərkibində su qatqısının çox olduğunumüşahidə etmək olardı, çünki bilmirdik ki, aldığımız həqiqətən dondurma çərəzidir,yoxsa donmuş su qalığı”.

Səfiqə xanımla razılaşmayan digər müsahibimiz tələbə Nazilə Mustafayevaaçıq-aşkar bazara bahalı və keyfiyyətsizdondurmaların buraxıldığının söyləyir: "İndidondurma mövsümüdür, hər kəs yemək istəyir. Amma satılan dondurmalar yaxşıdeyil, satışda olanların çoxu keçən ildən qalıb”.
Bakı sakini Rəfail Axundov yaxşı dondurmaolmadığı üçün keyfiyyətsizləri almağa məcbur olduqlarını deyir: "Dondurmaalanda çalışıram ki, ən yaxşısını alım. Ona görə də ən bahalısını alıram, ammadigərlərindən heç bir fərqi yoxdu”.

Bəs dondurma nə zaman zərərli olabilər? Professor Adil Qeybullanın sözlərinə görə, dondurmaların istehsalındakonkret tələblər qoyulur, bu tələbləri gözləmək lazımdır: "O tələblərdən biri dəsüdün qaynadılmasıdır. Dondurma çiy süddən hazırlanırsa, müxtəlif xəstəlikləryarana bilər. El arasında ”mal qızdırması" deyilən xəstəlik südün tərkibindəkixəstəliklərdən də yarana bilər. Bu mikroblar yalnız süd qaynayanda ölür, donmamikrobları öldürmür. Ona görə də dondurmadan xəstəliklərə yoluxma halları azdeyil. Burada südün keyfiyyəti də önəmlidir. Dondurmaların müxtəlif rəngdəolması üçün onlara qida əlavələri də qatılır. O əlavələr orqanizmə təsirsizötüşmür, onların həddən çox olması mədə-bağırsaq və ürək üçün fəsadlar törədə,hətta xərçəng də yara bilər. Bu baxımdan çox dondurma yemək məqsədəuyğun deyil.Dondurma yeyən zaman isti qidalardan istifadə dişin mina qatını zədələyə bilər.Hazırda satışda olan çox ucuz və keyfiyyətsiz dondurmalar orqanizm üçün zərərlidir".

Azad İstehlakçılarBirliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, dondurmalar bir süd məhsuluolaraq təhlükəli məhsullar sırasına daxildir: "Yay ayında ən ciddi gəlir gətirənsahələrdən biri də dondurma ticarətidir. Nəzərə alaq ki, dondurmalardan əsasənuşaqlar istifadə edir. Bununla bağlı əməkdaşlarımız paytaxt və regionlarda müəyyəntreninqlər keçirdib. Treninqlərin nəticəsində biz ölkədə yalnız bir dondurmaistehsalçısına qida təhlükəsizliyi nişanı təqdim etdik. Nəzərə alsaq ki, ölkədə50-dən çox dondurma istehsal ilə məşğul olan şirkət mövcuddur, onda real durumgöz önünə gələ bilər. Hər il dondurma mövsümündə bizim təşkilata çoxlu saydaşikayət daxil olur. Düşünürəm ki, yerli dondurma istehsalçıları standartlaracavab verən məhsul hazırlasalar, onda xaricdən gətirilən dondurmaları tam məhdudlaşdırmaqolar. Amma bütün bunlarla eyni zamanda ölkədə inhisarçılıq aradan qaldırılsa,ciddi rəqabətli mühüt yarana bilər. Bu da məhsulların qiymətinin kifayət qədərucuz və keyfiyyətli olmasına səbəb olar".

Qeyd edək ki, Antiinhisar Siyasəti və İstehlakçılarınHüquqlarının Müdafiəsi Dövlət Xidməti dondurma alarkən diqqət edilməli olanməqamlar haqqında məlumat verib. İstehlakçı hüququnun qorunması üçün dondurmaalarkən etiketə diqqət yetirmək lazımdır. Üzərində istehsal və saxlamamüddətləri göstərilməyən, lazımi şəraitdə və temperatur rejimindəsaxlanılmayan, turşumuş, qıcqırmış, kif iyi və tamı verən, barmaqla basdıqdayumşaq və boş olan, üzərində buz kristalları müşahidə edilən, rəngi adına uyğunolmayan dondurmalar keyfiyyətsiz hesab olunur.

Unutmayın ki, sağlamlığınızöz əlinizdədir. Dondurma alarkən onun hansı şəraitdə saxlandığına, məhsuldayuxarıda qeyd olunan keyfiyyətsizlik əlamətlərinin müşahidə edilib-edilmədiyinəfikir verin.

RüfətSOLTAN